Thursday 21st November 2024,

2016

Ξ Leave a comment

Ağdam Rayon İcra Hakimiyyəti www.agdam-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Ağdam Rayon İcra Hakimiyyəti www.agdam-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikası Ağdam Rayon İcra Hakimiyyəti  www.agdam-ih.gov.az İnternet resursunun görünüşü normal olasa da, saytda yeniliklərə, dəyişikliklərə rast gəlmədik.  Amma sayt informasiyaların  operativliyi baxımından diqqəti çəkir. Bu informasiyalar arasında ölkə başçısının lap bu günlərdə rayona səfəri barədədir (01.05.2016 – Azərbaycan Prezidenti İlham Əliyev Ağdam rayonunda olub). Lakin bir sıra bölmələr üzrə bilgilərin az olması, saytda ötən ildən bu yana diqqəti çəkəcək dəyişikliyin edilməməsi nəzərdən qaşmır. Bəzi bölmələr (elektron müraciət, elektron xidmətlər) boşdur və təqdim edilməsi gərəkli olan bilgilərin saytda mövcud deyil.

Beləliklə, Ağdam Rayon İcra Hakimiyyəti saytinın ümumi mənzərəsi aşağıdakı kimidir:

1.  Saytdan rayon haqqındakı kifayət qədər bilgi almaq olar. Qurumun özü, onun rəhbəri haqqında verilmiş  məlumatlar qənaətbəxşdir. Lakin qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə məlumat, qurumunun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri barədə isə heç bir məlumat təqdim edilmir.

2.  Qurumu ziyarət etmək istəyənlərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrələri, e-poçt ünvanları göstərilir, amma quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlar isə yoxdur.

3.  Qurumun strukturu haqqında sxem və müavinlər haqqında mə­lumatlar var. Onlarla əlaqə üçün sadəcə şəhər telefonu göstərilir. Olmayan isə struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeli­yindəki informasiya sistemləri haqqında məlumatlardır

4.  Qurumun rəhbəri və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları təqdim edilsə də, bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər isə yoxdur.

5.  Rayonda baş verən hadisələr, keçirilən tədbirlər haqda informasiya gecikmədən, ardıcıllıqla saytda öz əksini tapır. Bu  baxımından sayt zəngin sayıla bilər. Amma qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə isə heç bir bilgi təqdim edilmir.

6. Olmayan informasiyalar sırasında   qurumun büdcəsi, büdcənin  icrası haqqında,  büdcədənkənar daxil­olmalar və onların istiqamətləri barədə bilgilərdir.

7.  Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər  haqqında da heç bir bilgi yoxdur. Burada yalnız onlayn müraciət imkanı təqdim edilir.

8.   Boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur böl­mələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları,  işə qəbulla bağlı komissiyalar haqqında, qurum  və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) məlumatlar da təqdim edilməyən bilgilər sırasındadır.

9. İşçilərin əmək haqları ilə bağlı da saytda heç bir məlumat verilmir.

10.  Vətəndaşların qəbulu ilə bağlı yalnız rəhbər və ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə bilgilər var. Burada nə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları nə də, qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilər təqdim edilmir.

11.  Həmçinin tender və yarışmalar haqqında hər hansı bilgi təqdim edilməmişdir.

12.  Saytın texniki imkanları normal səviyyədədir. Onlayn müraciət forması təqdim edilir. Abunə imkanı isə yoxdur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV