Dövlət Sosial Müdafiə Fondunun WWW. SSPF.GOV.AZ domen adlı rəsmi internet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı
TÖVSİYƏLƏR
24 SENTYABR 2007
Dövlət Sosial Müdafiə Fondunun WWW. SSPF.GOV.AZ domen adlı rəsmi internet saytının monitorinqin nəticələri onu göstərir ki, sayt dizayn və ana səhifənin strukturu baxımından cəlb edici olsa da informasiyanın həcmi baxımdan standartlara uyğun gəlmir. Eyni zamanda saytda Nazirlər Kabinetinin dövlət saytlarına olan mövcud müvafiq tələbləri də yetərincə yerinə yetirilməyib. Saytın fəaliyyətinin təkmilləşdirilməsi üçün İnformasiya Azadlığının İnkişafı Koalisiyası tərəfindən Tövsiyələr hazırlanıb:
1. Saytın səhifələri tamamlanmalıdır , saytda olan menyular daha asan və anlaşıqlı olması üçün tədbirlər görülməlidir.
2. Saytda açılmayan səhifələrə lazımi informasiya yerləşdirilməlidir.
3. İnteraktiv xidmətlərin olması üçün texniki yeniləşmə edilməlidir.
4. Fondun aparatının strukturu, ştat cədvəli və smeta xərcləri verilməlidir. Ştat cədvəlinin tərtib olunması və daxili normativ sənədlərin hazırlanması haqda məlumatlar göstərilməlidir.
5. Dövlət büdcəsinin icmalı və icrası haqqında bilgilər yer almalıdır
6. Dövlət Sosial Müdafiə Fondunun strukturu, ayrı-ayrı struktur bölmələri haqqında dolğun məlumat verilməli və əlaqə vasitələri tam olaraq göstərilməlidir
7. Mərkəzi aparatın nümayəndələri haqqında biografik bilgilərr saytda öz əksini tapmalıdır
8. Saytın qanunvericilik bölməsi fəaliyyət göstərməli və həmin səhifəyə beynəlxalq sənədlər də əlavə edilməlidir
9. Fonda müraciət (şikayət, təklif, ərizə) qayda və formaları, onlara baxılma üsulları haqqında bilgilər verilməlidir.
10. Şikayət, təklif və sorğuların icmalı, informasiya sorğularının tərtib olunması, qəbulu və göndərilməsi qaydaları haqqında məlumatlar yerləşdirilməlidir.
11. Mövcud boş iş yerləri haqqında elanlar yerləşdirilməlidir
12. Fond aparatına işə qəbul qaydaları əks olunmalıdır
13. Mətbuat xidməti və ya ictimaiyyətlə əlaqələr bölməsi xüsusi diqqəti cəlb edəcək şəkildə qurulmalı və bu xidmətlə əlaqə vasitələri verilməlidir
14. Eyni zamanda xidmətlər, lisenziyalar, rüsumlar və onların doldurulmuş nümunələri verilməlidir.
15. Qüvvədə olan əmək haqqı dərəcələri, əməyin ödənilməsinə dair təlimatlar barədə məlumatlar və daxili normativ sənədlər olmalıdır.
16. Öz səlahiyyəti daxilində həyata keçirdiyi yoxlamalar haqqında məlumatlara yer verilməlidir.