Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyəti www.fuzuli-ih.gov.az İnternet resursunun görünüşü normal, istifadəsi də rahatdır. Amma saytda ziyarətçilərin hər hansı bir məlumatı əldə etməsi üçün ətraflı məlumat yoxdur. Çünki saytın heç bir bölməsindəki informasiyaları qənaətbəxş hesab etmək olmaz. Xəbərlər bölməsinin arxivi saytdan silinib. saytda cəmi üç tarixə (15, 17, 22 iyun) aid xəbərlər var. Bölmələr üzrə bilgilərin çox az olması gözdən qaçmır. Saytın sosial şəbəkələ də çıxışı yoxdur.
Beləliklə, Füzuli Rayon İcra Hakimiyyəti saytının ümumi mənzərəsi aşağıdakı kimidir:
1. Rayonun tarixi, əhalisi, coğrafi mövqeyi, iqtisadiyyatı, təhsili, səhiyyəsi, mədəniyyəti, idmanı haqqındakı bilgilər çox azdır. Qurumun özü, qurumun rəhbəri haqqında məlumatlar isə yox dərəcəsindədir. Qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə məlumat, qurumunun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri barədə də saytda heç bir məlumat verilmir.
2. Rəhbər işçilərlə görüşmək istəyən əhali ilə əks əlaqə üçün qurumun ünvanı, telefon və faks nömrəsi, e-poçt ünvanı verilsə də, birbaşa əhalini qəbul edəcək rəhbər işçilərin nə adları, nə telefon nömrələri, nə də vətəndaşların qəbul saatları saytda öz əksini tapmayıb. Sadəcə qəbul günləri keçirən şöbələrin adları və qəbul günləri göstərilir. Quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlara da rast gəlinmir.
3. Qurumun strukturu haqqında sxem və müavinlər haqqında məlumatlar, onlarla əlaqə nömrələri var. Şura bölməsindəki bilgiləri də qənaətbəxş hesab etmək olar. Lakin struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında məlumatlar isə saytda öz əksini tapmır.
4. Bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər yoxdur. O cümlədən qurumun rəhbəri haqqında da bioqrafik informasiya yoxdur. Yalnız icra başçısının adı göstərilib. Struktur bölmələrinin rəhbərləri haqqında da informasiya azdır. Onlarla əks əlaqə imkanları haqqında da bilgilər təqdim edilir.
5. İnformasiyalar baxımından sayt məlumatsızdır. Xəbərlərin arxivi mövcud deyil. Qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə də heç bir bilgi təqdim edilmir.
6. Qurumun büdcəsi, büdcənin icrası haqqında, büdcədənkənar daxilolmalar və onların istiqamətləri, subsidiya alanlar haqda informasiyalara da rast gəlmək olmur.
7. Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər haqqında da heç bir bilgi yoxdur. Onlayn müraciət imkanı da təqdim edilmir.
8. Boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) məlumatlar da təqdim edilməyən bilgilər sırasındadır.
9. Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.
10. Vətəndaşların qəbulu ilə bağlı yalnız rəhbər və ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların sadəcə qəbul günləri barədə bilgilər var. Burada nə vəzifəli şəxslərin əlaqə nömrələri, nə qəbul saatları, nə onlar tərəfindən vətəndaşların qəbul norma və qaydaları, nə də qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilər təqdim edilmir.
11. Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlinmir.
12. Saytın texniki imkanları normal səviyyədədir. Onlayn müraciət forması təqdim olunsa da, abunə imkanı yoxdur.