Thursday 21st November 2024,

2007

Ξ Leave a comment

Dövlət orqanlarının internet resurslarının monitorinqinin METODİKASI (Təkmilləşdirilmiş variant , dekabr 2007 )

posted by

Dövlət orqanlarının internet resurslarının monitorinqinin

METODİKASI (Təkmilləşdirilmiş variant , dekabr 2007 )

Bu Metodika informasiya əldə etmək haqqında Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulduğu qaydada dövlət orqanlarının internet resurslarından informasiyaların əldə edilməsi vəziyyətini qiymətləndirmək üçün hazırlanıb

Metodikanın hazırlanmasında qarşıya qoyulan əsas vəzifələr

– İnternet resursların qiymətləndirilməsi üçün zəruri parametrlərin müəyyən edilməsi

– Mövcud hüquqi aktlar əsasında qiymətləndirmə kriteriyalarının müəyyən edilməsi

– İnformasiya açıqlığı üzrə Reytinq Cədvəlinin və yekun Hesabatın hazırlanması

– Ayrı-ayrı saytlar üzrə İcmal və Tövsiyələrin hazırlanması.

– Yekun Tövsiyələrin hazırlanması

Əsaslar və istifadə olunan materiallarAzərbaycan Respublikasının Konstitusiyası
İnformasiya əldə edilməsi haqqında Qanun
İnformasiya əldə edilməsi haqqında Qanunun tətbiqi ilə bağlı Fərmanlar və digər əlaqəli hüquqi sənədlər
Dövlət orqanlarının və Bələdiyyələrin İnternet resurslarının yaradılması və formalaşdırılması Qaydaları
Xarici ölkələrin təcrübəsi

Qiymətləndirmə

Monitorinq zamanı saytlardakı informasiya ehtiyatının parametrlər və kriteriyalar üzrə kəmiyyət və keyfiyyət baxımından qiymətləndirilməsi gerçəkləşdirilir.

Kəmiyyət kriteriyası olaraq informasiyanın mövcudluğu (olub-olmaması) əsas götürülür. Yəni bu zaman qeyd olunan sahə (sahələr) üzrə informasiyanın ümumiyyətlə mövcudluğu və yerləşdirilən informasiyanın yetərli olub-olmaması nəzərə alınır.

(Balların və əmsalların minimal və maximal həddi Qiymətləndirmə cədvəlində verilib.)

Keyfiyyət göstəricisi yerləşdirilən informasiyanın tamlığını(dolğunluğunu), aktuallığını və saytdakı informasiyanın əldəolunma(giriş) imkanlarının mövcudluğunu nəzərdə tutur.

Tamlıq(Dolğunluq) saytda yerləşdirilən informasiyanın əhatəliliyindən asılı olaraq 3 səviyyədə qiymətləndirilir: yüksək səviyyə – 1, orta səviyyə – 0.8, və aşağı səviyyə – 0.7.

Aktuallıq saytda yerləşdirilən informasiyanın aktuallıq səviyyəsindən asılı olaraq 3 səviyyədə qiymətləndirilir: yüksək səviyyə – 1, orta səviyyə – 0.9, aşağı səviyyə – 0.8.

Saytdakı informasiyanın Əldəolunma(giriş) imkanlarının rahatlıq və sadəliyindən asılı olaraq 3 səviyyədə qiymətləndirilir: yüksək səviyyə – 1, orta səviyyə – 0.8, aşağı səviyyə – 0.7.

Hər bir Kriteriya üzrə keyfiyyət əmsalı tamlıq , aktuallıq və ələolunma imkanları nəzərə alınmaqla hesablanır.

Hər Blok üzrə yekun nəticə sosial əhəmiyyətlilik nəzərə alınmaqla hesablanır.

Dövlət qurumunun informasiya açıqlığı sahəsində ümumi vəziyyətini əks etdirən ümumiləşmiş “İnformasiya açıqlığı” göstəricisi kriteriyalar üzrə yekun qiymətlərin cəmi əsasında müəyyən olunur.

Ola bilər ki, bir dövlət orqanının saytında olmalı olan informasiya digərində onun spesifikasına görə olmamalıdır. Belə hallar monitorinq zamanı nəzərə alınır və bu cür informasiya üzrə qiymətləndirmə aparılmır.

Qiymətləndirmə Cədvəli

Qiymətləndirmə metodu

Bal

İnformasiyanın mövcudluğu ,həcmi (kəmiyyət göstəricisi nəzərdə tutulur)

I Blok

Yetərli – 1

Aşağı – 0

II Blok

Yetərli-1

Aşağı – 0

III Blok

Yetərli,– 1

Aşağı – 0

IV Blok

Yetərli – 1

Aşağı – 0

Keyfiyyət

Tamlıq(dolğunluq, əhatəlilik) əmsalı

Yüksək 1

Orta 0.8

Aşağı – 0.7

Aktuallıq əmsalı

Ən aktual – 1

Orta aktual – 0.9

Aşağı aktual – 0.8

Əldəolunma(giriş) imknaı əmsalı

Yüksək 1

Orta 0.8

Aşağı – 0.7

Sosial əhəmiyyətlilik əmsalı

I Blok

II Blok

III Blok

IV Blok

3

5

4

2

Parametrlər və Kriteriyaların siyahısı

Sıra

Parametrlər və Kriteriyalar

Sosial əhəmiyyətlilik əmsalı

Kəmiyyət/

Həcm

Keyfiy-yət/

dolğunluq

Keyfiy-yət/

Aktuallıq

Keyfiyyət Əldəolunma

(Giriş)

İnformasiya açıqlığı

I Blok

Dövlət orqanı haqqında ümumi məlumatlar

1.

Yaranma tarixi

2.

Dövlət orqanının strukturu və struktur bölmələri haqqında əsasnamələr, ərazi təşkilatları, təsisçisi olduğu mətbuat vasitələri

3.

Vəzifəli şəxslərin adları, soyadları, təhsil və ixtisasları barədə məlumatlar

4.

Ştat cədvəlləri

5.

Boş iş yerləri və namizədlərə verilən tələblər. İşə qəbul və müsabiqə qaydaları. Müsabiqənin yekunları

6.

Əmr, sərəncam və qərarlar

7.

Dövlət orqanının və onun struktur bölmələrinin fəaliyyəti ilə bağlı hazırlanmış təlimatlar və normativ hüquqi aktlar (layihələr də daxil olmaqla)

8.

Öz sahəsində dövlət sirri təşkil edən məlumatların siyahısı

9.

Rəhbər işçilərin qəbul saatları barədə məlumatlar . Vətəndaşların qəbul qaydaları

10.

Ünvan, telefon və faks nömrələri, elektron poçt ünvanları,

II Blok

Dövlət orqanının fəaliyyəti haqqında məlumatlar

1.

Dövlət orqanının cari fəaliyyəti haqqında məlumatlar

2.

İnformasiya sahiblərinin reyestri, özünə aid olan informasiya resursları

3.

Şikayət, təklif və sorğuların icmalı

4

Dövlət orqanının informasiya infrastrukturu, informasiya sorğularının tərtib olunması, qəbulu və göndərilməsi qaydaları. Informasiya sorğuları üçün məsul şəxs.

5.

Ümumiləşdirilmiş statistik məlumatlar

6.

Açıqlanması xüsusi qanunla, beynəlxalq müqavilələrlə və ya onların əsasında qəbul edilən normativ aktlarla müəyyənləşdirilən informasiyalar, yaxud informasiya sahibinin açıqlanmasını zəruri saydığı digər məlumatlar

7.

İnformasiya sahibinin mülkiyyəti və mülkiyyət öhdəliyi haqqında məlumatlar

8.

Hər hansı alqı-satqı əməliyyatı aparılırsa, satınalmaların şərtləri, nəticəsi, eləcə də dövlət əmlakının satılması, onun üzərində əmlak hüquqlarının dəyişməsi barədə məlumatlar

9

Təklif olunan kreditlər və informasiya sahiblərinin aldıqları kreditlər, qrantlar, onların şərtləri və istifadəsi, müqavilələr, auksionlar, tenderə çıxarılacaq sahələr və onların nəticələri haqqında məlumatlar. Müvafiq Komissiyalar və onların tərkibi

10.

Dövlət orqanı tərəfindən təsis edilmiş və ya onun iştirakı ilə fəaliyyət göstərən özəl hüquqi şəxslərə dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə dair məlumatlar

11.

Tamamilə və ya qismən dövlət mülkiyyətində, yaxud asılılığında olan qeyri-kommersiya təşkilatlarına, büdcədənkənar fondlara, həmçinin dövlətin üzv olduğu və ya iştirak etdiyi kommersiya birliklərinə dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid informasiyalar;

12.

Kütləvi tədbirlərin proqramları

13.

Dövlət qurumuna aid olan məhkəmə aktları

14.

Sahəyə aid dövlət büdcəsi

15.

Sahəyə aid dövlət büdcəsinin və icmal büdcənin icrası barədə geniş hesabatlar

16.

Dövlətin ictimai əhəmiyyətli konsepsiyaları, inkişaf planları, proqramlarının layihələri, onların müzakirəsi və təkliflərin qəbulu imkanları.

17.

Dövlətin ictimai əhəmiyyətli konsepsiyaları, inkişaf planları və proqramlarının mətni və onların icrası vəziyyəti haqqında məlumatlar

18.

Qüvvədə olan əmək haqqı dərəcələri, əməyin ödənilməsinə dair təlimatlar, habelə əlavə haqların ödənilməsi qaydaları və xüsusi güzəştlər barədə məlumatlar

19.

Öz səlahiyyəti daxilində həyata keçirdiyi yoxlamalar haqqında məlumatlar

20.

Dövlət orqanının səlahiyyətli nümayəndələrinin çıxışları

III Blok

Dövlət orqanı tərəfindən göstərilən xidmətlərə dair məlumatlar

1.

Əhaliyə göstərilən ictimai xidmətlər, onların qiymətləri və tarifləri haqqında, tariflərin formalaşması haqqında, habelə xidmət göstərilməsi zamanı qiymətlərdə və tariflərdə edilən dəyişikliklər barədə məlumatlar

2.

OnLine və interaktiv xidmətlər. Onların aktivliyi

3.

Müxtəlif xidmətlər, lisenziyalar, rüsumlar və icazələrlə bağlı Formalar və onların doldurulmuş nümunələri. Tələb olunan sənədlərin siyahısı.

IV Blok

Texniki tələbatlar

1.

Saytın müxtəlif brauzerlərdə açılması və məlumatların düzgün oxunuşu

2.

Sayt üzrə və saytda yerləşdirilmiş məlumat bazaları üzrə axtarış sistemi. Xəbərlərə abunəçilik sistemi

3.

Dövlət dili və tələbatdan asılı olaraq, ən azı bir geniş yayılmış xarici dil. Məlumatların düzgünlüyü, mətnlərin üslubu və qrammatik redaktəsi.

4.

Saytın xarici görünüşü, naviqasiya sistemi və istifadə rahatlığı.

5.

Digər dövlət orqanları, habelə aidiyyatı üzrə beynəlxalq təşkilatların saytlarına keçidlər

Cəmi:


Metodika
“İnformasiya Azadlığının İnkişafı” Koalisiyası tərəfindən “Vətəndaşların informasiya azadlığının gerçəkləşməsinə dəstək” Layihəsi çərçivəsində hazırlanıb (Təkmilləşdirilmiş variant, dekabr 2007, www.informasiya.org )

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV