Thursday 21st November 2024,

2015

Ξ Leave a comment

Azərbaycan Respublikasının yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) www.asan.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Azərbaycan Respublikasının yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) www.asan.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikasının yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) rəsmi domen adlı internet resursu: www.asan.gov.az saytı yetərli və dolğun bilgi təqdim edir. Saytda bu sahəyə aid xidmət haqqında kifayət qədər bilgilər yer alıb. Saytın istifadəsi rahatdır. Dizayn baxımından digər dövlət qurumlarının saytlarından xeyli fərqlənir. Qurumun saytından sahəyə aid o qədər məlumat əldə etmək mümkündür ki, bu da ziyarətçidə müsbət fikirlər yaradır. Burada sahə ilə bağlı bütün məlumatlara rast gəlmək mümkündür. Qurumun tarixi, rəhbərlik və kollegiya haqqında bioqrafik məlumatlar, dövlət qurumunun fəaliyyətini həyata keçirmək üçün qanunverici baza-əsasnamə və təlimatlar, qurumun ünvanı, tabeliyində olan və alt bölmələrin telefon, faks əlaqələri, onlayn yazışma formasının olması, elektron xidmətlər bölməsinin, mətbuat üçün açıqlamalar və onların tezliyi, alt qurumların rəgbərləri, ünvanları və telefon əlaqələrinin təqdimatı baxımından bu internet resursunu yüksək dəyərləndiririk. Qurumdaxili əmrlər və qərarlar, həmçinin dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə geniş məlumatlar əldə etmək mümkündür. Dövlət qurumunun təklif etməli olduğu mütləq xidmətlər, cağrı mərkəzi, işə qəbul qaydaları, vətəndaşların qəbul günləri, abunə imkanları, dövlət qurumunun norma yaratma fəaliyyəti haqqında da geniş bilgi almaq olur. Lakin bəzi çatışmazlıqlar da mövcuddur ki, bu sahələr də dolğunlaşdırılsa, resursu çox yüksək qiymətləndirmək olar. Buna sahə işçilərinin əmək haqları, tender elanları, tender və yarışmaların nəticələri, qurumun büdcəsi, büdcədənkənar daxilolmalar və onların istiqamətlər barədə nəlumatlar aiddir. Qurumun sosial şəbəkələrdən fasebbok, tvitter, google və digər şəbəkələrdə səhifələri mövcuddur ki, bu da onun vətəndaş cəmiyyətinə açıqlığının göstəricisidir.

Beləliklə, saytın ümumi mənzərəsi aşağıdakı kimidir:

1. Qurumun tarixi, rəhbərləri və kollegiya, qurumun fəaliyyətini təmin edən qanunverici baza  – əsasnamə və təlimatlar haqqında bilgilər yetərli səviyyədədir.

2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları, qurumun ünvanının marşrut və sxemi haqqında bilgi verilir. Qurumun marşrut sxemi və ora getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə də məlumatlar təqdim olunmuşdur. Bu, həm də tabe qurumlara da aiddir.

3. Qurumun strukturunun sxemi, aparat, alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq ünvanları, səlahiyyət çərçivələri barədə ətraflı bilgi təqdim edilmişdir.

4. Əsas rəhbərin və onun müavinlərinin bioqrafiyaları, struktur bölmələrin rəhbərlərinin bioqrafiyaları, onlarla əks əlaqə, qurumun rəhbəri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilir.

5. Qurumun cari fəaliyyəti haqqında məlumat verilir. Quruma aid olan informasiya, quruma aid olan hər cür başqa cari informasiya yetərli səviyyədədir. Mətbuat üçün açıqlamalar və onların tezliyi də diqqətəlayiqdir. Qurumdaxili əmr və qərarlar; bu cür aktların reyestrinə rast gəlinir. (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla); qurumun həyata keçirdiyi proqram və layihələr barədə də kifayət qədər bilgi göstərilir.

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə saytda məlumat yer tutmur.  Həmçinin, büdcədənkənar daxilolmalar haqqında da eyni sözləri demək olar.

7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında bilgi geniş əks etdirilir. Həmçinin, qurum tərəfindən təklif edilən əlavə xidmətlər də mövcuddur. Çağrı Mərkəzi fəaliyyət göstərir.

8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər geniş şəkildə təqdim edilir.

9. Sahə işçilərinin əmək haqları barədə isə heç bir bilgi təqdim edilmir.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə məlumatlar mövcuddur.  Həmçinin, dövlət qulluqçusunun etik davranış qaydaları da saytda yer almışdır.

11. Daha bir əks etdirilməyən bilgi tender və yarışmaların keçirilməsi ilə bağlıdır. Qurum tərəfindən yarışmaların keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların keçirilmə qaydaları, tender və yarışmaların nəticələri, elanların arxivi saytda öz əksini tapmır.

12. Qurumunun norma- (qanun)yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni) təqdim olunur. Həmçinin, bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri haqda da bilgi verilir.

13. Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Domen və istifadə rahatlığı var. Zəngin məlumat bolluğu var və bu, yoruculuqla müşayiət olunmur. İnternet qaydalarına uyğundur. Əks-əlaqə üçün onlayn forması və sosial şəbəkələrdə aktiv səhifələri mövcuddur. Axtarış sistemi işləyir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV