Azərbaycan Respublikası Ağsu Rayon İcra Hakimiyyəti www.agsu-ih.gov.az domen adlı İnternet saytında məlumat baxımından çox çatışmazlıqlar olduğu aydın görünür. Buna görə də çatışmazlıqların aradan qaldırılmasına kömək məqsədilə tövsiyələrimizi diqqətə çatdırırıq.
1. Tövsiyə olunur ki, sayta rayon haqqındakı bilgilərlə yanaşı qurumun özü haqqında, quruma daha öncə başçılıq etmiş şəxslər haqqında, qurumunun fəaliyyətini təmin edən qanunverici baza haqqında, qurumun səlahiyyət çərçivələri və hakimiyyət qolunda yeri haqda bilgilər əlavə edilsin.
2. Ziyarətçilərin əks əlaqəsini daha da rahatlaşdırmaq üçün qurumun yerləşdiyi ünvanın sxemi, quruma başqa yerlərdən getmək üçün ictimai nəqliyyat haqqında bilgilərin təqdim edilməsi də yaxşı olardı.
3. Qurumun strukturu haqqında sxem və müavinlər haqqında məlumatlar olsa da, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında məlumatların təqdim edilməsi də tövsiyə olunur.
4. Təqdim edilməsi gərəkli olan informasiyalar sırasına qurumun rəhbər işçiləri və onlarla əks əlaqələr baxımından bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgiləri, onlarla əks əlaqə imkanları haqqındakı qısaca bilgilərin isə dolğunlaşdırılmasını əlavə etmək olar.
5. Cari informasiyalar arasındakı vaxt məsafəsinin maksimum azaldılması, onların daim yenilənməsi, qurumdaxili əmr və qərarların, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə bilgilərin də təqdim edilməsi tövsiyə olunur.
6. tövsiyə olunur ki, qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər haqqında bilgilərin də saytda yerləşdirilsin.
7. Bütün mümkün fəaliyyət sahələrində boş iş yerləri və işə qəbulla bağlı bilgilərin saytda öz əksini tapması da yararlı olardı.
8. Rəhbər, onun müavinlərinin və struktur bölmələri rəhbər işçilərinin əmək haqlarının da təqdim edilməsi tövsiyyə olunur.
10. Tövsiyə olunur ki, vətəndaşların qəbul şərtləri haqqında həm vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları, həm də qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilərin təqdim edilsin.
11. Tender və yarışmalar haqqında bilgilərin təqdim edilməsi tövsiyyələr sırasındadır.
12. Saytın texniki imkanlarının yaxşılaşdırılması və abunə imkanının da daxil edilməsi tövsiyyə olunur.