Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti www.absheron.gov.az İnternet resursu standart görünüşə malikdir. Verilən informasiyaları operativ hesab etmək olar. Amma bir sıra bölmələr üzrə bilgilər yenə lazımi miqdarda deyil. Sayt əvvəlki illərlə müqayisədə demək olar ki, gözəçarpacaq dərəcədə dəyişikliyin edilməməsi ilə də diqqəti çəkir. Elektron müraciət və elektron xidmətlər kimi bölmələrin boş olması və təqdim edilməsi gərəkli olan bilgilərin olmaması da gözdən qaçmır.
Beləliklə, Abşeron Rayon İcra Hakimiyyəti saytının ümumi mənzərəsi aşağıdakı kimidir:
1. Rayon haqqındakı bilgilər təqdim edilmişdir. Qurum, qurumun rəhbəri haqqında verilmiş məlumatları də qənaətbəxş saymaq olar. Lakin bəzi məlumatlara (qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə məlumat, qurumunun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri və hakimiyyət qolunda yeri barədə) isə təəssüf ki, rast gəlinmir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrələri, e-poçt ünvanları təqdim edilmişdir. Quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlar isə təəssüf ki, saytda öz əksini tapmayıb.
3. Saytda təqdim olunan növbəti informasiya qurumun strukturu haqqında sxem və müavinlər haqqında bilgilərdir. Lakin onlarla əlaqə üçün sadəcə şəhər telefon nömrələri göstərilmişdir. Struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında məlumatlar isə yoxdur.
4. Qurumun rəhbəri və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında qısaca da olsa bilgilər təqdim edilir. Lakin bütün mümkün struktur bölmələri rəhbərləri haqqında bioqrafik bilgilər yoxdur.
5. Cari informasiyalar baxımından da saytı nisbətən qənaətbəxş sayıla bilər. Təqdim edilmiş ən son məlumatlar aprelin son günlərinə (25.04.2016. Abşeron rayonunda Çernobıl əlilləri və onların ailə üzvləri ilə görüş keçirilib) aiddir. Qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə də heç bir bilgi təqdim edilmir.
6. Saytda qurumun büdcəsi, büdcənin icrası haqqında, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyalar da yoxdur.
7. Burada yalnız onlayn müraciət imkanı təqdim edilsə də, qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər haqqında da heç bir bilgi yoxdur..
8. Boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) məlumatlar da təqdim edilməyən bilgilər sırasındadır.
9. Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.
10. Vətəndaşların qəbulu ilə bağlı yalnız rəhbər və ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə bilgilər var. Burada nə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları nə də, qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilər təqdim edilmir.
11. Tender və yarışmalar haqqında təəssüf ki, heç bir məllumat saytda təqdim edilmir.
12. Saytın texniki imkanları normal sayılır. Abunə imkanı təqdim edilməsə də, onlayn müraciət forması təqdim olunub.