Thursday 21st November 2024,

2007_2008

Ξ Leave a comment

Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilliyinə (Ombudsman) məxsus www.ombudsman.gov.az ünvanındakı rəsmi İnternet resursunun təkmilləşdirilməsi ilə bağlı tövsiyələr

posted by

İnsan Hüquqları üzrə Müvəkkilliyə məxsus rəsmi İnternet resursun monitoringinin nəticələrində də qeyd etdiyimiz kimi əvvəlkinə nisbətən xeyli inkişaf etdirilib. Bununla belə saytda onun qurucularının diqqətindən qaçmış bir sıra çatışmazlıqlar da var. Bunlar haqqında aşağıdakı tövsiyələrimizdə söz açmaq fikrindəyik:

1. Saytda qurumun ünvanı və telefon nömrələri haqqında yetərli bilgi yoxdur. Yalnız işgəncələrlə bağlı məlumat vermək üçün bir cib telefonu nömrəsindən başqa. Bir də ki, onlayn yazışma forması verilib ki, onun da faydalılığı şübhə doğurur. Buna görə də tövsiyə olunur ki, Ombudsman aparatının və yerlərdəki qurumlarının telefon və faks nömrələri, e-poçt da daxil olmaqla ünvanları saytda yerləşdirilsin.

2. Əsas menyuda verilən başlıqların üzərinə getdikdə onların altbaşlıqları ortaya çıxır. Bununla belə əsas başlıqların özündə hiperistinad aktivdir və üzərinə tıqladıqda demək olar ki, hamısında boş səhifələr açılır. Bir qədər təcrübəsiz ziyartəçilər üçün çaşdırıcı bir məqamdır.

3. Daha bir çatışmayan cəhət saytda informasiya məsələlərinə məsul olan struktur bölməsi və ya şəxs haqqında bilginin olmamasıdır. Bununla belə onu da qeyd etmək vacibdir ki, Ombudsman aparatının informasiyaları yetərincə çevik sayıla bilər. Əlbəttə ki, informasiya məsələlərinə məsul olan struktur bölməsi və şəxs haqqında bilgi də saytda yerləşdirilməlidir.

4. Yalnız müvəkkilin özünün biografiyasının saytda yerləşdirilməsi yetərli sayıla bilməz. Digər vəzifəli şəxslər barədə də informasiyanın yerləşdirilməsi qanunun tələbləri sırasında olduğundan təcili həllini tapmalıdır.

5. Qəbul günləri və qəbul qaydaları haqqında da bilgi qanunun tələb etdiyi məqamlar olduğundan tez bir zamanda bu haqda sayta əlavələr edilməsi zəruridir.

6. Qurumun büdcəsi və onun icrası haqqında bilgilərin də yerləşdirilməsində problem olmasın gərək. Ancaq təəssüflər olsun ki, saytda bu barədə bir kəlmə belə deyilmir.

7. Saytdakı çatışmazlıqlardan daha bir heç bir dövlət qurumunun, yaxud da başqa müvafiq qurumların saytlarına keçidlərin verilməməsidir. Halbuki ziyarətçilər əlaqəli qurumların saytlarına keçməkdə maraqlı ola bilərdilər. Ona görə də bağlantılar səhifəsinin qurulması zəruridir.

8. Əmək haqqı normaları haqqında da bilgilərin verilməsi, eyni zamanda əmək haqqı dərəcələrinin formalaşması qaydalarını açıqlamağa ehtiyac var.

9. İşə qəbul, potensial işçilərə verilən tələblər, eyni zamanda boş iş yerləri haqqında bilgilər yenə də qanunun tələbləri sırasında olduğundan dərhal icra edilməlidir.

10. Saytdakı çoxlu sayda boş səhifələrin olması əslində olmamasından yaxşı sayıla bilməz. Bu baxımdan nəzərdə tutulan bölmələr haqqında hələlik bilgi hazır deyilsə həmin boş səhifələri silib yalnız informasiya hazır olanda əlavə etmək daha məqsədəuyğun olardı.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV