Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyəti www.fuzuli-ih.gov.az domen adlı İnternet saytında məlumat baxımından çox çatışmazlıqlar var. Bu çatışmazlıqların aradan qaldırılmasına kömək məqsədilə tövsiyələrimizi diqqətə çatdırırıq.
1. Rayon haqqındakı bilgilər, qurumun özü haqqında, quruma daha öncə başçılıq etmiş şəxslər haqqında, qurumun fəaliyyətini təmin edən qanunverici baza haqqında, qurumun səlahiyyət çərçivələri və hakimiyyət qolunda yeri haqda bilgilərin əlavə edilməsi tövsiyə olunur. Ümumiyyətlə, bütövlükdə rayon haqdakı məlumatların dolğunlaşdırılması yaxşı olardı.
2. Ziyarətçilərin əks əlaqəsini daha da uyğun bir hala gətirmək baxımından rəhbər işçilərin qəbul günləri ilə yanaşı, qəbul saatları, onlarla əlaqə nömrələri, qurumun yerləşdiyi ünvanın sxemi, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilərin təqdim edilməsi də saytın informasiya yükünü artırardı.
3. Tövsiyə olunur ki, İcra Hakimiyyətinin strukturu haqqında sxem və müavinlər adları qeyd olunsa da, onların haqqında məlumatlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında məlumatlar təqdim edilsin.
4. Yaxşı olardı ki, qurumun rəhbəri haqda bioqrafik məlumatın verilməsi vacib sayılan informasiyalardan olduğu üçün o bölmə işlənilsin. Eyni zamanda rəhbər işçilər və onlarla əks əlaqələr baxımından, bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin təqdim edilməsi, qurumun rəhbəri və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında da bilgilərin təqdim edilməsi tövsiyyə olunur.
5. Cari informasiyaların təqdimində daha da diqqətli olunması, onlarən tez-tez yenilənməsi, qurumdaxili əmr və qərarların, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə bilgilərin isə təqdim edilməsi tövsiyə olunur.
6. Yaxşı olardı ki, büdcə ilə bağlı məsələlər haqqında saytda bilgi verilsin.
7. Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər haqqında bilgilərin verilməsi tövsiyyə olunur.
8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilərin də saytda öz əksini tapması tövsiyəyə olunur.
9. Rəhbər, onun müavinlərinin və struktur bölmələri rəhbər işçilərinin əmək haqlarının da təqdim edilməsi tövsiyyə olunur.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında həm vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları, həm də qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilərin təqdim edilməsi tövsiyə olunur.
11. Tender və yarışmalar haqqında bilgilərin təqdim edilməsi tövsiyyələr sırasındadır.
12. Saytın texniki imkanlarının yaxşılaşdırılması və abunə imkanının da daxil edilməsi tövsiyyə olunur.