Azərbaycan Respublikası Ağdaş Rayon İcra Hakimiyyəti www.agdash-ih.gov.az İnternet resursunun görünüşü normal olsa da, ayrı-ayrı bölmələrdə lazımi informasiyalar çox azdır. Rayon haqqındakı bölmədə rayonun tarixi, əhalisi, coğrafi mövqeyi, iqtisadiyyatı, təhsili, mədəniyyəti, səhiyyəsi və idman haqqındakı informasiyalar 5-6 cümlə ilə əhatə olunub. Məlumatlar əhatəli və geniş deyil. Xəbərlər bölməsini nisbətən qənaətbəxş hesab etmək olar. Digər bölmələr üzrə də bilgilər kifayət qədər deyil. Bəzi bölmələrin (elektron xidmətlər, electron müraciət, infrastrukturun alt b-lmələriri) boş olması gözdən qaçmır. Saytda demək olar ki, heç bir dəyişiklik yoxdur.
Beləliklə, Ağdaş Rayon İcra Hakimiyyəti saytinın ümumi mənzərəsi aşağıdakı kimidir:
1. saytda rayon haqqındakı bilgilər kifayət qədər deyil. Qurumun özü haqqında, onun rəhbəri haqqında verilmiş məlumatlar çox azdır. Hətta İH-nin başçısı bölməsində informasiya yalnız təyinatla bağlı sərəncamın bir cümləsidir. Qurumun tarixi, ona daha öncə başçılıq etmiş şəxslər, qurumunun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri barədə isə heç bir məlumat yoxdur.
2. Qurumu ziyarət edəcək şəxslər üçün əks əlaqəsi olaraq buranın ünvanı, telefon və faks nömrələri, e-poçt ünvanları verilib. Amma quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlara rast gəlinmir.
3. İcra hakimiyyətinin strukturu haqqında sxem və şöbələr haqqında məlumatlar var. lakin struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında məlumatlar isə saytda öz əksini tapmayıb.
4. Saytda qurumun rəhbəri və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları təqdim edilmir. Heç onlar haqqında, mümkün struktur bölmələrinin rəhbərləri haqqında da bioqrafik bilgilər təqdim edilmir.
5. Cari informasiyalar baxımından da sayt zəngin sayıla bilər. lakin yenə də qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə heç bir bilgi əldə etmək mümkün deyil.
6. Qurumun büdcəsi, büdcənin icrası haqqında, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyalar da saytda yoxdur.
7. Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər haqqında da heç bir bilgi yoxdur. Burada yalnız onlayn müraciət imkanı təqdim edilir.
8. Təqdim edilməyən bilgilər sırasında boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) məlumatlardır.
9. Qurumun işçilərinin əmək haqları ilə bağlı da heç bir məlumat verilmir.
10. Vətəndaşların qəbulu ilə bağlı yalnız rəhbər və ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə bilgilər var. Burada nə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları nə də, qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilər təqdim edilmir. Əlaqə üçün yalniz bir şəhər nömrəsi təqdim edilib.
11. Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlinmir.
12. Saytın texniki imkanları normal səviyyədədir. Onlayn müraciət forması təqdim olunsa da, abunə imkanı yoxdur.