Monday 06th May 2024,

2015

Ξ Leave a comment

Nazirlər Kazbinetinin www.cabmin.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Nazirlər Kazbinetinin www.cabmin.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Azərbaycan Respublikası Nazirlər Kazbinetinin www.cabmin.gov.az ünvanlı İnternet saytı  monitorinqdə də qeyd etdiyimiz kimi, qurumun tarixi haqqında heç bir bilgi vermir. Saytda diqqət çəkən məqamlardan birinin də e-xidmətlərin demək olar ki, olmamasındadır (cəmi 1 e-poçt) . Yəni, saytda yalnız məktub yazmaq üçün e-poçt var ki, bu da qaneedici sayılmır. Qurumun rəhbəri haqda bioqrafik bilgi verilmir. Həmçinin struktur rəhbərləri və aparat barədə də eyni sözləri demək olar. Nazirlər Kabinetinin mühüm bir qurum olduğunu və strukturuna 37 nazirlik və dövlət komitələrinin daxil olduğunu nəzərə alsaq, qurumun saytı o qədər dolğun olmalıdır ki, ziyarətçi buradan lazım olan bilgini əldə etməkdə çətinlik çəkməsin. Çox təəssüf ki, saytda sayı bəlli dövlət qurumlarının saytlarına birbaşa keçid qoymaqla işi bitmiş sayıblar. Bu dövlət qurumunun saytında ciddi iş aparılmasına, boş sahələrin dolğunlaşdırılmasına ciddi ehtiyac var.

Beləliklə, bu resursun təkmilləşdirilməsi üçün bəzi tövsiyələrimizi təqdim edirik:

  1. Qurumun tarixi haqda heç bir məlumat yoxdur. Qurumun rəhbərlərindən yalnız indiki rəhbər haqqında qısa bilgi (ad və soyad) verilir. Kollegiya haqqında bilgiyə isə rast gəlinmir.  Nazirlər Kabinetinin fəaliyyətini həyata keçirmək üçün qanunverici baza haqqında bilgiyə rast gəlmədik. Tövsiyə olunur ki, burada çatışmayan bilgilər də təqdim edilsin.
  2. Ziyarətçilərin qurum  ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları təqdim edilir. Lakin qurumun ünvanının marşrut və sxemi haqqında bilgi verilmir. Quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə də bilgi yoxdur. Bu barədə bilgilərin verilməsi yaxşı olardı.
  3. Qurumun strukturunun ümumi sxemi, aparat, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar haqqında bilgilər təqdim edilmir. Bu məlumatların əks edilməsi tövsiyə olunur. Nazirlər Kabinetinin strukturu bölməsinə 37 nazirlik və dövlət komitəsi yazılıb. Halbuki, bu qurumlar Kabinetin tabe müəssisələri və ya alt qurumları sayılır. Qurumun strukturu bölməsində həmin dövlət qurumlarının saytlarına birbaşa keçmək mümkündür. Lakin qurumun daxili strukturu haqda heç bir məlumat verilmir.
  4. Rəhbər işçilər, onlara əks əlaqə, əsas rəhbərin bioqrafiyası, qurumun rəhbəri ilə əks əlaqə imkanları təqdim edilmir. Rəhbərin müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları da göstərilməyib. Ümumi əlaqə imkanları təqdim edilir. Yaxşı olardı ki, bu bölmə dolğunlaşdırılaydı.
  5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar və onların tezliyi qənaətbəxş sayıla bilməz. Qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) var. Lakin qurumun həyata keçirdiyi proqram və layihələr barədə bilgilər mövcud deyil. Bu bölmənin də zənginləşdirilməsinə ehtiyac var.
  6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə saytda bilgilərə rast gəlinmir. Həmçinin, büdcədənkənar daxilolmalar haqqında da heç bir məlumat yoxdur. Bu sahədə də çatışmayan bilgiləri təqdim etmək pis olmazdı.
  7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında bilgi var. Qurumun qaynar xətti və elektron formada təklif olunan xidmətlər yoxdur. Burada da  bilgilərin təqdim edilməsinə ehtiyac var.
  8. Dövlət qurumuna işə qəbul qaydaları və boş iş yerləri haqqında elanlar, işə qəbulla bağlı komissiyalar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər təqdim edilməyən bilgilər sırasındadır. Bu sahədə də boşluqlar doldurulmalıdır.
  9. Növbəti təqdim edilməyən bilgi sahə işçilərinin əmək haqları barədə olan bilgilərdir. Yaxşı olardı ki, bu sahədə də məlumatlar saytda yer alsın.
  10. Vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə məlumat göstərilmişdir.  Bu üzdən əlavə tövsiyəyə ehtiyac yoxdur.
  11. Daha bir əks etdirilməyən məlumat  qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydalarıdır. Bu barədə də məlumatlar verilsəydi yaxşı olardı.
  12. Qurumunun cari  norma- (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni) saytda öz əksini tapsa da,  bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri göstərilməyib. Yaxşı olardı ki, bu sahədə də çatışmayan bilgilər saytda yer alsın.
  13. Saytın texniki imkanları kafi dəyərləndirilir. Ancaq abunə imkanı, qaynar  xətt və sosial şəbəkələrdə səhifəsi çatışmır. Bu sahələrin dolğunlaşdırılmasına ehtiyac duyulur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV