Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin www.mfa.gov.az ünvanına malik İnternet resursunda "İnformasiya əldə edilməsi haqqında Qanunun" tələbləri baxımılndan xeyli qüsurlar var. Əvvəlki Monitorinqlərin nəticəlkərinə bu qurum tərəfindən cidi diqqət yetirilməməsi yalnız təəssüf doğurur.
XİN-in İnternet saytı ana səhifə ilə açılır. Yuxarıda üfqi şəkildə bir blok yerləşdirilib. Burada solda bir globus şəkli (?), ondan sağda yuxarıda “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi” sözləri yazılıb. Bu yazının altında (!!) Azərbaycanın dövlət bayrağının şəkli verilib. Bunlardan sağda ana səhifəyə qayıtmaq və fikir bildirmək üçün onlayn formaya keçməkdən ötrü düyməciklər, onların altında Az və Eng dil keçidləri verilib. Eng keçidi işləsə də elə Az variantı kimi alayarımçıq durumdadır.
Bütün bunların altında üç şaquli blokda menyu, son xəbərlər və müxtəlif tərkibli məsələlər yer alıb. Solda yerləşən menyunun altında işləməyən axtarış qutusu, ondan aşağıda isə www.azdipservis.az saytına keçid düyməsi verilib. Ortada yerləşən son xəbərlərdən aşağıda Ermənistanın Azərbaycana təcavüzü adı altında bir neçə sənədə keçidlər verilib. Sağ blokda daha çox GUAM-la bağlı məlumatlara, cəmi altı şəkildən ibarət foto bölümünə, diplomatik nümayəndəliklər haqqında məlumat səhifələrinə keçid verilib. Bundan aşağıda məqalə və müsahibələr adı altında bir məqaləyə keçid verilib. Saytın dabanında nazirliyin adi və e-poçt ünvanı, telefon və faks nömrələri yerləşdirilib.
Beləliklə, XİN-in İnternet saytının ana menyusu:
Azərbaycan Respublikası: boşdur;
Diplomatik xidmət: boşdur;
Xarici siyasət və beynəlxalq münasibətlər: boşdur;
Konsulluq xidməti: boşdur;
Normativ hüquqi əsaslar: boşdur;
Çıxışlar: cəmi doqquz çıxış;
XİN-in bəyanatları: 2004-cü ildən başlayaraq bəyanatların mətnləri; anlaşıqlı deyil;
“Diplomatiya aləmi” jurnalı: .pdf formatında 16 nömrə və iki xüsusi buraxılış;
Təlim-Tədris Mərkəzi: mərkəz haqqında qısa bilgi və 2003-2005-ci ilin martına qədərki dövrdə keçirilən tədbirlərin mövzu və tarix üzrə siyahısı;
Xəbərlər: boşdur
Əlavə İnternet səhifələrinin siyahısı: boşdur
İşə qəbul: boşdur
Sağ blokdakı diplomatik nümayəndəliklərə keçid “Azərbaycanın xaricdəki”, “Xarici ölkələrin Bakıda” və “Beynəlxalq təşkilatların Bakıda” olmaq üzrə üç yerə bölünüb və yetərincə dolğun sayıla bilər.
Son olaraq onu da qeyd edək ki, bu sayt faktiki olaraq “İnformasiya əldə etmək haqqında” qanunun tələblərinə yetərincə cavab verəcək səviyyədə deyil.