Monitorinqin nəticəsi olaraq qeyd edə bilərik ki, Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti www.absheron.gov.az domen adlı İnternet saytında məlumat baxımından bir sıra çatışmazlıqlar var. Bu səbəbdən də çatışmazlıqların aradan qaldırılmasına kömək məqsədilə tövsiyələrimizi diqqətə çatdırırıq.
1. Rayon haqqındakı bilgilərlə yanaşı ayrıca qurumun özü haqqında, ona daha öncə başçılıq etmiş şəxslər, onun fəaliyyətini təmin edən qanunverici baza haqqında, qurumun səlahiyyət çərçivələri və hakimiyyət qolunda yeri bilgilərin əlavə edilməsi tövsiyə olunur.
2. Tövsiyə olunur ki, ziyarətçilərin əks əlaqəsi daha da uyğun bir hala gətirilsin və qurumun yerləşdiyi ünvanın sxemi, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında da bilgilər təqdim olunmuş bilgilərə əlavə olunsun.
3. İcra Hakimiyyətinin strukturu haqqında sxem və müavinlər haqqında məlumatlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında məlumatların təqdim edilməsi də tövsiyə olunur.
4. Yaxşı olardı ki, qurumun rəhbəri, rəhbər işçiləri və onlarla əks əlaqələr baxımından bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin təqdim edilsin. Rəhbər, rəhbər işçilər və onlarla əks əlaqələrin də saytda yerləşdirilməsi yaxşı olardı. Qurumun rəhbəri və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında təqdim edilmiş qısaca bilgilərin də dolğunlaşdırılması tövsiyə olunur.
5. Cari informasiyaların nisbətən yenilənməsi ilə yanaşı, qurumdaxili əmr və qərarların, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə bilgilərin isə təqdim edilməsi tövsiyə olunur.
6. Büdcə ilə bağlı məsələlər haqqında da saytda bilgi verilməsi yaxşi olardı.
7. Tövsiyyə olunur ki, qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər haqqında saytda bilgilər verilsin.
8. Növbəti tövsiyyə boş iş yerləri və işə qəbulla bağlı bilgilərin də saytda öz əksini tapması haqqındadır.
9. Rəhbər, onun müavinlərinin və struktur bölmələri rəhbər işçilərinin əmək haqlarının da təqdim edilməsi tövsiyyə olunur.
10. Həmçinin vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında həm vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları, həm də qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilərin saytda yerləşdirilməsi tövsiyyələr sırasındadır.
11. Yenə də tender və yarışmalar haqqında bilgilərin təqdim edilməsi tövsiyyələr sırasındadır.
12. Saytın texniki imkanlarının yaxşılaşdırılması və sayta abunə imkanının da daxil edilməsi gərəklidir.