İnformasiya Azadlığının İnkişafı Koalisiyasının
Məlumatı
Məlum olduğu kimi Koalisiya tərəfindən aparılan dövlət orqanlarının internet resurslarının Monitorinqinin 1-ci mərhələsi yekunlaşıb.
Monitorinqin nəticələri ictimaiyyət arasında geniş rezonansa doğurub. Eyni zamanda dövlət orqanlarının rəsmi saytlara qarşı diqqətinin kifayət qədər artdığı müşahidə olunur. Bir sıra dövlət qurumlarında İnternet resursların tamamilə yenidən qurulmasına start verilib. Yeni rəsmi saytlar fəaliyyətə başlayıb. Azərbaycan Respublikası Prezidentinin saytının yeni versiyası fəaliyyətə başlayıb. Yeni İnternet Resurs informasiya bolluğuna və saytın imkanlarına görə əvvəlkindən xeyli dərəcədə fərqlidir.
Milli Məclisin, Tarif Şurasının, Mədəniyyət və Turizm Nazirliyinin, Müdafiə Nazirliyinin, Baş Prokurorluğun və digər qurumların rəsmi internet resurslarının yenidən qurulması istiqamətində iş aparıldığı bildirilir.
Hazırda Koalisiya tərəfindən Monitorinqin növbəti Mərhələlisinə hazırlıq prosesi gedir
Bu məqsədlə Monitorinqin Metodikası təkmilləşdirilir. İnformasiyanın daha dəqiq qiymətləndirilməsi kriteriyalarının hazırlanması üzərində iş aparılır. Bu məqsədlə ekspertlərlə məsləhətləşmələr aparılır və AMEA İnformasiya Texnologiyaları İnstitutu ilə birgə tədbirlərin , müzakirələrin keçirilməsi nəzərdə tutulur.
Eyni zamanda Koalisiya tərəfindən Bələdiyyələrin internet resurslarının yaradılması istiqamətində işlər davam etdirlir və Bələdiyyələrdə informasia daha effektiv qurulması istiqamətində Treninqlər keçirilir.
Eyni zamanda bu mərhələdə Monitorinq olunacaq rəsmi dövlət saytların siyahıları dəqiqləşdirilir.
Monitorinqin Metodikasının təkmilləşdirilməsi istiqamətində Təkliflərinizi info@informasiya.org ünvanına göndərməyi xahiş edirik və təkliflərə görə öncədən minnətdarlığımızı bildiririk.
İnformasiya Azadlığının İnkişafı
Koalisiyasının