Saturday 05th October 2024,

2015

Ξ Leave a comment

Naftalan Şəhər İcra Hakimiyyəti www.naftalan-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Naftalan Şəhər İcra Hakimiyyəti www.naftalan-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikası Naftalan Şəhər İcra Hakimiyyəti  www.naftalan-ih.gov.az  ünvanlı İnternet resursunun görünüşü normal, istifadəsi də rahatdır. Amma saytın əksər bölmələrindəki məlumatlar dolğun və hərtərəfli deyil. Şəhərin haqqindakı məlumatlar bölməsində yalnız tarix və iqtisadiyyat bölmələrindəki məlumatları dolğun, digər bölmələrdə isə informormasyaları yetərli hesab etmək olmaz.

Saytda turizm bölməsi var ki, şəhərdəki turizm məkanları haqda bilgilər təqdim olunub. Xəbərlər bölməsindəki informasiyalar da təzədir və xəbərlərin yenilənməsinə nəzarət olunur.

Saytda elanlar bölməsi var, buradakı elanlan əhali üçün vacib informasiyalardan biridir. Şəhərin saytı sosial şəbəkələrə də açıq deyil.

Beləliklə, Naftalan Şəhər İcra Hakimiyyəti saytinın ümumi mənzərəsi belədir:

1.  Şəhərin tarixi, iqtisadiyyatı coğrafi mövqeyi haqqındakı bilgilər dolğundur. Amma şəhərin əhalisi, təhsili, səhiyyəsi, mədəniyyəti, idmanı haqda məlumatları yetərli hesab etmək olmaz. Qurumun rəhbəri haqqında verilmiş məlumatları dolğun hesab etmək olar. Lakin qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə məlumat, qurumunun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri barədə saytda məlumat verilmir.

2.  Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrəsi, e-poçt ünvanı və yalnız icra başçısının vətəndaşları qəbul saatı və qəbul günləri haqda məlumat verilib. Amma əhalini qəbul edəcək digər rəhbər işçilərin adları, onlarla birbaşa əlaqə  nömrələri saytda öz əksini tapmayıb. Quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlara da rast gəlinmir.

3.  Saytda qurumun strukturu haqqında sxem və müavinlər haqqında mə­lumatlar, onlarla əlaqə nəmrələri (sabit telefon) var. Şura bölməsi də məlumatlıdır. Struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeli­yindəki informasiya sistemləri haqqında məlumatlar isə saytda öz əksini tapmır.

4.  Qurumun rəhbəri haqqında saytda tam dolğun bioqrafik informasiya mövcud deyil. Struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında da bilgilər təqdim edilir. Başçının müavinləri haqda, bütün mümkün struktur bölmələrinin də rəhbərləri haqqında bioqrafik bilgilər isə yoxdur.

5.  Cari informasiyalar baxımından sayt nisbətən zəngin sayıla bilər. Qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə də heç bir bilgi təqdim edilmir.

6.   Saytda qurumun büdcəsi, büdcənin  icrası haqqında,  büdcədənkənar daxil­olmalar və onların istiqamətləri, subsidiya alanlar haqda informasiyalara da rast gəlmək olmur.

7.  Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər  haqqında da heç bir bilgi yoxdur. Burada yalnız onlayn müraciət imkanı təqdim edilir.

8.   Boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur böl­mələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları,  işə qəbulla bağlı komissiyalar haqqında, qurum  və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) məlumatlar da təqdim edilməyən bilgilər sırasındadır.

9.   Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.

10.  Vətəndaşların qəbulu ilə bağlı yalnız rəhbər tərəfindən vətəndaşların qəbul günləri, qəbul saatları barədə bilgilər var. Digər vəzifəli şəxslərin vətəndaşların qəbulu ilə bağlı heç bir məlumat yoxdur.  Onlarla birbaşa əlaqə nömrələri də yoxdur. Həm də onlar  tərəfindən vətəndaşların qəbul norma və qaydaları, nə də qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilər təqdim edilmir.

11.  Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlinmir.

12.  Saytın texniki imkanları normal səviyyədədir. Onlayn müraciət forması təqdim olunsa da,  abunə imkanı yoxdur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV