Azərbaycan Respublikası Nazirlər Kabinetinin www.cabmin.gov.az ünvanındakı İnternet resursunun təkmilləşdirilməsi üçün yalnız bir iş görülməlidir:
Sayt “İnformasiya əldə etmək haqqında” qanunun tələblərinə və özü tərəfindən qəbul olunan "Dövlət orqanlarının və bələdiyyələrin İnternet informasiya ehtiyatlarının yaradılması Formaları və Qaydaları"na uyğun olaraq tamamilə yenidən qurulmalıdır.
Beləlilklə bizim tövsiyəmiz ondan ibarətdir ki, NK adına və statusuna layiq, həmçinin yuxarıda qeyd olunan hüquqi aktlara uyğun İnternet resursu hazırlayıb ziyarətçilərin istifadəsinə təqdim etsin.