Saturday 05th October 2024,

2016

Ξ Leave a comment

Vergilər Nazirliyinin www.taxes.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Vergilər Nazirliyinin www.taxes.gov.az  domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Mərkəzi icra orqanlarının rəsmi internet resurslarının informasiya açıqlığının müəyyən edilməsi üçün nəzərdə tutulan parametrlərə uyğun olaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin (www.taxes.gov.az ) rəsmi saytında aparılan monitorinqin nəticəsi olaraq öncə qeyd etməliyik ki, Vergilər Nazirliyinin rəsmi internet saytının monitorinqi 13 parametr və 59 qiymətləndirici meyarlar üzrə aparılmışdır.

Sayta izləyicilərin daxil olması asandır və zəruri məlumatları çox rahatlıqla əldə etmək mümkündür. Ziyarətçinin bu resursdan ətraflı və dolğun bilgi almaq imkanları var. Belə ki, saytda qurumun tarixi, rəhbərləri və kollegiya haqqında ətraflı bilgi verilib. Nazirliyin fəaliyyətini həyata keçirmək üçün qanunverici baza, əsasnamə və təlimatlar öz yerindədir. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün bu sahəyə aid olan bütün xidmətlər haqqında çox geniş bilgilər yer alıb.

Qurumun strukturunun ümumi sxemi, aparat, alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri ilə əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq ünvanları da göstərilir. Əsas rəhbərin və onun müavinlərinin bioqrafiyaları, qurumun rəhbəri ilə əks-əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks-əlaqə imkanları, qurumla ümumi əlaqə imkanları mövcuddur.

Dövlət qurumunun mətbuat üçün açıqlamaları və onların yenilənməsi, quruma aid cari informasiya, qurumdaxili əmrlər və qərarlar da öz əksini tapır. Quruma dövlət büdcəsindən ayrılan vəsait və onun icrası haqqında məlumat da saytda yer almışdır. Həmçinin, büdcədənkənar daxilolmalarla bağlı məlumat da öz əksini tapır. Nazirlik tərəfindən təklif edilən xidmətlər haqqında bütün informasiyalara saytda rast gəlmək mümkündür.

Elektron xidmətlər bölməsi olduqca mükəmməl bilgilərlə cilalanıb. Qaynar xətt, çağrı mərkəzinin olması, onlayn və telefon, faks əlaqələri, işə qəbul qaydaları və boş iş yerləri haqqında bilginin ətraflı təqdim edilməsi, həmçinin, sahə işçilərinin əmək haqqı barədə də saytda bilgiyə rast gəlinir. Vətəndaşların qəbul günləri və qaydaları, dövlət qulluqçusunun etik davranışı,  tender də yarışmaların keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, dövlət qurumunun cari  norma yaratma fəaliyyəti ilə bağlı saytda zəngin məlumat var. Domen və istifadə rahatlığı ilə yanaşı, saytın axtarış sistemi də mükəmməl işləyir. Həmçinin, ziyarətçilərə kömək məqsədilə onlayn bələdçi də fəaliyyət göstərir. Sosial şəbəkələrdə aktiv səhifələri mövcuddur. Tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları istisna olmaqla saytda ətraflı bilgilər mövcuddur.

Bütün bunlarla yanaşı, qurum haqqında Dövlət Xidmətləri Portalında (www.dxr.az ) ünvan, telefon, faks, e-poçt, rəsmi internet informasiya ehtiyatının ünvanı, VÖEN, ödəmə rekvizitləri, iş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar yerləşdirilmişdir.

Beləliklə, parametrlər üzrə saytın ümumi mənzərəsi belədir:

1. Dövlət qurumu ilə bağlı informasiya bölümündə qurumun tarixi, rəhbərləri və kollegiya haqqında məlumatlar, həmçinin dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza, əsasnamə və təlimatalar barədə yetərli bilgilər mövcuddur.

2. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün imkanlar  qənaətbəxşdir. Dövlət qurumunun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları, dövlət qurumunun ünvanının marşrut və sxemi, o cümlədən dövlət qurumuna getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə də dolğun məlumatlar var.

3. Dövlət qurumunun strukturunun ümumi sxemi, aparat, qurumunun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri barədə yetərli bilgi təqdim edilmişdir.

4. Rəhbər və rəhbər işçilər, onlarla əks əlaqə, əsas rəhbərin və onun müavin(lər)inin bioqrafiyaları, bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, dövlət qurumunun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, dövlət qurumu ilə əks əlaqə üçün ümumi imkanlar saytda öz əksini tapıb.

5. Dövlət qurumunun cari fəaliyyəti haqqında informasiya, mətbuat üçün açıqlamalar və onların  tezliyi, dövlət qurumuna aid olan informasiya, dövlət qurumuna aid olan hər cür başqa cari informasiya, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı bölmə və yetərli məlumatlar ətraflı göstərilib.

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi (ayrıntıları ilə) və onun icrası, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiya da öz əksini tapıb.

7. Dövlət qurumu tərəfindən təklif edilən xidmətlər haqqında informasiya bölümündə qurumunun təklif etməli olduğu mütləq xidmətlər, dövlət qurumu tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin statistikası, onlayn müraciət imkanı, qaynar xətt, xidmətlərdən istifadə qaydaları və Çağrı Mərkəzi mövcuddur.

8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi qeyd edilmişdir.

9. Sahə işçilərinin əmək haqları bölümündə rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası barədə məlumat təqdim edilib.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) bölümündə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları, dövlət qurumunun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları, digər qəbul formaları (video qəbul və s), həmçinin dövlət qulluqçusunun etika qaydaları haqqında bilgi də mövcuddur.

11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar bölümündə dövlət qurumu tərəfindən tenderlər, hərraclar və yarışmaların keçirilmə qaydaları, tenderlərin, hərracların keçirilməsi ilə bağlı elanlar və nəticələri, tender və yarışmaların nəticələri          , elanların arxivi qeyd edilmişdir. Tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları istisna olmaqla bütün bilgilər yetərlidir.

12. Dövlət qurumunun norma (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, dövlət qurumunun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı arxiv barədə məlumatlar var.

13. Yuxarıda qeyd edilən informasiyalara giriş üçün texniki imkanlar qənaətbəxşdir. Dövlət qurumunun İnternet resurslarının mövcud qaydalara uyğunluğu, abunə imkanları və əks əlaqə üçün onlayn formaların mövcudluğu, istifadə rahatlığı, domen rahatlığı, sayt daxilində axtarış, həmçinin sosial mediadan (facebook.com, twitter.com, youtube.com, itunes.apple.com, play.google.com)  istifadə imkanları və onların yenilənməsi (aktivliyi) təmin edilib.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV