Thursday 21st November 2024,

2016

Ξ Leave a comment

Dövlət Sosial Müdafiə Fondunun www.sspf.gov.az domen adlı internet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Dövlət Sosial Müdafiə Fondunun www.sspf.gov.az  domen adlı internet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiəsi Fondunun internet resursu icmal hissədəndə göründüyü kimi yaxşı qiymətləndirilir və istifadəçi üçün əsasən əl çatımlıdır. Lakin bununla yanaşı bəzi parametrlər üzrə məlumatlar saytda yer almamışdır.

Mövcud olmayan məlumatların da təqdimm edilmiş bilgilər sırasına əlavə olunması və saytın daha da yaxşı hala gətirilməsi üçün bir sıra çatışmazlıqları aşağıda ətraflı qeyd edirik..

Beləliklə, bu resursun təkmilləşdirilməsi üçün bəzi tövsiyələrimizi təqdim edirik:

1. Dövlət qurumu ilə bağlı informasiya bölümündə qurumun tarixi, rəhbərləri və kollegiya haqqında məlumatlar, həmçinin dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza, əsasnamə və təlimatalar barədə yetərli bilgilər mövcud olduğundan tövsiyə verilməsinə ehtiyac duyulmur.

2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları, qurumun ünvanının marşrut və sxemi haqqında bilgi verilir. Həmçinin, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə də dolğun məlumatlar olduğundan əlavə tövsiyəyə ehtiyac duyulmur.

3. Qurumun struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları var. Struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri barədə yetərli bilgi təqdim edilmişdir. Lakin, qurumunun strukturunun ümumi sxemi və aparat haqqında bilgi yoxdur. Bu bilgilərin təqdim edilməsi tövsiyə olunur.

4. Rəhbər və rəhbər işçilər, onlarla əks əlaqə, dövlət qurumunun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, dövlət qurumu ilə əks əlaqə üçün ümumi imkanlar saytda öz əksini tapıb. Lakin, əsas rəhbərin və onun müavin(lər)inin bioqrafiyaları, bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərə rast gəlmədik. Bu bilgilərin təqdim edilməsi tövsiyə olunur.

5. Quruma aid olan informasiya, dövlət qurumuna aid olan hər cür başqa cari informasiya, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı bölmə və yetərli məlumatlar ətraflı göstərilib. Dövlət qurumunun cari fəaliyyəti haqqında informasiya yetərli olsa da mətbuat üçün açıqlamalar yetərli səviyyədə deyil. Son məlumatlar 23.12.2015-ci ildə dəyişib. Bu bilgilərin təqdim edilməsi tövsiyə olunur.

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi (ayrıntıları ilə) və onun icrası, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiya da öz əksini tapmayıb. Bu bilgilərin təqdim edilməsi tövsiyə olunur.

7. Dövlət qurumu tərəfindən təklif edilən xidmətlər haqqında informasiya bölümündə qurumunun təklif etməli olduğu mütləq xidmətlər, dövlət qurumu tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin statistikası, onlayn müraciət imkanı,  xidmətlərdən istifadə qaydaları haqqında bilgi geniş əks etdirilir. Saytda Çağrı Mərkəzi (190) mövcud olduğundan əlavə tövsiyə verilmir.

8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilərə təəssüflər olsun ki, saytda rast gəlinmir. Bu bilgilərin təqdim edilməsi tövsiyə olunur.

9. Sahə işçilərinin əmək haqları bölümündə rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası barədə məlumat təqdim edilməmişdir. Bu bilgilərin təqdim edilməsi tövsiyə olunur.

10. Dövlət qurumunun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları haqqında bilgi mövcud olsa da, vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) bölümündə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi və dövlət qulluqçusunun etika qaydaları haqqında bilgi yoxdur. Həmçinin, əsas rəhbərlərin qəbul qaydaları və günləri də əks edilməyib. Bu bilgilərin təqdim edilməsi tövsiyə olunur.

11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar bölümündə dövlət qurumu tərəfindən tenderlər, hərraclar və yarışmaların keçirilmə qaydaları, tenderlərin, hərracların keçirilməsi ilə bağlı elanlar və nəticələri, tender və yarışmaların nəticələri          , elanların arxivi qeyd edilmişdir.Tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları əks edilməyib. Bu bilgilərin təqdim edilməsi tövsiyə olunur.

12.Qurumunun norma- (qanun)yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma-  (qanun) yaratma fəaliyyəti ilə bağlı arxiv haqqında bilgilər də saytda öz əksini tapdığından əlavə tövsiyəyə lüzum görülmür.

13. Yuxarıda qeyd edilən informasiyalara giriş üçün texniki imkanlar kafi dəyərləndirilir. Dövlət qurumunun İnternet resurslarının mövcud qaydalara uyğunluğu, istifadə rahatlığı, domen rahatlığı, sayt daxilində axtarış imkanları təmin edilib. Sosial mediada az.wikipedia.org – dan başqa digər təqdimatlarında daxil edilməsi növbəti tövsiyyələrimizdəndir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV