Tuesday 03rd December 2024,

2015

Ξ Leave a comment

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin www.mst.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin www.mst.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin www.mst.gov.az  ünvanlı internet saytında qurumun tarixi, rəhbərləri  haqda məlumat yer alıb. Qurumun aparatı, kollegiya üzvləri haqda da bilgi verilir. Qurumun fəaliyyətini həyata keçirmək üçün qanunverici baza – əsasnamə və təlimatlar  təqdim edilmir. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün qurumun ünvanı, ümumi xarakterli telefon və faks nömrələri var. Qurumun ünvanının marşrut sxemi  və ünvana gəlmək üçün ictimai nəqliyyat haqqında bilgi verilmir. Cəmi bircə e-poçt ünvanı göstərilib. Dövlət qurumunun strukturu, aparat, alt bölümləri, struktur rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar təqdim edilmir. Əsas rəhbərin və onun müavinlərinin bioqrafiyaları şəkilsiz göstərilib. Mətbuat üçün açıqlamalara rast gəlinmir. Dövlət qurumuna aid informasiyalar azdır. Qurumdaxili əmrlər və qərarlara rast gəlinmir. Həyata keçirilən proqram və layihələrlə bağlı təqdim edilən məlumatlar açılmır. Ümumi dövlət büdcəsi və onun icrası haqqında, həmçinin büdcədənkənar daxilolmalar haqda heç bir bilgi yoxdur. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron xidmətlər, onlayn müraciət imkanı, xidmətlərdən istifadə qaydaları da göstərilir. Lakin qaynar xətt yoxdur. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında heç bir bilgiyə rast gəlinmir. Vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul qaydaları və qəbul günləri göstərilib. Lakin qəbul günləri bölməsi yerində deyil. Dövlət qulluqçusunun etika qaydaları haqqında bilgi yoxdur. Tender və yarışmaların elanları, keçirilməsi qaydaları, tender və yarışmaların nəticələri haqda məlumat təqdim olunur. Dövlət qurumunun cari norma yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələrinə saytda rast gəlinmir. Dövlət qurumunun resursu mövcud qaydalara uyğun sayıla bilməz. Saytda ümumiyyətlə axtarış sistemi yoxdur. Məlumat bolluğu baxımından digər saytlarla müayisədə çox kasaddır.

Bütövlükdə isə saytın durumu aşağıdakı kimidir:

1. Qurumun tarixi, rəhbərləri  haqda ətraflı məlumat saytda yer alıb. Qurumun aparatı, kollegiya üzvləri haqda da bilgi verilir. Qurumun fəaliyyətini həyata keçirmək üçün qanunverici baza – əsasnamə və təlimatlar  təqdim edilmir.

2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri və e-poçt ünvanı) təqdim edilir. Qurumun ünvanının marşrut sxemi, ünvana gəlmək üçün ictimai nəqliyyat haqqında bilgi verilmir. Cəmi bircə e-poçt ünvanı göstərilib.

3. Qurumun strukturunun ümumi sxemi, digər bilgilər (aparat, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri) haqqında da müəyyən məlumat təqdim edilir. Amma bu məlumatları tam dolğun saymaq olmaz.

4. Rəhbər işçilərdən əsas rəhbər və qurumun tabe təşkilatlarının rəhbərləri ilə  əks əlaqə imkanları təqdim edilir. Əsas rəhbərin bioqrafiyası şəkilsiz təqdim edilir. Lakin struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər yoxdur. Dövlət qurumu ilə ümumi əlaqə imkanları göstərilir.

5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayılmır. Mətbuat üçün açıqlamalara ümumiyyətlə rast gəlinmir. Qurumdaxili əmrlər və qərarlar da saytda gözə dəymir. Dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr haqqında məlumatlar göstərilir.

6. Təəssüf ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında  bilgilər saytda əks etdirilmir. Həmçinin, büdcədənkənar daxilolmalar haqda da eyni sözləri demək olar.

7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı öz əksini tapmışdır. Lakin qaynar xətt təqdim olunmur.

8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında, işə qəbulun norma və qaydaları barədə heç bir bilgi təqdim edilmir. İşə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər saytda əks olunmur.

9. Sahə işçilərinin əmək haqları barədə də heç bir bilgilərə rast gəlinmir.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə məlumatlar təqdim olunmuşdur. Lakin bu məlumatlar qəbul günləri bölməsində ayrıca deyil, rəhbərlik bölməsinin içində qoyulub ki, bu da doğru deyil. Dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər də əks etdirilməyən bilgilərdəndir.

11. Tender və yarışmaların keçirilməsi ilə bağlı qayda və elanlar  təqdim edilir. Digər bilgilər – tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi təqdim edilir. Göstərilməyən bilgi tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları  barədədir.

12. Növbəti təqdim edilməyən bilgilər isə qurumun cari norma- (qanun) yaratma fəaliyyəti haqqındadır. Bütün mümkün normativ aktların layihələrinə rast gəlmirik. Həmçinin, qurumun norma yaratma fəaliyyəti ilə bağlı arxiv də gözə dəymir.

13. Dövlət qurumunun internet resursu mövcud qaydalara tam uyğun deyil.  Saytın axtarış sistemi yoxdur, abunə imkanına da rast gəlinmir. Həmçinin, sosial şəbəkələrdə də səhifəsi yoxdur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV