Azərbaycan Respublikası Göyçay Rayon İcra Hakimiyyəti www.goychay-ih.gov.az domen adlı İnternet saytında məlumat baxımından çox çatışmazlıqlar var. Bu çatışmazlıqların aradan qaldırılmasına kömək məqsədilə tövsiyələrimizi diqqətə çatdırırıq.
1. Saytda rayon haqqındakı bilgilər, qurumun özü haqqında, quruma daha öncə başçılıq etmiş şəxslər haqqında, qurumunun fəaliyyətini təmin edən qanunverici baza haqqında, qurumun səlahiyyət çərçivələri və hakimiyyət qolunda yeri haqda bilgilərin əlavə edilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin əks əlaqəsini daha da asanlaşdırmaq baxımından rəhbər işçilərin qəbul günləri, qəbul saatları, onlarla əlaqə nömrələri ilə yanaşı, həm də qurumun yerləşdiyi ünvanın sxemi, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilərin təqdim edilməsi də saytın informasiya yükünü artırardı.
3. Tövsiyə olunur ki, İcra Hakimiyyətinin strukturu haqqında sxem və müavinlər adları qeyd olunsa da, onların haqqında məlumatlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında məlumatların təqdim edilsin.
4. Qurumun rəhbəri haqda bioqrafik bilgilər, rəhbər işçilər və onlarla əks əlaqələr baxımından, bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında da bioqrafik bilgilərin təqdim edilməsi, qurumun rəhbəri və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında da bilgilərin təqdim edilməsi yaxşı olardı.
5. Cari informasiyaların daha da intensiv yenilənməsi, qurumdaxili əmr və qərarların, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə bilgilərin isə təqdim edilməsi tövsiyə olunur.
6. Büdcə ilə bağlı məsələlər haqqında saytda bilgi verilməsi yaxşı olardı.
7. Tövsiyə olunur ki, qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər haqqında sytda bilgilər verilsin.
8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilərin də saytda öz əksini tapması tövsiyəyə olunur.
9. Rəhbər, onun müavinlərinin və struktur bölmələri rəhbər işçilərinin əmək haqlarının da təqdim edilməsi tövsiyyə olunur.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında məlumatla yanaşı, həm də vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları, həm də qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilərin təqdim edilməsi tövsiyəyə olunur.
11. Tender və yarışmalar haqqında bilgilərin təqdim edilməsi tövsiyyələr sırasındadır.
12. Saytın texniki imkanlarının yaxşılaşdırılması və abunə imkanının da daxil edilməsi tövsiyyə olunur.