İnsan Hüquqları üzrə Müvəkkilliyinə (Ombudsman) məxsus www.ombudsman.gov.az domen adlı rəsmi İnternet resursu da kifayət qədər ictimai əhəmiyyətli saytlardan biridir. Bu baxımdan saytın fəallığı və dolğunluğu olduqca önəmlidir. İlkin baxışdan elə bu cür də təsir bağışlayan sayt əslində ziyarət edildikcə hələ ki, müəyən çatışmazlıqların da olduğu görsənir. Beləliklə, xalq arasında Ombudsman deyilən qurumun İnternet saytında gördüklərimiz:
Sayt ana səhifə ilə açılır. Yuxarıda Azərbaycan Respublikasının dövlət herbi, onun qarşısında iri hərflərlə “Ombudsman” və ardınca da “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili” sözləri verilib. Bu üfqi sıranı çox güman ki, quruma aid olan bir emblem qapayır.
Yuxarıda deyilənlərin altında yenə də üfqi şəkildə müvəkkil, regional mərkəzlər, şikayətlər, bəyanatlar, xəbərlər, səhifənin xəritəsi, əlaqələr (onlayn forma) və Rus və Eng keçidləri yerləşdirilib. Bunlardan aşağıda isə işlək axtarış qutusu yerləşdirilib.
Üfqi blokdan aşağıda üç şaquli blok yerləşdirilib: birincisi əsas menyu, ortadakı xəbərlər, sondakı isə bülletenlər olmaqla. Lap aşağıda isə Ombudsmana işgəncələr haqqında məlumat vermək üçün bir cib telefonu nömrəsi yerləşdirilib.
Saytın dabanında “© 2007 Ombudsman.gov.az” qeydi yerləşdirilib.
Əsas menyu:
Ana səhifə: yuxarıda qeyd etdiklərimiz;
Müvəkkil: müvəkkil haqqında (biografiya), müvəkkilin fəaliyyətinin hüquqi əsasları ("Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu, digər qanunvericilik aktları – sadəcə siyahı), müvəkkilin fəaliyyətinin əsas istiqamətləri (izah);
Təsisat: təsisatın yaradılması (hüquqi əsasları və tarixi), müvəkkilin aparatı (qurulması və fəaliyyəti haqqında), regional mərkəzlər (çox qısa bilgi), struktur (boş);
Müvəkkilin fəaliyyəti: dövlət orqanları ilə əməkdaşlıq (cəmi üç sənəd), KİV-lə əməkdaşlıq (cəmi beş sənəd), ictimaiyyətlə əlaqələr (QHT-lərlə əməkdaşlıq (boş), Müstəqil Ekspertlər Şurası (boş), Hüquq Klinikaları Şəbəkəsi(boş)), hüquqi maarifləndirmə, elmi-analitik iş (cəmi bir sənəd), beynəlxalq əməkdaşlıq (Beynəlxalq Ombudsmanlar İnstitutu (boş), Avropa Ombudsmanlar İnstitutu (bir sənəd), Asiya Ombudsmanlar Assosiasiyası (üç sənəd), BMT (UNDP (boş), UNDPI (boş), UNHCHR (boş), UNHCR (boş), UNICEF, UNESCO (boş), UNFPA (boş), UNIFEM (boş)), Avropa Birliyi (bir sənəd), Avropa Şurası, ATƏT, digərləri), əhalinin müxtəlif kateqoriyaları ilə iş (qaçqın və məcburi köçkünlər (boş), miqrantlar (boş), məhbuslar (boş), hərbi qulluqçular (boş), qadınlar (boş), gənclər (boş), uşaqlar (boş), ahıllar (boş));
Şikayətlər: müvəkkilə şikayətlərin verilmə qaydası (izah), şikayətlər üzrə iş (şikayətə baxılma qaydası (izah), görülmüş tədbirlər (cəmi üç sənəd)), yerində araşdırmalar, statistik göstəricilər (cədvəllər);
Sənədlər və nəşrlər: illik məruzələr (2003-2006, 2007-2008 (boş)), xüsusi məruzələr (boş), çıxışlar (boş), müraciət və məktublar, bəyanatlar (dörd sənəd), informasiya bülleteni (Ombudsmanın fəaliyyəti, ərizələrlə iş, beynəlxalq əməkdaşlıq, hüquqi maarifləndirmə, Ombudsman KİV-də, qanunvericilik), nəşrlər, kitabxana;
Tədbirlər: konfranslar (iki sənəd), seminar və treninqlər (iki sənəd), dəyirmi masalar;
Qanunvericilik: Azərbaycan Respublikasının Konstitusiyası, beynəlxalq sənədlər (siyahı), milli qanunvericilik (siyahı);
Fotogalereya: boşdur.
Nəticə isə bundan ibarətdir ki, saytda “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulan 33 adda informasiyadan 10-u tam və ya qismən yerləşdirilib. Onu da vurğulamaq lazımdır ki, daha öncə aparılan monitoringlərin nəticələri ilə müqayisədə bu dəfə saytda xeyli inkişaf nəzərə çarpmaqdadır. Ancaq çoxlu sayda boş səhifənin olması da nəzərdən qaçmamalıdır.