Azərbaycan Respublikası Ağsu Rayon İcra Hakimiyyəti www.agsu-ih.gov.az İnternet resursunun standart görünüşü var. Saytda ötən ildən bu yana yenilik hiss olunmur. İqtisadiyyat bölməsində büdcə haqqında məlumatlar ötən il yenilik kimi görünürdüsə də, bu il hesabat ilinin yenilənməməsi diqqətdən qaçmır. Xəbərlər bölməsidəki informasiyalar bu ilə aid olsa da, onlar arasındakı vaxt məsafəsinin bəzən bir həftə olması da nəzərdən qaçmır. Yenə də bəzi bölmələr üzrə bilgilər kifayət qədər deyil, bəzi bölmələr (elektron xidmətlər, electron xidmətlər, əhali) isə boşdur.
Beləliklə, Ağsu Rayon İcra Hakimiyyəti saytinın ümumi mənzərəsi aşağıdakı kimidir:
1. Saytda rayon haqqındakı bilgiləri qənaətbəxş hesab etmək olar. Qurum, qurumun rəhbəri haqqında verilmiş məlumatlar kafidir. Rayonun təhsili və səhiyyəsi haqqındakı informasiya deyil. Sayta ötən il vakant iş yerləri haqda məlumat verilirdisə də, bu il bu informasiyaya rast gəlmədik. Rayon əhalisi haqqındakı məlumat aydın də dolğun deyil. Qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə məlumat, qurumunun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri barədə isə heç bir məlumat verilmir.
2. Qurumun ünvanı, telefon və faks nömrələri, e-poçt ünvanları göstərilməsi ziyarətçilərin əks əlaqəsi üçün yararlı olsa da, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlara rast gəlinmir.
3. Saytda olmayan informasiyalar sırasına struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında məlumatlar da var. Qurumun strukturu haqqında sxem və müavinlər haqqında məlumatlar isə olsa da, onlarla əlaqə nəmrələri kimi sadəcə şəhər telefonu göstərilir.
4. Bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər də yoxdur. Lakin qurumun rəhbəri və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında qısaca da olsa bilgilər təqdim edilir.
5. Ötən ilə nisbətən cari informasiyalar baxımından saytı qismən zəngin sayıla bilər, amma informasiyalar arasındakı vaxt məsafəsi yenə çoxdur. Qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə də heç bir bilgi təqdim edilmir.
6. Yaxşı haldır ki, saytda qurumun büdcəsi, büdcənin icrası haqqında, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyaları görmək olur.
7. Burada yalnız onlayn müraciət imkanı təqdim edilsə də, qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər haqqında isə heç bir bilgi yoxdur.
8. Ötən il boş iş yerləri və işə qəbulla bağlı heç olmasa səhiyyə və təhsil sahəsində vakant yerlər haqda informasiyalara rast gəlinirdisə, bu il boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) heç bir məlumat təqdim edilmir.
9. Qurumun işçilərinin əmək haqları ilə bağlı da məlumat yoxdur.
10. Nə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları, nə qurumda vətəndaşların qəbul qaydaları, nə də onlarla əlaqə nömrələri haqqında bilgilər təqdim edilmir. Lakin vətəndaşların qəbulu ilə bağlı yalnız rəhbər və ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vqəbul günləri və saatları barədə bilgilər var.
11. Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlinmir.
12. Saytın texniki imkanları normal səviyyədədir. Onlayn müraciət forması təqdim olunsa da, abunə imkanı yoxdur.