Thursday 21st November 2024,

2007_2008

Ξ Leave a comment

Azərbaycan Respublikası Nazirlər Kabinetinə məxsus www.cabmin.gov.az ünvanındakı RƏSMİ İnternet resursunun monitorinqinin nəticələri

posted by

Azərbaycan Respublikası Nazirlər Kabinetinə məxsus ww.cabmin.gov.az ünvanındakı RƏSMİ İnternet resursunun monitorinqinin nəticələri

09 dekabr 2007

Azərbaycan Respublikası Nazirlər Kabinetinə məxsus www.cabmin.gov.az ünvanında yerləşən rəsmi İnternet resurs təəssüf ki, heç də iqtisadi artım tempinə görə öncül  yeri tutan bir ölkənin ən yüksək icraedici qurumunun İnternet saytını xatırlatmır. Bu sayta ilkin nəzər yetirmək yetərlidir ki, onun hansısa İnternet saytları qurmağı yeni öyrənən bir məktəbli tərəfindən hazırlandığı fikri yaransın.

Saytın  hazırlanmasına BMT İnkişaf Proqramının dəstəyi olsa da hədsiz  dərəcədə zəif  bir  məhsul hazırlanıb.

MEQA şirkətinin istehsal etdiyi rəsmi  saytlar  arasında  bu saytdan primitivini tapmaq mümkün deyil. Görünür problem NK-nın sifarişinin məhz təqdim olunan formada olması və ya  vəsait çatışmazlığı ilə  bağlı olub.

İndi isə saytda gördüklərimiz haqqında:

Sayt ana səhifə ilə açılır. Yuxarı sol tərəfdə NK-nın binasının şəkli, sağ tərəfdə isə Azərbaycan bayrağının şəkli və onun üzərində Azərbaycan Respublikası Nazirlər Kabineti yazısı verilib. Sol tərəfdəki şəklin üzərində saytın Az və Eng versiyasının olduğunu göstərən keçidlər olsa da hər iki keçid yalnız Azərbaycan dilli versiyaya aparıb çıxarır. Yəni ingilis dilli versiya əslində yoxdur. Bundan başqa eyni yerdə ana səhifəyə keçid və info@mincab.gov.az (nəyə görəsə mincab, halbuki saytın ünvanı cabmin kimidir) e-poçt ünvanı verilib. Saytın aşağı hissəsində isə sol tərəfdə BMT və BMT İnkişaf Programının nişanları, “Bu sayt BMT İnkişaf Programının dəstəyi ilə hazırlanmışdır” cümləsi, “© Nazirlər Kabineti, 2005. MEQA şirkətinin istehsalı” qeydi verilmişdir. Ortada sağ əsas blokda “Son məlumatlar” və “Son qərarlar” adı altında iki bölmədə ən son bilgilər yer almışdır.

Əsas bilgilərə keçid isə sol menyuda yer alıb. Düzdür, əsas bilgilər deyəndə ağla geniş bir zənginlik gəlsə də burada hər hansı zənginlikdən danışmq mümkün deyil. Nəinki zənginlik, ümumiyyətlə ən minimal bilgiləri belə əldə etmək sadəcə arzu olaraq qalır.

Beləliklə, sol menyuda nələr var?

Baş səhifə: burada yuxarıda qeyd olunanlar yer alıb. Yəni bu keçidə tıqladıqda ana səhifəyə keçid alınır;

Struktur: burada nazirlər kabinetinin özünün strukturu haqqında geniş bilgi gözlənilsə də sadəcə nazirlik, dövlət komitələri, komissiya, agentlik və xidmətlərin siyahısı və onlardan bir hissəsinin İnternet saytlarına keçid verilib;

Tərkib: burada da yalnız baş nazir, nazirlər, dövlət komitələri, komissiya, agentlik və xidmətlərinin rəhbərlərinin adından ibarət siyahı verilib;

Sənədlər: buraya tıqlayanda gözlənildiyi kimi hər hansı sənədə rast gəlinmir, sadəcə açar sözlərlə axtarış aparmaq imkanı verəm qutu açılır, işləkdir;

Rəsmi məlumatlar: bu səhifədə xroniki ardıcıllıqla rəsmi bilgilər (görüşlər və s. haqqında) yer alıb

Əlaqə vasitələri: burada da gözlənildiyi qədər bilgi yoxdur; ən adi telefon nömrəsi belə yoxdur; sadəcə NK-nın yer ünvanı və nk@cabmin.gov.az e-poçt ünvanı verilib.

Göründüyü və yuxarıda da qeyd edildiyi kimi NK-nın İnternet resursu olduqca zəif təsir bağışlayır və “İnformasiya əldə etmək haqqında” qanunun tələblərionə  heç bir  halda  cavab vermir. Yəni faktiki olaraq burada NK-nin fəaliyyəti haqqında  açıqlanması məcburi olan informasiyaların olduqca  cüzi  bir  hissəsi var.

Onu da qeyd edək həm 2006-cı ildə, həm də ki, 2007-ci ilin ilk yarısında apardığımız monitoring dövründə bu sayt elə indiki səviyyədə olmuş, sənəd və xəbərlərin əlavə edilməsindən başqa heç bir yenilik edilməmişdir.

Həm də nəzərə alınmalıdır ki, sayt dəfələrlə monitoring qrupu və icitmaiyyətin ayrı-ayrı kəsimlərinin ciddi tənqidlərinə məruz qalmışdır.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV