Thursday 21st November 2024,

2007_2008

Ξ Leave a comment

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə məxsus www.justice.gov.az ünvanındakı İnternet resursunun təkmilləşdirilməsi ilə bağlı tövsiyələr

posted by

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin www.justice.gov.az ünvanında yerləşən İnternet resursunun monitoringi zamanı onun daha praktik olmaqla bərabər bir sıra çatışmazlıqların da olduğu aşkar edilmişdir. Belə ki, sayt “İnformasiya əldə etmək haqqında” qanunun tələblərinə tam cavab verməməklə bərabər müasir İKT-nin imkanlarından da yetərincə yararlanılmamışdır. Yəni onlayn xidmətlərin demək olar ki, yoxluğu, yaxud da çox zəif təşkil edilməsi, həmçinin konkret hallarda ictimai əlaqələrə məsul şəxslə birbaşa bağlantı üçün e-poçt ünvanının, yaxud da telefon nömrələrinin verilməməsi saytın işini, eləcə də onun məxsus olduğu qurumun işini xeyli kölgədə qoyur. Bütün bunlarla bərabər saytın işinin təkmilləşdirilməsi ilə bağlı bir sıra tövsiyələr vermək mümkündür.

Beləliklə, ƏN-in İnternet resursu ilə bağlı ilkin tövsiyələrimiz:

1. Sol menyunun altında yerləşən axtarış qutusu Google-dan götürülüb. Yaxşı olardı ki, saytın qurucuları bunu özləri hazırlayaydı. Nəticədə isə saytın ümumi görünüşündən fərqli  bir yerdə axtarış nəticələri ortaya çıxmazdı. Yəni axtarış qutusunu yenidən qurmağa ehtiyac var.
2. Axtarış qutusunun altındakı təqvimin nə məqsədə xidmət etdiyi aydın olmur. Əgər axtarış üçün nəzərdə tutulubsa, bu, qeyd olunmalıdır. Digər tərəfdən isə belə axtarış əlverişli sayılmadığından axtarış qutusunu daha ətraflı axtarma imkanı ilə təmin etmək daha məqsədəuyğundur. Bu halda isə təqvimə ehtiyac qalmaz.
3. Daha aşağıda müxtəlif saytlara keçidlər üçün düymələr yerləşdirilib. Bu isə quruma və sayta birbaşa dəxli olmayan, həm də ziyarətçilərin fikrini yayındıracaq amil kimi qiymətləndirilə bilər. Ona görə də bütün keçidlərin qurulacaq “Bağlantılar” adlı səhifədə yerləşdirilməsi doğru olardı.
4. Nazirliyin kollegiyası ilə səhifədə informasiya kasadlığl hiss olunur. Ona görə də burada kollegiya üzvləri haqqında ətraflı bilgi və onlarla əlaqə vasitələrini də göstərmək lazımdır.
5. Nazirliyin strukturu sxem-şəklini normal bir cədvəllə əvəz edib müvafiq keçidləri təmin etmək məqsədəuyğun olardı.
6. Əlavə olaraq nazirliyin özündə istehsal edilən əmr, sərəncam və qərarlar bölməsi yaratmaq məqsədəuyğun olardı.
7. Mətbuat səhifələrində keçidini zənginləşdirmək elə də çətin olmasın gərək. Yəni demək olar ki, hər gün ƏN-in fəaliyyəti barədə KİV-də xəbərlər yayıldığı halda onlardan cəmi ikisinin saytda yerləşdirilməsi zəif işin nəticəsi sayıla bilər.
8. Əlaqə bölməsi bir qədər də zənginləşdirilməlidir. Yəni burada sadəcə hansısa administratora onlayn məktub formasının olması yetərli deyildir. Nazirliyin yer ünvanı, telefon və faks nömrələri, eləcə də e-poçt ünvanının burada yerləşdirilməsi zəruridir. Bundan başqa eyni səhifədə nazirliyin ayrı-ayrı xidmətlərinin də əlaqə vasitələri göstərilməlidir.
9. İnsan hüquqları bölməsinə həm də nazirliyin bu sahədə gördüyü işlər barədə bilgilər əlavə edilərsə məqsədəuyğun olar.
10. İşə qəbul bölməsinin daha normal və anlaşıqlı qurulmasına  ehtiyac duyulur. Burada yeni elanlarla bərabər ümumilikdə işə qəbul qaydaları təsnifləndirilməlidir. Yeni elanlar olmadıqda bunu ayrıca qeyd edib bölmənin ayrıca arxivinə keçid vermək lazımdır. Təbii ki, bunun üçün bölmənin arxivini də qurmaq lazımdır.
11. Arxiv bölməsini təqvim üzrə deyil, həm də daha geniş imkanlarla təmin etmək məqsədəuyğun olardı.
12. Videogörüntülərə keçidlərdə onların tarixini tam olaraq göstərmək, eyni zamanda hansı məsələyə aid olduğunu dəqiq göstərmək lazımdır.
13. Nazirliyin ştat cədvəlləri, əmək haqqı normaları və s. məsələləri də saytda yerləşdirmək lazımdır.
14. Ən vacibi isə nazirliyin fəaliyyətinə aid dövlət büdcəsi, sahəyə aid dövlət sirlərinin siyahısı da burada yer alması  faydalı olardı.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV