Azərbaycan Respublikası İsmayıllı Rayon İcra Hakimiyyəti www.ismayilli-ih.gov.az domen adlı İnternet saytı bir neçə bölmə istisna olmaqla demək olar ki, dolğundur. Lakin saytda məlumat baxımından bəzi çatışmazlıqlar var. Bu çatışmazlıqların aradan qaldırılmasına kömək məqsədilə tövsiyələrimizi diqqətə çatdırırıq.
1. Saytda rayon haqqındakı bilgilərlə yanaşı qurumun özü haqqında, quruma daha öncə başçılıq etmiş şəxslər haqqında, qurumun səlahiyyət çərçivələri və hakimiyyət qolunda yeri haqda bilgilərin əlavə edilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin əks əlaqəsini daha da uyğun bir hala gətirmək baxımından qurumun yerləşdiyi ünvanın sxemi, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilərin təqdim edilməsi tövsiyə olunur.
3. İcra Hakimiyyətinin strukturu haqqında sxem və müavinlər adları qeyd olunsa da, onların haqqında məlumatlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında məlumatların təqdim edilməsi də tövsiyə olunur.
4. Qurumun rəhbəri, rəhbər işçiləri və onlarla əks əlaqələr baxımından bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin təqdim edilməsi, qurumun rəhbəri və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında təqdim edilmiş qısaca bilgilərin isə dolğunlaşdırılması tövsiyə olunur.
5. Cari informasiyaların daim yenilənməsinə baxmayaraq, qurumdaxili əmr və qərarların, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə bilgilərin isə təqdim edilməsi tövsiyə olunur.
6. Yaxşı olardı ki, büdcə bölməsi daha da təyinatına uygun formada təkmilləşdirilərdi.
7. Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər haqqında bilgilərin verilməsi Elan bölməsində yerləşdirilməsi yaxşı olardı.
8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilərin də saytda öz əksini tapması tövsiyə olunur.
9. Rəhbər, onun müavinlərinin və struktur bölmələri rəhbər işçilərinin əmək haqlarının da təqdim edilməsi yaxşı olardı.
10. Vətəndaşların qəbulunu asanlaşdırmaq məqsədilə quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatların da təqdim edilməsi tövsiyəyə olunur.
11. Tender və yarışmalar haqqında bilgilərin təqdim edilməsi tövsiyyələr sırasındadır.
12. Saytın texniki imkanlarının yaxşılaşdırılması və abunə imkanının da daxil edilməsi tövsiyyə olunur.