Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin www.mst.gov.az ünvanlı internet saytında qurumun tarixi, rəhbərləri haqda məlumat yer alıb. Qurumun aparatı, kollegiya üzvləri haqda da bilgi verilir. Qurumun fəaliyyətini həyata keçirmək üçün qanunverici baza – əsasnamə və təlimatlar təqdim edilmir. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün qurumun ünvanı, ümumi xarakterli telefon və faks nömrələri var. Qurumun ünvanının marşrut sxemi və ünvana gəlmək üçün ictimai nəqliyyat haqqında bilgi verilmir. Cəmi bircə e-poçt ünvanı göstərilib. Dövlət qurumunun strukturu, aparat, alt bölümləri, struktur rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar təqdim edilmir. Əsas rəhbərin və onun müavinlərinin bioqrafiyaları şəkilsiz göstərilib. Mətbuat üçün açıqlamalara rast gəlinmir. Dövlət qurumuna aid informasiyalar azdır. Qurumdaxili əmrlər və qərarlara rast gəlinmir. Həyata keçirilən proqram və layihələrlə bağlı təqdim edilən məlumatlar açılmır. Ümumi dövlət büdcəsi və onun icrası haqqında, həmçinin büdcədənkənar daxilolmalar haqda heç bir bilgi yoxdur. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron xidmətlər, onlayn müraciət imkanı, xidmətlərdən istifadə qaydaları da göstərilir. Lakin qaynar xətt yoxdur. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında heç bir bilgiyə rast gəlinmir. Vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul qaydaları və qəbul günləri göstərilib. Lakin qəbul günləri bölməsi yerində deyil. Dövlət qulluqçusunun etika qaydaları haqqında bilgi yoxdur. Tender və yarışmaların elanları, keçirilməsi qaydaları, tender və yarışmaların nəticələri haqda məlumat təqdim olunur. Dövlət qurumunun cari norma yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələrinə saytda rast gəlinmir. Dövlət qurumunun resursu mövcud qaydalara uyğun sayıla bilməz.
Bunu nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik
1. Qurumun tarixi, rəhbərləri haqda ətraflı məlumat saytda yer alıb. Qurumun aparatı, kollegiya üzvləri haqda da bilgi verilir. Qurumun fəaliyyətini həyata keçirmək üçün qanunverici baza – əsasnamə və təlimatlar təqdim edilmir. Yaxşı olardı ki, qanunverici baza da təqdim ediləydi.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri və e-poçt ünvanı) təqdim edilir. Qurumun ünvanının marşrut sxemi, ünvana gəlmək üçün ictimai nəqliyyat haqqında bilgi verilmir. Cəmi bircə e-poçt ünvanı göstərilib. Boş olan bölmələrin də doldurulması tövsiyə olunur.
3. Qurumun strukturunun ümumi sxemi, digər bilgilər (aparat, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri) haqqında da müəyyən məlumat təqdim edilir. Amma bu məlumatları tam dolğun saymaq olmaz. Yaxşı olardı ki, qurumun struktur rəhbərlərinin əlaqə vasitələri də saytda yer alsın.
4. Rəhbər işçilərdən əsas rəhbər və qurumun tabe təşkilatlarının rəhbərləri ilə əks əlaqə imkanları təqdim edilir. Əsas rəhbərin bioqrafiyası şəkilsiz təqdim edilir. Lakin struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər yoxdur. Dövlət qurumu ilə ümumi əlaqə imkanları göstərilir. Yaxşı olardı ki, çatışmayan bilgilər də təqdim edilsin.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayılmır. Mətbuat üçün açıqlamalara ümumiyyətlə rast gəlinmir. Qurumdaxili əmrlər və qərarlar da saytda gözə dəymir. Dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr haqqında məlumatlar göstərilir. Tövsiyə olunur ki, mətbuat üçün açıqlamalar və onların tezliyi diqqətdə saxlansın.
6. Təəssüf ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər saytda əks etdirilmir. Həmçinin, büdcədənkənar daxilolmalar haqda da eyni sözləri demək olar. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər saytda əks etdirilsin.
7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı öz əksini tapmışdır. Lakin qaynar xətt təqdim olunmur. Bu sahənin də dolğunlaşdırılmasına ehtiyac var.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında, işə qəbulun norma və qaydaları barədə heç bir bilgi təqdim edilmir. İşə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər saytda əks olunmur. Bu sahəyə aid məlumatların təqdim edilməsi gərəklidir.
9. Sahə işçilərinin əmək haqları barədə də heç bir bilgilərə rast gəlinmir. Bu sahədə də bilgilərin verilməsi tövsiyələr sırasındadır.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə məlumatlar təqdim olunmuşdur. Lakin bu məlumatlar qəbul günləri bölməsində ayrıca deyil, rəhbərlik bölməsinin içində qoyulub ki, bu da doğru deyil. Dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər də əks etdirilməyən bilgilərdəndir. Yaxşı olardı ki, qəbul günləri ayrıca bölmə kimi təqdim edilsin. Qalan digər sahələrdəki boşluqlar da dolğunlaşdırılsın.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı qayda və elanlar təqdim edilir. Digər bilgilər – tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi təqdim edilir. Göstərilməyən bilgi tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədədir. Burada əlavə tövsiyə verilmir.
12. Növbəti təqdim edilməyən bilgilər isə qurumun cari norma- (qanun) yaratma fəaliyyəti haqqındadır. Bütün mümkün normativ aktların layihələrinə rast gəlmirik. Həmçinin, qurumun norma yaratma fəaliyyəti ilə bağlı arxiv də gözə dəymir. Yaxşı olardı ki, bu sahədə çatışmayan bilgilər təqdim edilsin.
13. Dövlət qurumunun internet resursu mövcud qaydalara tam uyğun deyil. Saytın axtarış sistemi yoxdur, abunə imkanına da rast gəlinmir. Həmçinin, sosial şəbəkələrdə də səhifəsi yoxdur. Bütün bu çatışmazlıqları aradan qaldırıb resursu mövcud qaydalara uyğunlaşdırmaq gərəklidir.