Monday 29th April 2024,

2015

Ξ Leave a comment

Dövlət Neft Fondunun www.oilfund.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Dövlət Neft Fondunun www.oilfund.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikası Neft Fondunun www.oilfund.az ünvanlı internet saytı dizayn fərqliliyi və bəzi bölmələrin dolğunluğu  ilə digər saytlardan fərqlənir. Qurumun saytında bir çox bölmələr üzrə məlumatlar tam dolğun təqdim edilir ki, bu da əvvəlki illərlə müqayisədə saytda xeyli iş görülməsindən xəbər verir. Məsələn, qurumun saytında Neft Fondunun tarixi, rəhbərləri və kollegiya haqqında məlumatlar yer alıb. Dövlət qurumunun fəaliyyətini həyata keçirmək üçün qanunverici baza-əsasnamə və təlimatlar da saytda yer alıb. Dövlət qurumunun yerləşdiyi ünvan, ünvanın marşrut sxemi, ünvana getmək üçün ictimai nəqliyyat vasitələri, mümkün olan bütün e-poçt ünvanları, telefon və faks nömrələri, həm ümumi, həm də ayrı-ayrı xidmətlərin əlaqə vasitələri, qurumun strukturu, əsas rəhbərin və onun müavinlərinin bioqrafik məlumatları saytda yer alıb. Qurumun mətbuat üçün açıqlamaları və onların tezliyi, qurumdaxili əmrlər və qərarlar, dövlət qurumunun rəhbəri ilə əks-əlaqə forması təqdim edilib. Qurumun büdcəsi və onun icrası, həmçinin büdcədənkənar daxilolmalar haqda da bilgi verilib. Qurumun təklif etməli olduğu mütləq xidmətlər, onlayn müraciət imkanı, xidmətlərdən istifadə qaydaları da göstərilib. Boş iş yerləri haqda elanlar, işə qəbulun norma və qaydaları da saytda öz əksini tapır. Dövlət qurumu tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tender və yarışmaların elanları da təqdim edilən bilgilərdəndir. Qurumun cari norma yaratma fəaliyyəti, bütün mümkün normativ aktların fəaliyyəti haqqında məlumat da verilir. Qurumun saytı internet resurslarının qaydalarına uyğundur, axtarış sistemi fəaliyyətdədir, əks-əlaqə üçün onlayn forması və sosial şəbəkələrdə səhifələri mövcuddur. Saytın istifadəsi rahatdır. Qurumun saytında boş sahələr də vardır ki, bu sahələr dolğunlaşdırılsa, bu internet resursu mükəmməl hesab etmək olar. Bura  sahə işçilərinin əmək haqqı, vətəndaşların qəbul günləri, qaynar xətt  bölmələri daxildir.

  1. Qurumun saytında Neft Fondunun tarixi, rəhbərləri və kollegiya haqqında məlumatlar yer alıb. Dövlət qurumunun fəaliyyətini həyata keçirmək üçün qanunverici baza-əsasnamə və təlimatlar da saytda var.
  2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, həmin ünvanın xəritəsi, telefon- faks nömrələri ) təqdim edilir. Qurumun marşrut sxemi və gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər çox yaxşı verilmişdir. Bütün mümkün e-poçt ünvanları da göstərilib.
  3. Qurumun strukturunun ümumi sxemi və alt qurumlar haqqında bilgilər təqdim olunur. Həmçinin, aparat, qurumun alt bölmələri və struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar,  həmçinin, struktur bölmələrinin tam ünvanları da təqdim edilir.
  4. Rəhbər və rəhbər işçilər, onlarla əks əlaqə əsas rəhbərin bioqrafiyası təqdim edilir. Dövlət qurumunun rəhbəri ilə əks- əlaqə imkanları, struktur rəhbərləri ilə əlaqə vasitələri də təqdim edilir. Struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər verilib.
  5. Qurumun cari fəaliyyəti haqqında  informasiyalar yetərli sayıla biləcək qədərdir.  Yəni, qurumdaxili əmrlər və qərarlar təqdim edilir. Dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr haqda da məlumatlar göstərilib. Həmçinin, mətbuat üçün açıqlamalar və onların tezliyi də saytda öz əksini tapır.
  6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər saytda əks etdirilmişdir. Bundan başqa, büdcədənkənar daxilolmalar haqda da məlumatlara rast gəlinir.
  7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı mövcuddur. Lakin qaynar xətt yoxdur.
  8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında, işə qəbulun norma və qaydaları barədə dolğun bilgilər təqdim edilir. İşə qəbulla bağlı komissiyalar haqqında,  dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar təqdim olunmuşdur.
  9. Sahə işçilərinin əmək haqları barədə heç bir bilgiyə rast gəlinmir.
  10. Qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları haqqında heç bir bilgiyə rast gəlinmir. Dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər isə saytda yer almışdır.
  11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar təqdim edilib. Həmçinin qurum tərəfindən tender və yarışmaların keçirilməsi qaydaları da izah olunur. Hətta bu elanların arxivi və tender və yarışmaların nəticələri də göstərilir. Burada çatışmayan bilgilər tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədədir.
  12. Növbəti təqdim edilən bilgi qurumun norma-(qanun) yaratma fəaliyyəti haqqındadır. Burada bütün mümkün normativ aktların layihələri öz əksini tapır.
  13. Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Əks əlaqə üçün onlayn forma təklif edilir. Dövlət qurumunun sosial şəbəkələrdən (fasebook və tvitter) səhifələri mövcuddur. Həmçinin, abunə imkanı var və axtarış sistemi fəaliyyət göstərir. Domen rahatllığı, istifadə rahatlığı var.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV