Azərbaycan Respublikasının yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəsmi internet resursu: www.asan.gov.az ünvanlı İnternet saytı, monitorinqdə də qeyd etdiyimiz kimi çox geniş bilgi verir. Saytın texniki imkanları və funksionallığı da öz yerindədir. Bəzi bölmələr istisna olmaqla sayt demək olar ki, bir çox bölmələr üzrə dolğunluğu ilə fərqlənir. Qurumun tarixi, rəhbərlik və kollegiya haqqında bioqrafik məlumatlar, dövlət qurumunun fəaliyyətini həyata keçirmək üçün qanunverici baza-əsasnamə və təlimatlar, qurumun ünvanı, tabeliyində olan və alt bölmələrin telefon, faks əlaqələri, onlayn yazışma formasının olması, elektron xidmətlər bölməsinin, mətbuat üçün açıqlamalar və onların tezliyi, alt qurumların rəgbərləri, ünvanları və telefon əlaqələrinin təqdimatı baxımından bu internet resursunu yüksək dəyərləndiririk. Qurumdaxili əmrlər və qərarlar, həmçinin dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə geniş məlumatlar əldə etmək mümkündür. Dövlət qurumunun təklif etməli olduğu mütləq xidmətlər, cağrı mərkəzi, işə qəbul qaydaları, vətəndaşların qəbul günləri, dövlət qurumunun norma yaratma fəaliyyəti haqqında da geniş bilgi almaq olur. Lakin bəzi çatışmazlıqlar da mövcuddur ki, bu sahələr də dolğunlaşdırılsa, resursu çox yüksək qiymətləndirmək olar. Buna sahə işçilərinin əmək haqları, tender elanları, tender və yarışmaların nəticələri, qurumun büdcəsi, büdcədənkənar daxilolmalar və onların istiqamətlər barədə nəlumatlar aiddir. Qurumun sosial şəbəkələrdən fasebbok, tvitter, google və digər şəbəkələrdə səhifələri mövcuddur.
Beləliklə, bu resursun təkmilləşdirilməsi üçün bəzi tövsiyələrimizi təqdim edirik:
1. Qurumun tarixi, rəhbərləri və kollegiya, qurumun fəaliyyətini təmin edən qanunverici baza – əsasnamə və təlimatlar haqqında bilgilər yetərli səviyyədədir. Bu üzdən əlavə tövsiyəyə gərək yoxdur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları, qurumun ünvanının marşrut və sxemi haqqında bilgi verilir. Qurumun marşrut sxemi və ora getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə də məlumatlar təqdim olunmuşdur. Bu, həm də tabe qurumlara da aiddir. Bu sahədə də əlavə tövsiyə verilmir.
3. Qurumun strukturunun ümumi sxemi, aparat, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər təqdim edilmişdir. Bu baxımdan əlavə tövsiyəyə gərək duyulmur.
4. Əsas rəhbərin və onun müavinlərinin bioqrafiyaları, struktur bölmələrin rəhbərlərinin bioqrafiyaları, onlarla əks əlaqə, qurumun rəhbəri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilir. Burada da heç bir əlavə tövsiyə yoxdur.
5. Qurumun cari fəaliyyəti haqqında məlumat verilir. Quruma aid olan informasiya, quruma aid olan hər cür başqa cari informasiya yetərli səviyyədədir. Mətbuat üçün açıqlamalar və onların tezliyi də diqqətəlayiqdir. Qurumdaxili əmr və qərarlar; bu cür aktların reyestrinə rast gəlinir. (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla); qurumun həyata keçirdiyi proqram və layihələr barədə də kifayət qədər bilgi göstərilir. Bu sahədə də heç bir tövsiyə verilmir.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə saytda məlumat yer tutmur. Həmçinin, büdcədənkənar daxilolmalar haqqında da eyni sözləri demək olar. Yaxşı olardı ki, bu sahə dolğunlaşdırılsın.
7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında bilgi geniş əks etdirilir. Həmçinin, qurum tərəfindən təklif edilən əlavə xidmətlər də mövcuddur. Çağrı Mərkəzi fəaliyyət göstərir. Burada da əlavə tövsiyəyə ehtiyac duyulmur.
8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər geniş şəkildə təqdim edilir. Bu sahənin də əlavə tövsiyəyə ehtiyacı yoxdur.
9. Sahə işçilərinin əmək haqları barədə isə heç bir bilgi təqdim edilmir. Bu sahənin zənginləşdirilməsinə ehtiyac var.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə məlumatlar mövcuddur. Həmçinin, dövlət qulluqçusunun etik davranış qaydaları da saytda yer almışdır. Bu sahədə əlavə tövsiyə verilmir.
11. Daha bir əks etdirilməyən bilgi tender və yarışmaların keçirilməsi ilə bağlıdır. Qurum tərəfindən yarışmaların keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların keçirilmə qaydaları, tender və yarışmaların nəticələri, elanların arxivi saytda öz əksini tapmır. Yaxşı olardı ki, ba sahədə əks etdirilməyən bilgilər təqdim edilsin.
12. Qurumunun norma- (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni) təqdim olunur. Həmçinin, bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri haqda da bilgi verilir. Bu sahədə də heç bir əlavə tövsiyə verilmir.
13. Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Domen və istifadə rahatlığı var. Zəngin məlumat bolluğu var və bu, yoruculuqla müşayiət olunmur. İnternet qaydalarına uyğundur. Əks-əlaqə üçün onlayn forması və sosial şəbəkələrdə aktiv səhifələri mövcuddur. Axtarış sistemi işləyir. Bu sahənin də heç bir tövsiyəyə ehtiyacı yoxdur.