Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinə məxsus www.mns.gov.az domen ünvanındaki resursun üçüncü dəfə həyata keçirdiyimiz monitoringi onu deməyə əsas verir ki, Sayt “İnformasiya əldə etmək haqqında” qanunun tələblərinə cavab vermir.
Monitoring nəticəsində əldə etdiyimiz bilgiləri təhlil edərkən belə qənaətə gəldik ki, MTN-in saytında “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulan və monitoringi həyata keçirən koalisiyanın tərtib etdiyi metodikada yer alan 33 adda informasiyanın çox az bir hissəsi tam və ya qismən yer alıb. Metodikada qeyd olunan 25-dək informasiya haqqında isə saytda yetərincə bilgi almaq mümkün deyildir.
Odur ki, MTN-in saytı ilə bağlı ayrıntılı tövsiyələr hazırlamağa ehtiyac görmədik və yaxşı olardı ki, sayt adı çəkilən Qanunun tələbvlərinə uyğun olaraq tamamilə yenidən qurulsun.