Tuesday 03rd December 2024,

2007_2008

Ξ Leave a comment

Milli Məclisin www.meclis.gov.az ünvanına malik rəsmi İnternet resursunun təkmilləşdirilməsi ilə bağlı tövsiyələr

posted by

Azərbaycan Respublikası Milli Məclisinə məxsus www.meclis.gov.az ünvanındakı İnternet resursunun təkmilləşdirilməsi ilə bağlı tövsiyələr

Azərbaycan Respublikası Milli Məclisinin www.meclis.gov.az ünvanındakı İnternet saytının monitoringindən göründüyü kimi əvvəlki iki monitoring zamanı tənqidə məruz qalan bir çox məqamların üzərində dayanılmış, sayt dizayn və struktur cəhətdən tamamilə yenidən qurularaq daha praktik bir şəkildə ziyarətçilərin öhdəsinə verilmişdir. Bununla belə saytda hələ həllini gözləyən xeyli məsələ var ki, onlara da biz tövsiyələrimizdə toxunmağa çalışacağıq.
Beləliklə saytda mövcud olan hiperkeçidlərdən gəldiyimiz qənaət əsasında aşağıdakıları tövsiyə etmək istərdik:

1. Saytın ana səhifəsinin dizaynı üzərində yenidən işləyib menyunu qaydaya salmağa ciddi ehtiyac var. Hər şeydən əvvəl dünyanın hər tərəfindəki İnternet istifadəçilərinin alışqanlıqlarını nəzərə alaraq əsas menyunun sol tərəfdə yerləşdirilməsi yaxşı olardı. Üstəlik menyuya daxil olan keçidlərin eyni səhifələrdə təkrar olunmasına da heç bir ehtiyac olmadığı göz önündədir (məsələn, ən üst və üst menyuların saytın daban hissəsində də təkrarlanması kimi).

2. Ən üst menyudakı “Qanunvericilik” keçidinə də yenidən baxıb MM-in fəaliyyətini nəzərə almaqla onu sinifləndirməyə ehtiyac var. Yəni burada “qanunvericilik” dedikdə qanun yaradıcılığı ilə məşğul olmayan dövlət qurumlarının saytlarındakı eyni adlı bölmənin məzmununu da göz önünə gətirmək lazımdır. Əslində bu bölmədə sadəcə dövlət qurumunun özünün fəaliyyətini tənzimləyən qanunlar yer almalıdır. MM-in istehsal etdiyi qanunlar isə onun fəaliyyətini ehtiva edən bölmədə, yaxud da ayrı bir başlıq altında verilsə məqsədəuyğun olardı. Elektron kitabxana və fotoarxivin də normal bir şəkildə ziyarətçilərin istifadəsinə verilməsinə ehtiyac hələ də qalmaqdadır.

3. Monitoringdən də göründüyü kimi MM sədrinin çıxışları və müsahibələri səhifələri hələlik boşdur və bunların doldurulmasına ehtiyac var.

4. Prosedur qaydaları bölməsindəki sənədlərin əslində yuxarıda qeyd etdiyimiz dövlət qurumunun özünün fəaliyyətinə aid olmasını nəzərə alaraq “Qanunvericilik” bölməsinə aid edilməsi doğru olardı. Prosedur qaydalarına gəlincə isə burada daha dəqiq və izah xarakterli bilgilər yerləşdirilsə doğru olardı.

5. Milli Məclisin strukturu haqqında səhifədə yalnız sxem-şəklin yerləşdirilməsi yetərli sayıla bilməz və buraya üzərinə tıqlamaqla müvafiq struktur bölməsinə gedilə biləcək bir sxem yerləşdirilməlidir.

6. Milli Məclisin tərkibi ilə bağlı səhifələrdə əsas qüsur ondan ibarətdir ki, deputatların dairə üzrə, yaxud da əlifba sırasıyla verilən siyahısı üzrə axtarışının nəticəsi ortaya çıxarkən həmin axtarış imkanı eyni səhifədə görsənmir. Yəni ziyarətçi daha bir deputat haqqında bilgi almaq üçün brauzerin geri qayıtmaq düyməsinə tıqlamalıdır. Halbuki hər bir deputat barədə açılan səhifədə həmin sistemi saxlamaqla ziyarətçilərin işini asanlaşdırmaq olardı. Burada “Seçki 2005” keçidinə tıqlayanda da nə olacağı anlaşılmır. Bu səhifəyə aydınlıq gətirməyə ehtiyac var. Həm də ayrı-ayrı deputatların biografiyalarının altında onlarla əlaqə vasitələri haqqında da bilgi verilməlidir.

7. MM-in aparatı ilə bağlı verilən bilgilərdə bir qədər də dolğunluğa və konkretliyə ehtiyac var. Hər şeydən əvvəl aparat işçilərinin biografiyaları genişləndirilməli, sonra da onlarla birbaşa əlaqə saxlamaq üçün telefon nömrələri və e-poçt ünvanı (yaxud da onlayn forma) verilməlidir.

8. Demokratik Cümhuriyyət dövrü istisna olmaqla MM-in tarixi haqqında bilginin yoxluğu saytın ciddi qüsurlarından sayıla bilər. Bundan başqa I və II çağırış MM üzvləri haqqında da daha geniş (biografik) bilgiləri saytda yerləşdirmək gərəklidir. Saytda informasiya üzrə səlahiyyətli şəxsin adının yoxluğu da təəccüb doğuracaq məqamlardan biridir və ümid etmək olar ki, bu da diqqətə alınacaq.

9. “Vətəndaşlar üçün” menyusunu ümumiləşdirib onun tərkibindəkiləri ehtiva edəcək bir səhifə yaratmaq yetərli olardı. Yəni hər səhifədə eyni şeylərin gərək olmadan ortaya çıxmasına lüzum yoxdur. Onu da qeyd edək ki, bu menyudakı “Dövlət sirri haqqında” keçiddə qanundan çıxarış verilib. Halbuki əslində məhz bu quruma aid olan və dövlət sirri hesab edilən bilgilərin aydın siyahısı verilməlidir. Yenə də bu menyuda onlayn müzakirə keçidi ilə bağlı bir az anlaşılmazlıq var. Çünki səhifə açılanda sadəcə bir məktub yazmaq üçün imkan var. Yəni nəyin müzakirəsi olduğu bilinmir. Ona görə də onlayn müzakirə üçün geniş yayılmış onlayn forum imkanı təmin etmək lazımdır. Yaxud da konkret qanun layihələrinə aid müzakirə forması yalnız onun altında (yaxud da yanında) ortaya çıxarsa yetərlidir (necə ki, hazırda elədir).

10. Eyni fikirləri “Cari fəaliyyət” menyusuna da aid etmək olar. Yəni buradakı keçidləri də toplayıb ana menyuda bir keçid vermək yetərlidir.

11. Ən alt menyudan da göründüyü kimi bağlantılar və ünvan səhifələri boşdur. Hazırda bir insan MM-in saytına girib oradan bu qurumun harada yerləşdiyini dərhal öyrənə bilməz. Ya məktub yazmalı, yaxud da bir telefon nömrəsi tapıb zəng etməlidir. Halbuki bir qayda olaraq geniş yayılmış formadan istifadə etməklə bütün səhifələrin dabanında ünvan, telefon nömrələri və e-poçt ünvanını vermək olardı.

Bütün bunlar saytda mövcud olanlarla bağlı mülahizələrimiz idi. Əlbəttə ki, biz burada heç də ayrı-ayrı bəndlər üzərində dayanmaqla işimizi bitmiş saymırıq. Əslinə qalanda bu sayt “İnformasiya əldə etmək haqqında” qanunun bir çox tələblərinə hələlik yetərincə cavab vermir. MM-in saytının strukturunun bütövlükdə adı keçən qanunun konkret tələblərinə uyğunlaşdırılmasına ehtiyac var.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV