Saturday 05th October 2024,

2007

Ξ Leave a comment

Dövlət Sosial Müdafiə Fondunun WWW. SSPF.GOV.AZ domen adlı rəsmi internet saytının monitorinqinin yekunu

posted by

Dövlət Sosial Müdafiə Fondunun  WWW. SSPF.GOV.AZ domen adlı rəsmi internet saytının monitorinqinin yekunu
24 sentyabr 2007

Dövlət Sosial Müdafiə Fondunun WWW. SSPF.GOV.AZ domen adlı rəsmi internet saytının monitorinqi aparılıb. Monitorinqin nəticələrin onu  göstərir ki, sayt dizayn cəhətdən normal quruluşa malikdir. Saytin ana  səhifəsinin strukturu  da  yaxşı təsir  bağışlayır. İnformasiya  cəhətdən isə sayt o qədər də  zəngin deyil , bir çox səhifələri natamam hazırlanmış və standartlara cavab vermir. Saytda verilmiş menyuların əksəriyyətində menyunun adının olmasına baxmayaraq heç bir informasiya yerləşdirilməyib.

 Nazirlər Kabinetinin dövlət saytlarına olan müvafiq tələbləri yerinə yetirilməyib və informasiya həcmi baxımdan çox aşağı səviyyədə yaradılıb. Sayt yaradılarkən üç dildə (Azərbaycan, İngilis və Rus) nəzərdə tutulub. Burada digər dilli versiyalarda da səhifələrin çoxu boşdur.

 İlk olaraq saytda ANA SƏHİFƏ  açılır. Burada xəbərlər bölümü ilə və saytın solunda və yuxarı hissəsində məlumatları özündə cəmləyən menyunu göstərilib. Qeyd edək ki, menyuda fondun fəaliyyəti haqqında bilgilərin verilməsi nəzərdə tutulsa da sahəyə aid dövlət büdcəsi eləcə də bir çox lazımı məlumatlar üçün yer verilməsi məsələsi öz həllini tapmayıb.
Baş menyuda Qanunvericilik, Məcburi dövlət sosial siğortasi, Fond haqqinda, Pensiya islahati, Pensiyalar haqqinda, Fərdi uçot, Siğorta edən üçün məlumat, tatistika, Konfranslar və seminarlar, Mətbuat, Sual – cavab, Linklər, Qonaq kitabi kimi informasiya əks olunur.

Yuxarıda göstərilən menyulardan ancaq bir neçəsi- SIĞORTAEDƏN ÜÇÜN MƏLUMAT, FOND HAQQINDA – STATISTIKA, SUAL-CAVAB, LİNKLƏR,  QONAQ KİTABI-BİZƏ YAZIN səhifələri fəaliyyət göstərir.

Saytda göstərilən digər menyularda adları olsa da heç bir məlumat hazırlanmayıb və informasiya yoxdur.

Dövlət Sosial Müdafiə Fondunun haqqında ümumi məlumatlar ayrı-ayrı altmenyularda nəzərdə tutulsa da verilən informasiya lazımı tələblərə tam cavab vermir. Belə ki, göstərilən bölmədə verilməsi tələb olunan bütün məsələlər nəzərdən qaçmış və həllini tapmayıb. Xəbərlərdə verilmiş məlumatın müddəti çoxdan keçsə də həmin səhifədə dəyişiklik edilməyib. Bundan başqa burada ştat cədvəli haqqında məlumat yoxdur.

Eyni zamanda Dövlət Sosial Müdafiə Fondunun öz daxili əmr, sərəncam və qərarları haqqında, eləcə də öz sahəsində dövlət sirri təşkil edən məlumatların siyahısına rast gəlinmir.. Dövlət Sosial Müdafiə Fondunun fəaliyyəti barədə hesabatlar.
Büdcə və büdcə proqnozları aid demək olar ki, qoyulan tələblər öz həllini tapmayıb. Burada Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin icrası, dövlət büdcəsinin gəlir proqnozunun icrası barədə məlumata rast gəlinmir.

Ümumiyyətlə  saytda yerləşdirilən informasiya qanunvericilik tərəfindən qarşıya qoyulmuş tələblərə cavab vermir. Dövlət Sosial Müdafiə Fondunun cari fəaliyyəti də yaxşı işıqlandırılmayıb. Aşağıdakı məqamlar  da öz əksini tapmayıb:

1. Özünə aid olan informasiya  resursları haqqında məlumatlar;
2. Ştat cədvəli haqqında məlumat;
3. Mövcud boş iş yerləri haqqında elanlar verilməyib, boş iş yeri olmadıqda həmin bölmədə “boş iş yerimiz yoxdur” kimi qeyd yerləşdirilməyib;
4. Satınalmalar barədə məlumatlar yoxdur;
5. Kreditlər və  qrantlar, onların şərtləri və istifadəsi, haqqında məlumatlar; 
6. Qeyri-kommersiya təşkilatlarına, büdcədənkənar fondlara, həmçinin dövlətin üzv olduğu kommersiya birliklərinə dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid informasiya;
7. Öz səlahiyyəti  daxilində  həyata keçirdiyi  yoxlamalar və özəl hüquqi şəxslərə, qeyri-kommersiya təşkilatlarına, büdcədənkənar fondlara dövlət büdcəsindən verilmiş vəsait haqqında məsələləri;
8. Dövlət büdcəsi haqqında və dövlət büdcəsinin icrası barədə hesabatlar;
9. Qüvvədə olan əmək haqqı dərəcələri, əməyin ödənilməsinə dair təlimatlar, habelə əlavə haqların ödənilməsi qaydaları və xüsusi güzəştlər barədə məlumatlar;

Texniki tələbatlar
1. Sayt üzrə və saytda yerləşdirilmiş məlumat  bazaları üzrə axtarış sistemi yoxdur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV