Thursday 21st November 2024,

2007

Ξ Leave a comment

Azərbaycan Respublikasinin Qaçqinların və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsinin www.refugees-idps-committee.gov.az domen adlı rəsmi internet saytının monitorinqinin yekunu

posted by

Azərbaycan Respublikasinin Qaçqinların və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsinin www.refugees-idps-committee.gov.az domen adlı rəsmi internet saytının monitorinqinin yekunu

14 sentyabr 2007
Azərbaycan Respublikasinin Qaçqinlarin və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsinin  www.refugees-idps-committee.gov.az domen adlı rəsmi internet saytının monitorinqi aparılıb və müəyyən olunub ki, sayt informasiyanın həcmi və keyfiyyəti baxımından qanunvericiliyin tələıblərinə lazım olan səviyyədə cavab vermir.

  Saytın üç dildə (Azərbaycan, İngilis və Rus) fəaliyyəti nəzərdə tutulub. Əsas səhifə xəbərlər bloku, saytın yuxarı hissəsində tarixi məlumat, problemlər, qanunlar, fotogalereya menyusu və menyuların altmenyuları ilə açılır

Azərbaycan Respublikasinin Qaçqinlarin və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsi  haqqında .
Qeyd etmək lazımdır ki, saytın bu bölməsi qoyulan tələblərə uyğun yaradılmayıb. Xəbərlər bölümündə verilmiş məlumatın müddəti 2007-ci il 4 may  ayına təsadüf edir və indiyə qədər  yeniləşmir.
Tarixi məlumat menyusunda Dünyada olan qaçqın və məcburi köçkünlər, Azərbaycanda qaçqın, məcburi köçkün,   Işğal olunmuş ərazilər və sığınacaq axtaran şəxslər haqqında məlumat yerləşdirilib. Problemlər menyusunda 1992-1993-cü illərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü, onun vurduğu maddi və mənəvi zərər və bu günə kimi həll olunmayan problemlər, eləcə də Qaçqın, məcburi köçkün və "qaçqın" statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxslərin sosial problemləri haqqında məlumatlar verilib. Qanununun icrasını təmin edən sənədlər, AR Prezidentinin Fərman və Sərəncamları,  AR Nazirlər Kabinetinin qərarları,  Beynəlxalq sənədlər Qərar və Sərəncamları barədə ətraflı məlumatlarla saytın Qanunlar  bölməsində tanış edilir.

 Fotogalereya menyusu Hərbi təcavüz nəticəsində dağıntılar, Xocalı soyqırımı, Çadır düşərgələri, tikintisi yarımçıq qalmış binalar, dəmir yolu yük vaqonları və Yeni salınmış qəsəbələrin şəkilləri olan səhifələri göstərir. Bundan başqa Haqqımızda altmenyusunda biz kimik, bizim məqsədimiz, komitənin strukturu   kimi məlumatlar işıqlandırılıb. Ancaq burada struktur bölmələrin və vəzifələrin adları əməkdaşların adları verilib, telefonu, e-mail ünvanları onlar haqqında bioqrafik məlumatlar, onların qəbul saatları, vətəndaşların qəbul  qaydaları barədə məlumatlar verilməyib.
 Eyni zamanda ştat cədvəli və boş iş yerləri haqqında məlumata rast gəlinmir. Qeyd etmək lazımdır ki, iş yeri yoxdursa belə bu haqda müəyyən izahat işi aparılmayıb. Bundan başqa komitənin öz daxili əmr, sərəncam və qərarları haqqında məlumata rast gəlinmir və şikayət, təklif və sorğuların icmalı, informasiya sorğularının tərtib olunması, qəbulu  və göndərilməsi  qaydaları haqqında məlumatların yerləşdirilməsi nəzərə alınmayıb.
Bunlarla yanaşı qanunun tələblərinə uyğun olaraq hazırlanmış metodologiyaya əsasən saytda Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsi  haqqında bilgilər tam təsvir olunmur. Belə ki, saytın mövcud tələblərə cavab verməyən məqamlardan biri dövlət büdcə məsələlərinə ümumiyyətlə toxunulmayıb.
Burada Komitənin büdcəsinin icrası, dövlət büdcəsinin gəlir proqnozunun icrası barədə operativ məlumat, büdcə səviyyəsinin kodu, büdcə təsnifatları və büdcə təşkilatları haqqında heç bir məlumata rast gəlinmir. İnteraktiv online xidmətləri yoxdur. Eyni zamanda xidmətlər, lisenziyalar, rüsumlar və onların doldurulmuş nümunələri verilməyib. Saytda “qaynar xətt” verilməsini müsbət cəhət kimi qiymətləndirmək olar. Eyni zamanda informasiya sorğularının tərtib olunması, qəbulu  və göndərilməsi  qaydaları qoyulan tələblərə uyğun gəlir.

Bunlarla yanaşı  saytda digər çatışmazlıqlar var:
• Belə ki, tenderə çıxarılacaq sahələr haqqında məlumatlara yer ayrılmayıb.
• Qüvvədə olan əmək haqqı dərəcələri, əməyin ödənilməsinə dair təlimatlar barədə məlumatlar yoxdur.
• Öz səlahiyyəti  daxilində  həyata keçirdiyi  yoxlamalar və özəl hüquqi şəxslərə, qeyri-kommersiya təşkilatlarına, büdcədənkənar fondlara dövlət büdcəsindən verilmiş vəsait haqqında məsələlərə toxunulmayıb.
• Alqı-satqı əməliyyatı barədə heç bir məlumat verilməyib.
• Eyni zamanda Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsinin öz balansında olan əmlak haqqında məlumata yer verilməyib.
• Dövlət orqanının səlahiyyətli nümayəndələrinin çıxışlarına  yer ayrılmayıb.
• Komitənin cari fəaliyyəti haqqında   xəbərlər gündəlik yeniləşmir.

Göstərilən xidmətlərə dair məlumatlar.• Bu bölümdə də qanunda nəzərdə tutulan tələblər nəzərə alınmayıb. İnteraktiv online xidmətləri yoxdur. Eyni zamanda xidmətlər, lisenziyalar, rüsumlar və onların doldurulmuş nümunələri verilməyib.
• 
Sayta olan texniki tələbatlar
1. Saytın müxtəlif brauzerlərdə açılması və məlumatların düzgün oxunuşu təmin olunub.
2. Sayt üzrə və saytda yerləşdirilmiş məlumat  bazaları üzrə axtarış sistemi və  xəbərlərə abunəçilik sistemi yaradılıb.
3. digər dövlət orqanları, habelə aidiyyatı üzrə beynəlxalq təşkilatların saytlarına keçidlər təşkil edilməyib.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV