Azərbaycan Respublikası Ağdam Rayon İcra Hakimiyyəti www.ağdam-ih.gov.az domen adlı İnternet saytını informasiya baxımından elə də kasıb hesab etmək olmaz. Amma çatışmazlıqlar da var. Bu çatışmazlıqların aradan qaldırılmasına kömək məqsədilə tövsiyələrimizi diqqətə çatdırırıq.
1. Tövsiyə olunur ki, saytda qurumun özü haqqında, ona daha öncə başçılıq etmiş şəxslər haqqında, qurumunun fəaliyyətini təmin edən qanunverici baza haqqında, qurumun səlahiyyət çərçivələri haqqında informasiya təqdim edilsin.
2. Yaxşı olardı ki, ziyarətçilərin əks əlaqəsini asanlaşdırmaq üçün qurumun yerləşdiyi ünvan sxem şəklində göstərilərdi və quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında da bilgilər təqdim edilərdi.
3. Gərəkli olan İcra Hakimiyyətinin strukturu haqqında sxem və müavinlər haqqında məlumatlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında məlumatların da təqdim edilməsi tövsiyə olunur.
4. Yaxşı olardı ki, qurumun rəhbəri, rəhbər işçiləri və onlarla əks əlaqələr baxımından bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin təqdim edilərdi. Qurumun rəhbəri və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında təqdim edilmiş qısaca bilgilərin isə dolğunlaşdırılması tövsiyə olunur. Rəhbər, rəhbər işçilər və onlarla əks əlaqələrin də saytda yerləşdirilməsi də yaxşı olardı.
5. Cari informasiyalar daim yenilənir. Amma tövsiyə olunur ki, qurumdaxili əmr və qərarların, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə də bilgilər təqdim edilsin.
6. Büdcə ilə bağlı məsələlər haqqında saytda bilgilərin verilməsi tövsiyyə olunur.
7. Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər haqqında bilgilərin verilməsi tövsiyyə olunur.
8. Məsləhət görülür ki, boş iş yerləri və işə qəbulla bağlı bilgilər də saytda öz əksini tapsın.
9. Rəhbər, onun müavinlərinin və struktur bölmələri rəhbər işçilərinin əmək haqlarının da təqdim edilməsi tövsiyyə olunur.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında həm vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları, həm də qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilərin təqdim edilməsi tövsiyə olunur.
11. Tender və yarışmalar haqqında bilgilərin təqdim edilməsi tövsiyyələr sırasındadır.
12. Saytın texniki imkanlarının yaxşılaşdırılması və abunə imkanının da daxil edilməsi tövsiyyə olunur.