Saturday 05th October 2024,

Xəbərlər

Ξ Leave a comment

Dövlət qurumlarının infomasiya açıqlığı_2015 (Press reliz, 06.08.2015)

posted by informadmin

Multimedia Mərkəzi tərəfindən “Dövlət qurumlarının onlayn şəffaflığı :problemlər və perspektivlər” mövzusunda  Dəyirmi Masa keçirilib.

Tədbirdə Multimedia Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz informasiya  açıqlığı üzrə Mərkəzi və yerli icra   qurumlarının növbəti Hesabatını  Reytinq  Cədvəlini   ictimaiyyətə təqdim edib.

O, 4 ay ərzində  73 Mərkəzi icra orqanının  və 68 Yerli icra hakimiyyətlərinin rəsmi internet resursunun monitorinqinin aparıldığını  qeyd edib.

O, rəsmi saytların 60  parametr üzrə kəmiyyət  və  keyfiyyət kriteriyaları və sosial əhəmiyyətlilik səviyyəsi nəzərə alınmaqla  informasiya  açıqlığı  vəziyyətinin analiz olunduğunu  bildirilib.  Hər bir qurum üzrə araşdırmaların yekunu olaraq icmal və tövsiyələr hazırlandığı diqqətə çatdırılıb.

Osman  Gündüz  Mərkəzi icra orqanlarında informasiya açıqlığı sahəsində  əvvəlki illərlə müqayisədə əhəmiyyətli müsbət irəliləyişlərin olduğunu  qeyd edib.

Monitorinqin nəticələrinə əsasən informasiya  açıqlığı üzrə Reytinq Cədvəlində 1-ci , 2-ci və 3-cü yerləri müvafiq olaraq   Vergilər Nazirliyi (78.2%), Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (76.3%) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ( 76%) tutub.
Sonuncu yerlər isə Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası, Dövlət Sərhəd Xidməti  və Nazirlər Kabinetinə məxsusdur.

73 Mərkəzi icra qurumları üzrə orta informasiya  açıqlığı  göstəricisi  56 % ( 2013-cü ildə  39 %,  2012-ci ildə 33.5%) olub.

Cari ildə 73 dövlət qurumundan  55-i informasiya açıqlığı üzrə 50%-lik həddi keçə biliblər.

2013-cü ildə cəmi  21 qurum informasiya açıqlığı üzrə 50%-lik həddi keçə bilib, 2012-ci ildə  cəmi  15 qurumun açıqlıq göstəricisi 50%-dən yüksək olub,  2011-ci ildə isə cəmi  3 dövlət qurumunun informasiya açıqlığı  50%-lik həddi  aşmışdır.

Yerli icra hakimiyyətləri (şəhər və rayon) üzrə orta informasiya açıqlığı göstəricisi isə cəmi 15 %
( ötən il : 12.7 %) olub.

Yerli icra qurumların informasiya açıqlığı sahəsində ciddi problemlərin qaldığı diqqətə çatdırılıb. Ötən illərlə müqayisədə  yerli icra orqanlarında , rayon və çəhər icra hakimiyyətlərinin rəsmi saytlarında hər hansı bir ciddi dəyişiklik baş vermədiyi bildirilib. Qeyd edilib ki bu qurumların saytlarının hamısı bir-birini təkrarlayır, açıqlanması məcburi olan infromasiyalarn 80-90% -i rəsmi saytlarda yoxdur..

İnformasiya  açıqlığı sahəsində dövlət  qurumları arasında kəskin informasiya bərabərsizliyi olduğu da qeyd olunub. Belə  ki cari ildə 10 ən yaxşıların açıqlıq göstəricisi 75 % olduğu halda ,  sonuncu yerləri tutan 10  dövlət qurumunun açıqlıq əmsalı cəmi  26% dir.

Dəyirmi Masada  Elektron Hökumət Portalı Operatoru –MHM –in şöbə müdiri İlqar Abdullayev, Media ekspert lər Azər Həsrət və Ələsgər Məmmədli , VXSİ Dövlət Agentliyinin sektor müdiri Ulduz Xəlilova , Konstitusiya Araşdırmaları Fondunun nümayəndəsi Zaur İbrahimov, Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət baş idarəsinin şöbə müdiri Azər Şirinov , Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Mətbuat Xidmətinin rəhbəri Asəf  Əliyev, Sahibkarlığa Yardım Fondunun rəhbəri Sabit Bağıırov, Ombudsman Aparatının  əməkdaşı  Elmin Cəfərov, Təhsil Nzirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin bölmə müdiri Namiq Zeynalov və digərləri çıxış ediblər.

Çıxışlarda Monitorinqin mühüm ictimai əhəmiyyət kəsb etməsi vurğulanıb. Bu sahədə son illərdə xeyli irəliləyişlərin olduğunu bildiriblər. Çıxışlarda həmçinin hələ də açıqlanması məcburi olan

informasiyaların xeyli hissəsinin Mərkəzi icra orqanlarından ,  xüsusilə də  yerli icra orqanlarının  saytlarından əldə edilməsinin mümkünsüzlüyü qeyd olunub. Bu sahədə dövlət nəzarətini həyata keçirməli olan  dövlət qurumunun da  fəaliyyətinin zəif olması vurğulanıb .  Yerli icra orqanlarının informasiya açıqlığı sahəsindəki mövcud vəziyyətin çox aşağı səviyyədə olması vurğulanıb.

Monitorinqin nəticələrinin ictimailəşdirilməsinin və davamlı olaraq  aparılmasının  zəruriliyi qeyd olunub.

Təqdimat mərasimində hökumət qurumlarının nümayəndələri, müstəqil ekspertlər, özəl və ictimai sektorun təmsilçiləri  iştirak edib.

Layihə  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilib

Fotolar:
https://www.facebook.com/media/set/?set=a.977881568899618.1073741827.500922553262191&type=3

Multimedia Mərkəzi
Tel: 012441 60 54
www.informasiya.org
info@informasiya.org

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV