Tuesday 23rd April 2024,

2007

Ξ Leave a comment

Lənkəran şəhər Bələdiyyəsinin rəsmi internet saytının təqdimatı keçirilib

posted by

29.11.2007
“İnformasiya Azadlığının İnkişafı “ Koalisiyasının
Məlumatı

     Lənkəran şəhər  Bələdiyyəsində regional Bələdiyyələrin iştirakı ilə  “Bələdiyyələrdə informasiya münasibətlərinin daha effektiv mexanizmlərinin yaradılması” mövzusunda geniş toplantı keçirilib. Toplantıda 65 qəsəbə və kənd bələdiyyələrinin  nümayəndələri iştirak edib.
     Tədbir Counterpart İnternational təşkilatı tərəfindən dəstəklənən  “Vətəndaşların informasiya  azadlığının gerçəkləşməsinə  dəstək” Layihəsi  çərçivəsində keçirilib.
      Toplantını giriş sözü ilə  Bərdə şəhər Bələdiyyəsinin sədri Eldar Hüseynov açıb. Layihənin eksperti Ələsgər Məmmədli "Bələdiyyələr ictimai informasiya sahibi" mövzusunda , Koalisiyanın üzvü, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının  eksperti Vüqar Tofiqli "Vətəndaş və bələdiyyə münasibətləri: real vəzityyət və problemlər" mövzusunda çıxış ediblər.  Lənkəran bələdiyyəsinin üzvləri Fəxrəddin Caniyev, Hafiz Mirzə, Rəfail Fərəcov və Astara Bələdiyyəsinin sədri Məmməd Məmmədov çıxış edərək vətəndaş-bələdiyyə münasibətlərinin daha çevik üsullarla  qurulmasının vacibliyinə toxunublar. İnformasiya əldə edilməsi haqqında Qanunun Bələdiyyələr üzərinə qoyduğu vəzifələrin gerçəkləşdirilməsi,  bələdiyyələr  və vətəndaşların qarşılıqlı münasibətlərinin qurulmasında çevik və effektiv yolların tapılması ətrafında müzakirələr aparılıb. Layihə çərçivəsində  Bələdiyyə üzvləri və qulluqçuları arasında keçirilən  Treninqlərin əhəmiyyəti vurğulanıb və bu prosesin digər bələdiyyələr də  cəlb edilməklə genişlənməsinin zəruriliyi bildirilib.
     Tədbirin sonunda Lənkəran şəhər Bələdiyyəsinin Layihə çərçivəsində hazırlanan  rəsmi internet saytının təqdimatı keçirilib. www.lenkeran.belediyye.az ünvanına malik olan saytda Lənkəran şəhər Bələdiyyəsi və bölgə ilə bağlı  xeyli faydalı informasiya ehtiyatı yerləşdirilib.
     Toplantıda regional bələdiyyələrin, icra hakimiyyətlərinin nümayəndələri və  bölgənin vətəndaş  cəmiyyəti  subyektlərinin nümayəndələri iştirak edib.

Multimedia Mərkəzi  
Tel: 492 44 44 
www.informasiya.org

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV