Saturday 05th October 2024,

Xəbərlər

Ξ Leave a comment

Dövlət orqanlarının ( Mərkəzi və yerli ) onlayn şəffaflıq vəziyyətinin Monitorinqinin nəticələri – HESABAT ( aprel , 2015 – iyul 2015)

posted by informadmin

MULTİMEDİA Mərkəzi

Dövlət  qurumlarının İnformasiya Açıqlığı

1. Dövlət orqanlarının rəsmi İnternet resurslarının monitorinqinin nəticələri

2. Mərkəzi və yerli icra  orqanlarının informasiya açıqlığı üzrə Reytinq Cədvəlləri

HESABAT
(01 aprel , 2015 –  31 iyul , 2015)

www.informasiya.org

 

Giriş

Dövlət qurumlarının informasiya açıqlığı üzrə monitorinqi “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən 2006-cı ildən başlayaraq sistemli və müntəzəm olaraq həyata keçirilir.
2011-ci ildən etibarən Mərkəz tərəfindən dövlət qurumlarının təqdim etdiyi elektron xidmətlərlə bağlı araşdırma və Monitorinqlərə də start verilib.
Mərkəz tərərfindən 2012-ci ildən etibarən yerli icrahakimiyyəti orqanlarının da informasiya açıqlığı üzrə monitorinqi aparılır.

Bu Hesabat “Multimedia” Mərkəzi tərəfindən 01 aprel  2015-ci il tarixdən 2015-ci ilin avqust ayınadək aparılan Monitorinqin nəticələri əsasında hazırlanıb. Ümumilikdə  73 Mərkəzi icra  orqanı və 68 Yerli icra hakimiyyəti orqanının rəsmi İnternet resursu analiz edilib. Monitorinq “İnformasiya əldə etmək haqqında” Qanuna və beynəlxalq normalara əsaslanaraq Multimedia Mərkəzi tərəfindən hazırlanan Metodologiya əsasında gerçəkləşdirilir. Əvvəlki illərə nisbətən Metodologiya xeyli təkmilləşdirilib.

Monitorinqin aparılmasında əsas məqsəd “İnformasiya əldə etmək haqqında” Qanunun tələbləri baxımından dövlət orqanları  tərəfindən İnternet resurslar  vasitəsilə ictimai  informasiyaların açıqlanması vəziyyətini araşdırmaq,  hər bir dövlət qurumu üzrə və ümumiləşmiş tövsiyələr hazırlamaqdan ibarət olub.

Monitorinqin yekunu olaraq hər bir İnternet  resursu üzrə ümumi vəziyyəti əks etdirən məlumat hazırlanır və əldə olunan nəticələr əsasında İnternet resursların təkmilləşdirilməsi ilə bağlı hər bir qurum üzrə tövsiyələr də hazırlanaraq İnformasiya Azadlığı saytında (informasiya.org ) yerləşdirilir.

Bu ilki Monitorinq prosesində diqqət çəkən məqam ondan ibarətdir ki, Mərkəzi icra orqanlarında  artıq rəsmi İnternet resurslar üzərində sistemli və komanda formasında işlər aparılması tendensiyası duyulur.

Bu qurumlarda İnternet və bütövlükdə İnformasiya texnologiyalarının əhəmiyyəti getdikcə daha doğru və düzgün anlaşılmaqdadır. Vətəndaşlarla informasiya münasibətlərinin qurulmasında sosial mediaya, digər effetktiv texnologiyalara üstünlük verilməyə başlanıb.

Bununla belə hələlik az sayda olsa da mərkəzi icra orqabnları var ki, rəsmi internet saytları vasitəsilə informasiyaların açıqlanması və elektron xidmətlərlə bağlı məsələyə münasibət hələ də qanunvericiliyin tələbləri səviyyəsində deyildir.

Yerli icra hakimiyyətlərində həm onlayn şəffaflıq və həm də elektron xidmərlərlə bağlı  vəziyyət hələlik  pis durumdadır.

Metodologiya

Yuxarıda da qeyd etdiyimiz kimi ötən dövrlər ərzində keçirilən monitorinqlər bir qədər sadə göstəricilər üzrə saytların analiz edilməsinə əsaslanırdısa, indiki monitorinqdə daha geniş və hərtərəfli analiz edilməyə yönələn parametrlərə üstünlük verilib.

Cari ildəki monitorinq prosesində saytların kəmiyyət və keyfiyyət göstəricilərini nəzərə almaqla onların bütövlükdə açıqlıq səviyyəsinin müəyyən edilməsi monitorinqin əsas məqsədi olub.

Metodologiya hazırlanarkən həm yerli qanunvericiliyin (”İnformasiya əldə edilməsi haqqında Qanun və onunla əlaqəli Fərmanlar, Nazirlər Kabinetinin 16 Fevral 2007-ci il tarixli “Dövlət orqanlarının və bələdiyyələrin İnternet informasiya ehtiyatlarının yaradılması Formaları və Qaydaları”, Elektron xidmətlərin təşkili  sahəsində bəzi tədbirlər haqqında 23 may 2011-ci il tarixli  Prezident Fərmanı,   İnformasiya azadlığı sahəsində araşdırmalarla məşğul olan beynəlxalq qurumların təcrübəsi əsas götürülüb.

Eyni zamanda ölkənin ictimai informasiya mühitinin spesifik xüsusiyyətləri nəzərə alınıb. İctimai informasiya subyektləri tərəfindən ictimai informasiyaların  İnternet üzərindən açıqlanması sahəsində yerli təcrübə ciddi olaraq araşdırılıb. Monitorinqlə bağlı göstəricilərin siyahısı hazırlanarkən ictimai informasiya subyektlərinin rəsmi internet resurslarının yaradılması, bu qurumlarda elektron informasiya istehsalı prosesinin vəziyyəti, ictimai informasiyalarla  bağlı tələb-təklif münasibətləri nəzərdən keçirilib. Daha çox ictimai əhəmiyyət kəsb edən  sahələr müəyyən olunub, yerli tələbat baxımından daha çox sosial əhəmiyyət kəsb edən informasiyaların növləri nəzərə alınıb. Açıqlanan  İnformasiyanın növlərindən asılı olaraq müxtəlif sosial əhəmiyyətlilik əmsalları müəyyən olunub. Müxtəlif xidmətlərin elektron formada təklifi imkanlarının mövcudluğu, dövlət qurumunun büdcəsi, cari fəaliyyəti və tenderlərlə bağlı  məlumatlar bu Metodologiyada prioritet olaraq qəbul edilib. İnformasiyanın keyfiyyətinin müəyyən edilməsi üçün  Dolğunluq ( açıqlanması  zərurui olan bütün infromasiyaların tam , əhatəli formada saytda yerləşdirilmısi  və s ), Aktuallıq ( saytın müntəzəm olaraq yenilənməsi,  son dəyişikliklər və fəaliyyətlər haqqında informasiyalar , tədbirlər, çıxışlar və s  taqqında məlumatalr , hesabatlar  və s. ) və Əldə olunma imkanı kimi ( uzabiliti imkanlar, axtarış imkanları, linklərdən effektiv istigfadə, naviqasiya və s) göstəricilərdən istifadə olunub.
Monitorinq prosesində ekspertlər hər bir parametr üzrə bu göstəricilərin dəyərləndiriləsini həyata keçiriblər.

Ümumilikdə Metodologiyanın əsasını ictimai informasiya subyektlərinin informasiya açıqlığını müəyyən etməyə imkan verən 13 Blok üzrə 60 parametrdən ibarət göstəricilər təşkil edir. Yerli şəraitdən asılı olaraq hər bir Blok üzrə sosial əhəmiyyətlilik əmsalı tətbiq edilib.  Monitorinq zamanı  hər bir parametr  üzrə informasiyanın   aktuallıq, dolğunluq və əldə olunma imkanları  və və sosial əmsallara əsaslanaraq açıqlıq səviyyəsi müəyyən olunur.

Bu nəticələr əsasında bütövlükdə saytın ümumi informasiya açıqlıq səviyyəsi hesablanıb. İnformasiya açıqlığı səviyyəsi nəzərə alınmaqla dövlət qurumlarının İnformasiya  açıqlığı üzrə Reytinq Cədvəli tərtib edilib ki, burada da əsas məqsəd rəsmi internet resursların daha dolğun və informasiya cəhətdən zəngin olmasını stimullaşdırmaqdan ibarətdir.

 Mərkəzi icra hakimiyyəti orqanlarının informasiya açıqlığı üzrə Monitorinqində istifadə olunan Parametrlər və qiymətləndirmə meyarları

 

Qiymətləndirmə →

Parametrlər ↓

 

Kəmiyyət Həcm 0-1 Dolğunluq1-0.5-0.2 Aktuallıq1-0.8-0.7 Giriş1-0.9-0.8 İnformasiya açıqlığı
  1. Dövlət qurumu ilə bağlı informasiya (haqqında)
1.1. Qurumun tarixi
1.2. Rəhbərləri haqqında məlumatlar və kollegiya
1.3. Dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza. Əsasnamə və təlimatlar
  1. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün imkanlar
2.1. Dövlət qurumunun yerləşdiyi ünvan
2.2. Həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri
2.3. Mümkün olan bütün e-poçt ünvanları
2.4. Dövlət qurumunun ünvanının marşrut və sxemi
2.5. Dövlət qurumuna getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat
  1. Dövlət qurumunun strukturu
3.1. Dövlət qurumunun strukturunun ümumi sxemi. Aparat
3.2. Dövlət qurumunun alt bölmələri və regional strukturu
3.3. Struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar
3.4. Struktur bölmələrinin dəqiq (tam) ünvanları
3.5. Struktur bölmələrinin səlahiyyət çərçivələri
Qurumun tabeliyindəki informasiya sistemləri
  1. Rəhbər və rəhbər işçilər. Əks əlaqə
4.1. Əsas rəhbərin və onun müavin(lər)inin bioqrafiyaları
4.2. Bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər
4.3. Dövlət qurumunun rəhbəri ilə əks əlaqə imkanları
4.4. Ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları
4.5. Dövlət qurumu ilə əks əlaqə üçün ümumi imkan
  1. Dövlət qurumunun cari fəaliyyəti haqqında informasiya
5.1. Mətbuat üçün açıqlamalar və onların  tezliyi
5.2. Dövlət qurumuna aid olan informasiya
5.3. Dövlət qurumuna aid olan hər cür başqa cari informasiya
5.4. Qurumdaxili əmr və qərarlar
5.5. Bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla)
5.6. Dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı bölmə və yetərli məlumatlar
  1. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi (ayrıntıları ilə) və onun icrası
6.1. Qurumun büdcəsi və onun icrası haqqında məlumat
6.2. Büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiya
  1. Dövlət qurumu tərəfindən təklif edilən xidmətlər haqqında informasiya
7.1. Dövlət qurumunun təklif etməli olduğu mütləq xidmətlər
7.2. Dövlət qurumu tərəfindən təklif edilən əlavə xidmətlər
7.3. Elektron formada təklif olunan xidmətlər. Xidmətlərin statistikası ( sayı)
7.4. Onlayn müraciət imkanı
7.5. Qaynar xətt
7.6. Xidmətlərdən istifadə qaydaları
7.7 Çağrı Mərkəzi
  1. İşə qəbul qaydaları və boş iş yerləri haqqında bilgi
8.1. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi
8.2. İşə qəbulun norma və qaydaları
8.3. İşə qəbulla bağlı komissiyalar haqqında bilgi
8.4. Dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar
8.5. Boş iş yerləri haqqında elanların arxivi
  1. Sahə işçilərinin əmək haqları
9.1. Rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası
  1. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları)
10.1. Vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi
10.2. Dövlət qurumunda vətəndaşların qəbul qaydaları
10.3. Dövlət qurumunun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatlarıDigər qəbul formaları ( video qəbul və s)
10.4. Dövlət qulluqçusunun etika qaydaları haqqında bilgi
  1. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar
11.1. Dövlət qurumu tərəfindən tenderlər, hərraclar və yarışmaların keçirilmə qaydaları
11.2. Tenderlərin, hərracların keçirilməsi ilə bağlı elanlar və nəticələri
11.3. Tender və yarışmaların nəticələri
11.4. Elanların arxivi
11.5. Tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları
  1. Dövlət qurumunun norma- (qanun)yaratma fəaliyyəti
12.1. Dövlət qurumunun cari norma- (qanun)yaratma fəaliyyəti
12.2. Bütün mümkün normativ aktların layihələri (tam mətni)
12.3. Bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri
12.4. Dövlət qurumunun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv
  1. Yuxarıda qeyd edilən informasiyalara giriş üçün texniki imkanlar
13.1. Dövlət qurumunun İnternet resurslarının mövcud qaydalara uyğunluğu
13.2. Abunə imkanları və əks əlaqə üçün onlayn formaların mövcudluğu
13.3. İstifadə rahatlığı
13.4 Domen rahatlığı
13.5. Sayt daxilində axtarış
13.6 Sosial mediadan istifadə imkanları və onların yenilənməsi (aktivliyi)


Yerli icra orqanlarının (şəhər və rayon icra hakimiyyətlərinin) informasiya açıqlığı üzrə Monitorinqində istifadə olunan Parametrlər və qiymətləndirmə

 meyarları

 

Qiymətləndirmə

Parametrlər

 

Kəmiyyət Həcm Dolğunluq Aktuallıq Giriş İnformasiya açıqlığı
  1. İcra hakimiyyəti ilə bağlı informasiya (haqqında) (1)
1.1. İcra hakimiyyətinin başçısı.  Bioqrafiyası
və icra aparatı
         
1.2. Struktur, İH  Əsasnaməsi, Dövlət qulluqçusunun etik davranış  qaydaları haqqında AR  qanunu          
1.3. Rayon/şəhər haqqında məlumat, tarixi, mədəniyyəti və s          
  1. Ziyarətçilərin icra hakimiyyəti ilə əlaqə saxlaması üçün imkanlar (1)
         
2.1. İcra hakimiyyətinin yerləşdiyi ünvan          
2.2. Həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri          
2.3. Mümkün olan bütün e-poçt ünvanları          
  1. İcra hakimiyyətinin strukturu (1)
         
3.1. İcra hakimiyyətinin alt bölmələri və  yerli icra nümayəndəlikləri          
3.2. Struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar          
3.3. Struktur bölmələrinin səlahiyyət çərçivələri          
3.4. Əsas idarə və müəssisələr, banklar, təhsil və mədəniyyət qurumları haqqında bilgilər          
3.5. Bələdiyyələr haqqında məlumatlar          
  1. Rəhbər və rəhbər işçilər. Əks əlaqə (1)
         
4.1. Əsas rəhbərin və onun müavin(lər)inin bioqrafiyaları          
4.2. Bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər          
4.3. İcra hakimiyyətinin rəhbəri ilə əks əlaqə imkanları          
4.4. Ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları          
4.5. İcra hakimiyyəti ilə əks əlaqə üçün ümumi imkan          
4.6. Vətəndaşların müraciətlərinə baxılma qaydası          
4.7. Rayondan/şəhərdən seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imknaı          
  1. İcra hakimiyyətinin cari fəaliyyəti haqqında informasiya (2)
         
5.1. Mətbuat üçün açıqlamalar          
5.2. Rayonda həyata keçirilən dövlət layihələri və proqramları haqqında məlumatlar          
5.3. Rayonun/şəhərin ictimai həyatı haqqında məlumatlar          
5.4. Qurumdaxili əmrlər, sərəncamlar və qərarlar          
5.6. İcra hakimiyyətinin həyata keçirdiyi tədbirlər, cari işlər haqqında məlumatlar (təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat və s. sahələrdə)          
5.7. Rayonun/şəhərin ictimai-siyasi qurumları, media qurumları haqqında bilgilər          
  1. Ümumi dövlət büdcəsinin icra hakimiyyətinə aid hissəsi (ayrıntıları ilə) və onun icrası (3)
         
6.1. Büdcə haqqında məlumat          
6.2. Rayonun büdcəsi (gəlir və xərclər) haqqında məlumat          
  1. İcra hakimiyyəti tərəfindən təklif edilən xidmətlər haqqında informasiya (2)
         
7.1. İcra hakimiyyətinin təklif etməli olduğu mütləq xidmətlər          
7.2. İcra hakimiyyəti tərəfindən təklif edilən əlavə xidmətlər          
7.3. Elektron formada təklif olunan xidmətlərin statistikası          
7.4. Onlayn müraciət etmək imkanı          
7.5. Xidmətlərdən istifadə qaydaları          
  1. İşə qəbul qaydaları və boş iş yerləri haqqında bilgi (2)
         
8.1. İcra hakimiyyəti və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi          
8.2. İşə qəbulun norma və qaydaları          
8.3. İşə qəbulla bağlı mümkün komissiyalar haqqında bilgi          
8.4. İcra hakimiyyəti və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar          
  1. Sahə işçilərinin əmək haqları (1)
         
9.1. Rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası          
  1. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) (2)
         
10.1. Vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi          
10.2. İcra hakimiyyətində vətəndaşların qəbul qaydaları          
10.3. İcra hakimiyyətinin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları          
  1. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar (3)
         
11.1. Dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiya          
11.2. İcra hakimiyyəti tərəfindən tender və yarışmaların keçirilmə qaydaları          
11.3. Tenderlərin keçirilməsi ilə bağlı elanlar          
  1. Yuxarıda qeyd edilən informasiyalara giriş üçün texniki imkanlar (2)
         
13.1. İcra hakimiyyətinin İnternet resursunun mövcud qaydalara  uyğunluğu          
13.2. Abunə imkanları və əks əlaqə üçün onlayn formaların mövcudluğu          
13.3. İstifadə üçün rahatlığı          
13.4 Sosial mediadan istifadə imkanları          

 

 MULTİMEDİA  Mərkəzi

Mərkəzi icra hakimiyyəti orqanlarının informasiya açıqlığı üzrə
Reytinq Cədvəli

(01 aprel, 2015 –   31 iyul, 2015)

Dövlət qurumunun adı

Rəsmi saytı

İnformasiya açıqlığı (faizlə)    2015

Vergilər Nazirliyi www.taxes.gov.az 78.2
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya www.dqmk.gov.az 76.3
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi www.mlspp.gov.az 76
Dövlət Sosial Müdafiə Fondu www.sspf.gov.az 75.5
Rabitə və Yüksək Texnologiyalar  Nazirliyi www.mincom.gov.az 75
Dövlət Neft Şirkəti www.socar.az 74.5
Hesablama Palatası www.ach.gov.az 74.2
Baş Prokurorluq www.genprosecutor.gov.az 74
İqtisadiyyat və Sənaye Nazirliyi www.economy.gov.az 73.8
Təhsil Nazirliyi www.edu.gov.az 73.5
Daxili İşlər Nazirliyi www.din.gov.az 73.2
Dövlət Neft Fondu www.oilfound.az 73
Mədəniyyət və Turizm Nazirliyi www.mct.gov.az 72.7
Ekologiya və Təbii Sərvətlər Nazirliyi www.eco.gov.az 71.9
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası www.tqdk.gov.az 70.6
Mərkəzi Bank www.cbar.az 69.8
Ədliyyə Nazirliyi www.en.gov.az 69.5
Nəqliyyat Nazirliyi www.mot.gov.az 68.5
Satınalmalar üzrə Dövlət Agentliyi www.tender.gov.az 67.5
Fövqəladə Hallar Nazirliyi www.fhn.gov.az 66.2
Əmlak Məsələləri Dövlət Komitəsi www.emdk.gov.az 65.5
VXSİ Dövlət Agentliyi www.asan.gov.azwww.vxsida.gov.az 65
Azərsu ASC www.azersu.az 64.9
Dövlət Gömrük Komitəsi www.customs.gov.az 63.5
Səhiyyə Nazirliyi www.sehiyye.gov.az 62.5
Dövlət Statistika Komitəsi www.azstat.org 61.5
Kənd Təsərrüfatı Nazirliyi www.agro.gov.az 61
Azərbaycan Respublikası Prezidentinin saytı www.president.gov.az 60.5
Energetika Nazirliyi www.mie.gov.az 60
Xarici İşlər Nazirliyi www.mfa.gov.az 59.8
Auditorlar Palatası www.audit.gov.az 59.5
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi www.azstand.gov.az 59
Milli Teleradio Şurası www.ntrc.gov.az 58.4
Diasporla İş üzrə Dövlət Komitəsi www.diaspora.gov.az 57.5
Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya www.antikorrupsiya.gov.az 57.2
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi www.refugee.gov.az 57
Müdafiə Sənayesi Nazirliyi www.mdi.gov.az 56.8
QHT-lərə Dövlət Dəstəyi Şurası www.cssn.gov.az 56.5
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi www.scfwca.gov.az 56.2
Maliyyə Nazirliyi www.maliyye.gov.az 56
Xəzər Dəniz Gəmiçiliyi QSC www.caspar.az 55.8
Müəllif Hüquqları Agentliyi www.copag.gov.az 55.5
Dövlət Dəniz Administrasiyası www.ardda.gov.az 55.3
Ali Məhkəmə www.supremecourt.gov.az 55.1
“Azərbaycan Dəmir Yolları” QSC www.railway.gov.az 55
Milli Məclis www.meclis.gov.az 54.8
Məhkəmə-Hüquq Şurası www.jlc.gov.az 54.6
Azərişıq ASC www.azerishiq.gov.az 54.5
Elmin İnkişafı Fondu www.elmfondu.gov.az 54.4
Dövlət Miqrasiya Xidməti www.migration.gov.az 54.2
Baş Dövlət Yol Polisi İdarəsi www.dyp.gov.az 54
Tarif Şurası www.tariffcouncil.gov.az 53.8
Konstitusiya Məhkəməsi www.constcourt.gov.az 53.5
Mərkəzi Seçki Komissiyası www.msk.gov.az 52.5
Dövlət Məşğulluq Xidməti www.ses.gov.az/ 50
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi www.arxkom.gov.az 49.7
Sahibkarlığa Kömək Milli Fondu www.anfes.gov.az 48.5
Milli Elmlər Akademiyası www.elm.gov.az 48
Azərbaycan Hava Yolları QSC www.azal.az 47.3
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi www.scwra.gov.az 47
Gənclər və İdman Nazirliyi www.mys.gov.az 44.5
İnsan Hüquqları üzrə Müvəkkili www.ombudsman.gov.az 37.8
Bakı Metropoliteni www.metro.gov.az 35.2
Dövlət Sığorta Kommersiya Şirkəti   www.azersigorta.az 35
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti www.seferberlik.gov.az 33.2
 Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu www.kivdf.gov.az 30
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti www.mst.gov.az 27.1
Xüsusi Dövlət Mühafizə Xidməti www.dmx.gov.az 26.5
Müdafiə Nazirliyi www.mod.gov.az 26
Milli Təhlükəsizlik Nazirliyi www.mns.gov.az 25.7
Dövlət Sərhəd Xidməti www.dsx.gov.az 23.2
Nazirlər Kabineti www.cabmin.gov.az 21
Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası www.human.gov.az 12.4

Mərkəzi  icra orqanları üzrə orta informasiya açıqlığı

56%

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ən yaxşılar

Beləliklə cari ildə 73 mərkəzi icra qurumu üzrə orta informasiya açıqlığı göstəricisi təxminən 56 % olub.

2013-cü ildə 75 mərkəzi icra orqanı üzrə orta informasiya açıqlığı  39 %,  2012-ci ildə 64  mərkəzi icra orqanı üzrə orta informasiya açıqlığı  33.5 %,  2011-ci ildə 61 mərkəzi icra orqanı üzrə bu rəqəm 27%, 2009-cu ilin sonunda 50 dövlət qurumu üzrə ümumi informasiya açıqlığı göstəricisi isə  təxminən 24% olmuşdur.

Beləliklə, cari ilin 73 dövlət qurumu üzrə nəticəni müqayisə etsək, ötən 2 il ərzində informasiya açıqlığı göstəricisi təxminən 17 % artıb.

Beləliklə hazırda  ilk üç yer üzrə orta informasiya açıqlığı səviyyəsi təxminən 77%,  ilk 10 yer  üzrə 75% -dir.

2013-cü ildə ən yaxşı üç qurum üzrə  müvafiq informasiya açıqlığı göstəricisi 70% olub.
2012-ci ildə ən yaxşı üç qurum üzrə  müvafiq informasiya açıqlığı göstəricisi 66 % olub.
2011-ci ildə ən yaxşı üç qurum üzrə  müvafiq informasiya açıqlığı göstəricisi 60 % olub. 

Müxtəlif dövlət qurumları üzrə bu ilki monitorinqin nəticələri ötən illərdən bir qədər fərqlidir.  Artıq  xeyli sayda dövlət qurumları  onlayn şəffaflıq vəziyyətlərini  yaxşılaşdıraraq uzun müddətdən bəri Reytinq Siyahısına  liderlik edən Vergilər Nazirliyinin göstəricisinə yaxınlaşmaq üzrədir. Artıq ən azı 10  dövlət qurumu var ki, az bir fərqlə ( 6 -7% lik ), 4 qurum isə çox cüzi bir fərqlə  bu Nazirliyi izləyirlər. Bu isə yuxarı pillədə rəqabətin xeyli kəskinləşməsindən xəbər verir.

Yalnız bir məqam  uzun müddətdir ki, dəyişməyib. Bu da Vergilər Nazirliyinin həmişəki birincilik mövqeyini qoruyub saxlaya bilməsidir. Özünün həm infromasiya təminatı və həm də elektron xidmətlər sahəsindəki ciddi irəliləyişləri ilə hər zaman diqqət çəkən bu qurum bu dəfə də daha təkmil bir şəkildə iddialarını ortaya qoymağa bacarmışlar. Baş Prokurorluğun və Ekologoiya və təbii sərvətlər Nazierliyinin  adı xüsusilə qeyd olunmalıdır Əvvəlki illərdən fərqli olaraq bu qurumlar  olduqca yüksək göstərici əldə edib.

 

Beləliklə, ilk onluğa aşağıdakı qurumlar daxil ola bilmişlər:

Dövlət qurumunun adı

Rəsmi saytı

İnformasiya açıqlığı (faizlə)    2015

1

Vergilər Nazirliyi www.taxes.gov.az 78.2

2

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya www.dqmk.gov.az 76.3

3

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi www.mlspp.gov.az 76

4

Dövlət Sosial Müdafiə Fondu www.sspf.gov.az 75.5

5

Rabitə və Yüksək Texnologiyalar  Nazirliyi www.mincom.gov.az 75

6

Dövlət Neft Şirkəti www.socar.az 74.5

7

Hesablama Palatası www.ach.gov.az 74.2

8

Baş Prokurorluq www.genprosecutor.gov.az 74

9

İqtisadiyyat və Sənaye Nazirliyi www.economy.gov.az 73.8

10

Təhsil Nazirliyi www.edu.gov.az 73.5

 

 

 

 

 

 

 

 

 

 

 

 

İlk onluğa əvvəlki illərdən fərqli olan digər yeni yeni qurumlar daxil olmuşdur: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,  İqtisadiyyat və Sənaye Nazirliyi, Təhsil Nazirliyi, Dövlət Neft Şirkəti

Bununla belə o da xüsusilə qeyd edilməlidir ki , cari ildə 73 dövlət qurumundan artıq  55-i informasiya açıqlığı üzrə 50%-lik həddi keçə biliblər

2013-cü ildə, 74 dövlət qurumundan artıq  21-i informasiya açıqlığı üzrə 50%-lik həddi keçə biliblər.  2012-ci ildə  64 dövlət qurumundan 15-i açıqlıq göstəricisi üzrə yarı həddini aşa blmişdir. 2011-ci ildə cəmi  3 dövlət qurumu informasiya açıqlığı üzrə 50%-lik həddi  aşmışdır.

Hazırda Reytinq Cədvılindən göraənir ki 18  mərkəzi icra orqanının onlayn şəffaflıq göstəricisi  50 %-dən aşağıdır.

Ötən illərlə müqayisədə informasiya açıqlığı göstəricisi əhəmiyyətli dərəcdə müsbət istiqamətdə  dəyişən dövlət qurumları aşağıdakılar olub:

  1. 1.      Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
  2. 2.      İqtisadiyyat və Sənaye Nazirliyi
  3. 3.      Təhsil Nazirliyi
  4. 4.      Dövlət Neft Şirkəti
  5. 5.      Azərsu ASC
  6. 6.      Mədəniyyət və Turizm Nazirliyi
  7. 7.      Kənd Təsərrüfatı Nazirliyi
  8. 8.      Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

 Axırıncı yerləri bölüşənlər

Bu ilki  Reytinq Cədvəlində də sonuncu yeri tutanların siyahısında elə də ciddi dəyişiklik baş verməyib . Reytinq Cədvəlimizin sonunda yenə də  uzun müddətdən bəri açıqlıq göstəricisi aşağı olanlar yer ututb

 Beləliklə, Reytinq Cədvəlində siyahını qapayan sonuncu onluq aşağıdakı kimidir:

1 Dövlət Sığorta Kommersiya Şirkəti   www.azersigorta.az 35
2 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti www.seferberlik.gov.az 33.2
3  Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu www.kivdf.gov.az 30
4 Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti www.mst.gov.az 27.1
5 Xüsusi Dövlət Mühafizə Xidməti www.dmx.gov.az 26.5
6 Müdafiə Nazirliyi www.mod.gov.az 26
7 Milli Təhlükəsizlik Nazirliyi www.mns.gov.az 25.7
8 Dövlət Sərhəd Xidməti www.dsx.gov.az 23.2
9 Nazirlər Kabineti www.cabmin.gov.az 21
10 Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası www.human.gov.az 12.4

 

 

 

 

 

 

 

 

 

Ən aşağı yerləri bölüşdürən 3 mərkəzi icra  qurumlarının orta informasiya  açıqlığı səviyyəsi  təxminən 19 % ,  ən zəif 10 qurumun orta  açıqlıq əmsalı isə 26 %  təşkil edir.

2013-cü ildə bu rəqəm müvafiq olaarq 13% və 16% olub.

2012-ci ildə  il  bu rəqəm müvafiq olaraq 7 % və 11 %  təşkil edib .

Beləliklə Reytinq Cədvəlindən görsənir ki , cari ildə ən yaxşı vəziyyəti olan 10  dövlət qurumunun orta informasiya açıqlığı 75%, ən zəiflərin isə orta informasiya açıqlığı 26% -dir.
Bu isə onu göstərir ki, dövlət qurumları arasında hələ də informasiya bərabərsizliyi sahəsində fərq ciddi problem olaraq qalmaqdadır. Xeyli sayda dövlət  qurumlarının informasiya açıqlığı sahəsində vəziyyəti sürətlə müsbətə doğru dəyişdiyi halda  müəyyən sayda dövlət qurumlarının bu sahədəki ya əvvəlki vəziyyətdə olduğu kimi qalıb, ya da vəziyyəti pisliyə doğru dəyişib.

Yerli icra hakimiyyətlərinin informasiya açıqlığı

Yuxarıda da qeyd etdiyimiz kimi bu Monitorinq prosesində 68 Yerli icra hakimiyyəti qurumunun (şəhər və rayon icra hakimiyyətlərinin) rəsmi  İnternet resursunun da monitorinqi aparılıb.  Mərkəzi icra qurumları ilə müqayisədə yerli icra hakimiyyətlərinin internet resursları bu il də olduqca aşağı göstəricilər əldə edib. Demək olar ki böyük əksəriyyət  yerli icra orqanlarında ötən illə müqayisədə elə də ciddi dəyişikliklər baş verməyib. Eyni bir starndart əsasında yaradılan  yerli icra orqanlarının saytları  əsasən bir-birini təkrar edir və açıqlanması vacib olan informasiyaalrın çox cüzi bir hissəsi  sayta yerləşdirilib

Aşağıdakı Reytinq Cədvəllərindən göründüyü kimi rayonlar üzrə ən yüksək informasiya açıqlığı göstəricisini yenə də Binəqədi Rayon İcra Hakimiyyətinin saytı olmuşdiur- 23.8 % .

İcra hakimiyyətləri (rayon  və şəhər ) üzrə  üzrə orta infromasiya açıqlığı göstəricisi 15 % olub . 2013-cü ildə  bu rəqəm 13.5%,  2012-ci ildə isə 7 % olmuşdur.

Əlbəttə ki, bu cür durumu ayrıca şərh və təhlil edib hanasısa tövsiyələr irəli sürmək lüzumsuz olardı. Ona görə də Yerli icra qurumlarına aid İnternet resurslarının durumunu geniş təhlil etmədən onların Reytinq Cədvəlini təqdim edirik.

 

MULTİMEDİA  Mərkəzi

İcra orqanlarının ( rayon və şəhər icra hakimiyyətlərinin) informasiya  açıqlığı üzrə

 Reytinq Cədvəli

(01 aprel, 2015 –   31 iyul, 2015)

 

Yerli icra qurumunun adı

Rəsmi saytı

İnformasiya açıqlığı (faizlə)    2015

Binəqədi Rayon İcra Hakimiyyəti www.binegedi-ih.gov.az

23.8

Xətai Rayon İcra Hakimiyyəti www.khatai-ih.gov.az

19.6

  1. 59.
Şirvan Şəhər İcra Hakimiyyəti www.shirvan-ih.gov.az

19.1

Naftalan Şəhər İcra Hakimiyyəti www.naftalan-ih.gov.az

18.7

Bakı Şəhər İcra Hakimiyyəti: http://baku-ih.gov.az/

18.5

Lənkəran Şəhər İcra Hakimiyyəti: www.lenkeran-ih.gov.az

18.4

Yasamal Rayon İcra Hakimiyyəti www.yasamal-ih.gov.az          18.3
Cəlilabad Rayon İcra Hakimiyyəti www.celilabad-ih.gov.az:           18.2
Xəzər Rayon İcra Hakimiyyəti www.xazar-ih.gov.az

18.1

Gədəbəy Rayon İcra Hakimiyyəti www.bilesuvar-ih.gov.az:

18

Gəncə Şəhər İcra Hakimiyyəti: www.ganja-ih.gov.az

17.9

  1. 61.
Şəki Şəhər İcra Hakimiyyəti www.sheki-ih.gov.az

17.8

  1. Kür
Kürdəmir  Rayon İcra Hakimiyyəti http://kurdemir-ih.gov.az/

17.7

Xızı Rayon İcra Hakimiyyəti www. khizi-ih.gov.az

17.6

Salyan Rayon İcra Hakimiyyəti www.salyan-ih.gov.az

17.5

Astara Rayon İcra Hakimiyyəti www.astara-ih.gov.az:

17.4

Siyəzən Rayon İcra Hakimiyyəti www.siyezen-ih.gov.az

17.3

Yevlax Şəhər İcra Hakimiyyəti www.yevlax-ih.gov.az

17.1

Nəsimi Rayon İcra Hakimiyyəti www.nasimi-ih.gov.az

17

İsmayıllı Rayon İcra Hakimiyyəti www.ismayilli-ih.gov.az

16.9

Sabunçu Rayon İcra Hakimiyyəti www.sabunchu-ih.gov.az

16.8

Tərtər Rayon İcra Hakimiyyəti www.terter-ih.gov.az

16.7

Qəbələ Rayon İcra Hakimiyyəti www.qebele-ih.gov.az

16.6

Masallı Rayon İcra Hakimiyyəti www.masalli-ih.gov.az

16.5

Ucar Rayon İcra Hakimiyyəti www.ucar-ih.gov.az

16.4

Yardımlı Rayon İcra Hakimiyyəti www.yardimli-ih.gov.az

16.5

Zərdab Rayon İcra Hakimiyyəti www.zerdab-ih.gov.az

16.4

Abşeron Rayon İcra Hakimiyyəti www.absheron.gov.az

16

Qazax Rayon İcra Hakimiyyəti www.qazax-ih.gov.az

15.9

Suraxanı Rayon İcra Hakimiyyəti www.suraxani.info

15.8

Sabirabad Rayon İcra Hakimiyyəti  www.sabirabad-ih.gov.az

15.7

Xocavənd Rayon İcra Hakimiyyəti www.xocavend-ih.gov.az

15.6

Nərimanov Rayon İcra Hakimiyyəti www.narimanov-ih.gov.az

15.5

Nizami Rayon İcra Hakimiyyəti www.nizami-ih.gov.az

15.4

Hacıqabul Rayon İcra Hakimiyyəti www.haciqabul-ih.gov.az

15.3

Neftçala Rayon İcra Hakimiyyəti www.neftchala-ih.gov.az

15.2

Səbail Rayon İcra Hakimiyyəti www.sabail-ih.gov.az

15.1

Saatlı Rayon İcra Hakimiyyəti www.saatli-ih.gov.az

15

Kəlbəcər Rayon İcra Hakimiyyəti www.kelbecer-ih.gov.az

14.8

Bərdə Rayon İcra Hakimiyyəti www.berde-ih.gov.az:

14.7

Qax Rayon İcra Hakimiyyəti www.qax-ih.gov.az:

14.6

Oğuz Rayon İcra Hakimiyyəti www.oguz-ih.gov.az

14.5

Ağsu Rayon İcra Hakimiyyəti www.agsu-ih.gov.az

14.4

Ağcabədi Rayon İcra Hakimiyyəti www.absheron.gov.az:

14.3

Balakən Rayon İcra Hakimiyyəti http://balaken-ih.gov.az

14.2

Şuşa Rayon İcra Hakimiyyəti www.shusha-ih.gov.az

14.1

Qubadlı Rayon İcra Hakimiyyəti www.qubadli-ih.gov.az

14

Ağdam Rayon İcra Hakimiyyəti www.agdam-ih.com:

13.9

Cəbrayıl Rayon İcra Hakimiyyəti www.cabrail-ih.gov.az:

13.8

Qaradağ Rayon İcra Hakimiyyəti  www.qaradagh.info

13.6

Goranboy Rayon İcra Hakimiyyəti www.goranboy-ih.gov.az

12.9

Qusar Rayon İcra Hakimiyyəti

www.qusar-ih.gov.az

12.8

Qobustan Rayon İcra Hakimiyyəti www.qobustan-ih.gov.az

12.7

Mingəçevir Şəhər İcra Hakimiyyəti www.mingechevir-ih.gov.az

12.6

İmişli Rayon İcra Hakimiyyəti www.imishli-ih.gov.az

12.5

Laçın Rayon İcra Hakimiyyəti www.lachin-ih.gov.az

12.4

Şəmkir Rayon İcra Hakimiyyəti

www.shamkir-ih.gov.az

12.3

Göyçay Rayon İcra Hakimiyyəti www.goychay-ih.gov.az

12.2

Şamaxı Rayon İcra Hakimiyyəti www.shamaxi-ih.gov.az

12

Biləsuvar Rayon İcra Hakimiyyəti www.bilesuvar-ih.gov.az:

11.9

Xaçmaz Rayon İcra Hakimiyyəti www.xachmaz-ih.gov.az

11.8

Fizuli Rayon İcra Hakimiyyəti www.fuzuli-ih.gov.az:

11.7

Sumqayıt Şəhər İcra Hakimiyyəti www.sumqayit-ih.gov.az

11.6

Xocalı Rayon İcra Hakimiyyəti www.xocali-ih.gov.az

11.5

Ağdaş Rayon İcra Hakimiyyəti www.agdash-ih.gov.az:

11.4

Beyləqan Rayon İcra Hakimiyyəti www.beyleqan-ih.gov.az

11.3

Lerik Rayon İcra Hakimiyyəti www.lerik-ih.gov.az

11.2

Tovuz Rayon İcra Hakimiyyəti www.tovuz-ih.gov.az

11.1

İcra orqanları (şəhər və rayon) üzrə orta informasiya açıqlığı

15 %

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Monitorinqi  aparılan qurumlarda  ən çox açıqlanan  informasiyalar aşağıdakılardır:

Ən çox açıqlanan İnformasiyalar
1    Dövlət qurumu ilə bağlı informasiya –  qurumun tarixi, rəhbərlik,  qanunverici baza, hakimiyyət qolunda yeri, səlahiyyət çərçivəsi
2    Əlaqə, ünvan ( telefon, faks, elektron poçt ünvanları, poçt ünvanı )
3    Dövlət qurumu ilə, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə və rəhbər və onun müavinlərinin bioqrafiyası
4    Dövlət qurumunun alt bölmələri və regional qolları, ünvanları və səlahiyyət çərçivələri
5    Dövlət qurumuna aid informasiyalar, mətbuat üçün açıqlamalar və cari informasiyalar.
6    Elektron xidmətlər və onlardan istifadə  qaydaları ilə bağlı məlumatlar, elektron bölmə  və s.

Dövlət qurumlarının rəsmi saytlarında bir  qayda olaraq açıqlanmayan və ya yetərincə açıqlanmayan informasiyalar aşağıdakılardır:
Açıqlanmayan və ya az açıqlanan  İnformasiyalar
1    Dövlət qurumunun büdcəsi və onun icrası  haqqında
2    Sahə işçilərinin əmək haqları
3    Tenderlər, müsabiqələr, dövlət proqramları, dövlət satınalmaları haqqında məlumatlar
4    Dövlət qurumunun hüquqi –normativ sənədləri, normativ aktların layihələri ,  bu istiqamətdə təklifləri və s
5    Dövlət qurumunun təklif etməli olduğu offlayn xidmətlərin siyahısı
6    Elektron xidmətlərdən istifadə vəziyyətinin statistikası və s

Monitorinqin yekunu üzrə əldə olunan ümumi nəticələr

Müsbət tendensiyalar

  1. Dövlət qurumlarının  informasiya açıqlığı vəziyyəti əvvəlki illərlə müqayisədə müsbət istiqamətdə inkişaf edib. Dinamika isə əvvəlki illərlə müqayisədə daha yüksək olub.
  1. Monitorinqin nəticələrinə əsasən demək olar ki, əvvəlki illərlə  müqayisədə mərkəzi icra orqanları  tərəfindən rəsmi saytlara qarşı münasibət yaxşılığa doğru dəyişib. Bir sıra dövlət qurumlarında informasiyaların keyfiyyətinə xüsusi diqqət yetirilməyə başlanıb.
  1. İnformasiya açıqlığı sahəsində rəqabət apara biləcək qurumların sayı əhəmiyyətli sayda artıb.
  1. Elektron xidmətlərin sayı və keyfiyyəti əhəmiyyətli dərəcədə artıb və bu tendensiya davam etməkdədir. Qurumlarda xidmət və İKT sektorlarının inteqrasiyası sürətlənib.

Əsas çatışmazlıqlar

  1. Bir sıra dövlət qurumlarında hələ də İnformasiya  əldə edilməsi haqqında Qanunun tələblərinə müvafiq olaraq informasiya infrastrukturu formalaşmayıb. İctimai informasiya subyektlərinin informasiya xidmətlərinin fəaliyyəti qənaətbəxş deyil. Xidmət sektoru ilə İKT sektorunun qarşılıqlı əlaqələri yetərincə tənzimlənməyib.

 

  1. İmkanları və resursları zəif olan qurumlarda  rəsmi saytlardan vətəndaşlarla interaktiv əlaqənin qurulmasında, elektron formada ən adi xidmətlərin göstərilməsində istifadə olunmur, sosial şəbəkələrə inteqrasiyalar yoxdur.
  1. İnformasiya əldə edilməsi haqqında Qanunun icrasına nəzarət yetərli deyil. İnformasiya müvəkkili xidmətinin fəaliyyəti hiss olunmur. Dövlət qurumlarına metodiki-informasiya dəstəyi yetərli deyil

 Çatışmazlıqların aradan qaldırılması üçün

TÖVSİYƏLƏR

l       Dövlət orqanlarının Əsasnamələrinə vətəndaşların informasiya təminatına cavab verən struktur bölmələr (vəzifəli şəxslər) və onların fəaliyyət istiqamətləri haqqında müddəaların daxil edilməsi;

l       İnformasiya açıqlığı üzərində dövlət nəzarətini həyata keçirmək məqsədilə yaradılan xidmətin fəaliyyəti canlandırılmalıdır. Dövlət qurumlarına, xüsusilə yerli icra orqanlarına informasiya açıqlığının təmin edilməsi sahəsində köməklik göstərilməlidir

l       Dövlət qurumlarında qanunvericilikdə nəzərdə tutulduğu qaydada informasiya infrastrukturunun formalaşdırılması başa çatdırılmalı və mövcud müvafiq strukturların fəaliyyəti təkmilləşdirilməlidir.  Dövlət orqanlarında informasiya istehsalı prosesinin çevik və effektiv mexanizmləri hazırlanmalıdır.

l       Dövlət  qurumunun büdcəsində informasiya istehsalı və açıqlanması ilə  bağlı  xərclər  ayrıca  qeyd olunmalıdır və səmərəli istifadə edilməlidir

l       Qanunvericilikdə nəzərdə tutulduğu qaydada yalnız keyfiyyətli (aktual, yeni, dolğun, əhatəli, dəqiq) informasiyaların saytda yerləşdirilməsinə diqqət  yetirilməlidir.

l       Sosial əhəmiyyətli və kütləvi xidmətlərin İnteraktiv olaraq elektron formaya keçirilməsinə diqqət  artırılmalıdır. Sosial şəbəkələrə inteqrasiyalar hazırlanmalıdır. Portala inteqrasiya başa çatdırılmalıdır.

l       Dövlət qurumlarında elektron informasiya istehsalı ilə bağlı, elektron xidmətlərlə, ictimai informasiyalarla bağlı Treninqlər təşkil olunmalıdır.

l       Elektron xidmətlərin keyfiyyət göstəriciləri hazırlanmalı və müvafiq dövlət və ictimai nəzarət sistemi qurulmalıdır.

l       İnformasiya əldə edilməsi ilə  bağlı Qanunun və elektron xidmətlərdən istifadənin gerçəkləşməsi istiqamətində  vətəndaşlar arasında maarifçilik işi  aparılmalıdır.

l       Əldə olunması məhdudlaşdırılan informasiyaların məhdudlaşdırılmasının əsasları (siyahı) haqqında normativ sənəd Layihəsi hazırlanmalı və hökumətə təqdim olunmalıdır.

l       Əldə olunması məhdudlaşdırılan informasiyaların siyahısı təsdiq edilməlidir.

l       Rəsmi saytların sosial servislərə inteqrasiyası gücləndirilməlidir. Sosial resurslar üzərindən əlaqələrin qurulmasına diqqət yetirilməlidir

l       Bakı şəhər İH və onun nəzarətində olan dövlət orqanlarının xidmətlərinin elektron formaya keçirilməsinə diqqət yönəldilməlidir.

06.08.2015

Multimedia Mərkəzi
Tel. 0124416054
www.informasiya.org
informasiya@gmail.com

 

Hesabatın  tam mətni www.informasıya.org  saytında yerləşdirilib.

 

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV