Azərbaycan Respublikası Nazirlər Kabinetinin www.cabmin.gov.az ünvanlı İnternet saytında Nazirlər Kabineti kimi mühüm bir qurumun fəaliyyəti kifayət qədər təqdim edilmir. Qurumun tarixi haqda bilgi verilmir. Rəhbərləri və kollegiya, dövlət qurumunun fəaliyyətini həyata keçirmək üçün qanunverici baza-əsasnamə və təlimatlar təqdim edilib. Qurumun ünvanı təqdim edilir, lakin ünvanın marşrut və sxemi, həmçinin quruma getmək üçün ictimai nəqliyyat vasitələri haqda bilgi verilmir. Həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon nömrələri verilir. E-poçt ünvanı da var. Qurumun strukturunun ümumi sxemi göstərilir, lakin bu, qurumun tabe müəssisələri haqdadır. Nazirlər Kabinetinin özünün daxili strukturu göstərilmir. Əsas rəhbərin və onun müavinləri haqda heç bir bioqrafik məlumat göstərilmir. Yalnız qurumun rəhbərinin adı-soyadı və vəzifəsi haqda bilgi verilməklə məhdudlaşır. Qurumun tabe müəssisələri – yəni 37 nazirlik haqda, onların rəhbərləri, onlarla əlaqə imkanları haqda birbaşa həmin nazirliklərin saytlarına keçməklə bilgi əldə etmək mümkündür. Lakin qurumun daxili struktur bölmələri, onların rəhbərləri haqda bilgilər və onlarla əlaqə vasitələri haqda heç bir məlumat yoxdur. Dövlət qurumu ilə əks-əlaqə təqdim edilir. Mətbuat üçün açıqlamalar olsa da, onların tezliyi bir o qədər də qənaətbəxş deyil.Qurumdaxili əmrlər və qərarlar təqdim edilir. Dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr haqda da məlumatlar göstərilmir. Dövlət qurumunun büdcəsi, büdcədənkənar daxilolmalar haqda heç bir məlumat yoxdur. Dövlət qurumunun təklif etməli olduğu mütləq xidmətlər mövcuddur, lakin bunu elektron xidmətlər haqda demək olmaz. Onlayn müraciət forması var, qaynar xətt isə yoxdur. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, boş iş yerləri haqda, sahə işçilərinin əmək haqları barədə məlumatlar yoxdur. Vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbulu haqda məlumat saytda yer alır, lakin tender və yarışmaların elanları, tender və yarışmaların keçirilməsi ilə bağlı qaydalar barədə də heç bir bilgiyə rast gəlinmir. Dövlət qurumunun norma yaratma fəaliyyəti haqda bilgilər mövcuddur. Saytın domeni var. Axtarış sistemi var.
Beləliklə, saytın ümumi mənzərəsi isə aşağıdakı kimidir:
- Qurumun tarixi haqda heç bir məlumat yoxdur. Qurumun rəhbərlərindən yalnız indiki rəhbər haqqında qısa bilgi (ad və soyad) verilir. Kollegiya haqqında isə bilgiyə rast gəlinmir. Dövlət qurumunun fəaliyyətini həyata keçirmək üçün qanunverici baza-əsasnamə və təlimatlar təqdim edilib.
- Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları təqdim edilir. Lakin qurumun ünvanının marşrut və sxemi haqqında bilgi verilmir. Quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə də bilgi yoxdur.
- Qurumun strukturunun ümumi sxemi, aparat, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar haqqında bilgilər təqdim edilmir. Nazirlər Kabinetinin strukturu bölməsinə 37 nazirlik və dövlət komitəsi qeyd olunub və həmin dövlət qurumlarının saytlarına birbaşa keçmək mümkündür. Halbuki, bu qurumlar Kabinetin tabe müəssisələri və ya alt qurumları sayılır.
- Rəhbər işçilər, onlara əks əlaqə, əsas rəhbərin bioqrafiyası, qurumun rəhbəri ilə əks əlaqə imkanları təqdim edilmir. Rəhbərin müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları da göstərilməyib. Ümumi imkanlar təqdim edilir.
- Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar və onların tezliyi qənaətbəxş sayıla bilməz. Qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) var. Lakin qurumun həyata keçirdiyi proqram və layihələr barədə bilgilər mövcud deyil.
- Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə saytda bilgilərə rast gəlinmir. Həmçinin, büdcədənkənar daxilolmalar haqqında da heç bir məlumat yoxdur.
- Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında bilgi var. Qurumun qaynar xətti və elektron formada təklif olunan xidmətlər yoxdur.
- Dövlət qurumuna işə qəbul qaydaları və boş iş yerləri haqqında elanlar, işə qəbulla bağlı komissiyalar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər təqdim edilməyən bilgilər sırasındadır.
- Növbəti təqdim edilməyən bilgi sahə işçilərinin əmək haqları barədə olan bilgilərdir.
- Vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə məlumat göstərilmişdir.
- Daha bir əks etdirilməyən məlumat qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydalarıdır.
- Qurumunun norma- (qanun) yaratma fəaliyyəti barədə qurumun cari norma- (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni) saytda öz əksini tapsa da, bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri göstərilməyib.
- Saytın texniki imkanları kafi dəyərləndirilir. Domen rahatlığı var. Ancaq abunə imkanı, qaynar xətt və sosial şəbəkələrdə səhifəsi çatışmır.