Friday 26th April 2024,

2007_2008

Ξ Leave a comment

Sumqayıt Şəhər İcra Hakimiyyətinə məxsus www.sumqayit-ih.gov.az ünvanındakı İnternet resursunun monitoringi

posted by

Azərbaycanın gənclər şəhəri kimi tanınan Sumqayıtın bir sıra başqa şəhərlərdən fərqli olaraq İnternet saytına sahib olması sevindirici haldır. Məhz bunu nəzərə alaraq dövlət qurumlarının saytları sırasında bu şəhərin icra hakimiyyətinə məxsus olan www.sumqayit-ih.gov.az domen ünvanındakı İnternet resursunun da monitoringini həyata keçirməyin məqsədəuyğun olması qənaətinə gəldik.

Beləliklə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin saytı ana səhifə ilə açılır. Ana səhifə yuxarı üfqi blokla başlayıb aşağı üç şaquli blokla davam edir. Saytın dabanında isə fotogalereyadan bəzi fotokeçidlər verilib.

Yuxarı üfqi blokda qurumun emblemi və onun qarşısında adı verilib. Elə həmin zolaqda yuxarı sağ tərəfdə ana səhifə və əlaqə keçidləri yerləşdirilib. Zolağın alt sağ tərəfində Az, Rus və Eng keçidləri yer alıb ki, sonuncu ikisi hələlik işləmir. Üst blok əsas menyudakı üç bölməyə keçidlərin təkrarı ilə başa çatır: icra hakimiyyətinin başçısı, icra hakimiyyəti başçısının aparatı, şəhər haqqında.

Yuxarı blokun altında sol tərəfdə şaquli şəkildə əsas menyu yerləşdirilib. Ortada xəbərlər, sağda isə mərhum ölkə başçısı Heydər Əliyevin biografiyasına keçid, onun altında da şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyevin müraciəti yerləşdirilib. Saytda axtarış qutusu gözə dəymir.

Əsas menyu:

Şəhər icra hakimiyyətinin başçısı: biografiyası (çox qısa), ziyarətçilərə müraciət (qısa bir mətn), şəkillər (24 may 2006 və 19 aprel 2007-ci il tarixli), başçı ilə əlaqə (telefon, faks, yer və e-poçt ünvanı);

İcra hakimiyyəti başçısının aparatı: aparatın strukturu (sadəcə sxemin .jpg formatına keçid), aparatın tərkibi (müxtəlif vəzifə sahiblərinin adları və telefon nömrələri), "Yerli icra hakimiyyətləri haqqında" əsasnamə (mətni);

Şəhər haqqında: şəhərin pasportu, yaranma tarixi, qəsəbələr (Hacı Zeynalabdin qəsəbəsi, Corat qəsəbəsi), şəhər ərazisində yerləşən bələdiyyələr (Sumqayıt bələdiyyəsi, Zeynalabdin bələdiyyəsi, Corat bələdiyyəsi);

İqtisadiyyat: sənaye (kimya sənayesi, maşınqayırma, metallurgiya, yüngül sənaye, yeyinti sənayesi, yanacaq-energetika kompleksi), ticarət və kommersiya xidmətləri, maliyyə sistemi (banklar, sığorta şirkətləri), tikinti, turizm, biznes və investisiya mühiti, dövlət idarə və təşkilatları (Abşeron Regional İnkişaf Şöbəsi, 2 saylı Ərazi Vergilər İdarəsi, Şəhər Maliyyə İdarəsi, Əhalinin Sosial Müdafiəsi Mərkəzi, Əmək və Əhalinin Məşğulluğu Mərkəzi, Şəhər Statistika İdarəsi, Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi);

Şəhərin infrastrukturu: mənzil-kommunal təsərrüfatı (Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismar Birliyi, İxtisaslaşdırılmış Yaşıllaşdırma Tikinti İdarəsi, Ağac-Bəzək Bitkiləri Sovxozu, "Liftservis" Birliyi), şəhərsalma və tikinti (Şəhər Memarlıq və Şəhərsalma idarəsi, Əsaslı İnşaat İdarəsi), şəhərin qaz təsərrüfatı sistemi (Sumqayıt Qaz İstismar İdarəsi), şəhərin su təsərrüfatı sistemi ("Sukanal" Törəmə Səhmdar Cəmiyyəti), şəhərin elektrik enerjisi sistemi ("Sumqayıtelektrikşəbəkə" Regional İdarəsi), şəhərin istilik sistemi ("Azəristiliktəchizat" ASC-nin şəhər şöbəsi), şəhərin nəqliyyat sistemi (Şəhər Nəqliyyat Departamenti), şəhərin rabitə sistemi (Sumqayıt Telekommunikasiya Qovşağı, şəhər poçtamtı), şəhərin abadlığı və təmizliyi ("ADES" Azərbaycan-Almaniya Birgə Müəssisəsi, "Küçə işıqları" təsərrüfat hesablı xidmət sahəsi, Gigiyena və Epidemiologiya Mərkəzi, Profilaktik Dezinfeksiya Şöbəsi, Şəhər Baytarlıq İdarəsi);

Təhsil: şəhər təhsil şöbəsi (haqqında və İnternet saytının ünvanı);

Səhiyyə: Şəhər Səhiyyə Şöbəsi, xəstəxanalar, poliklinikalar, dispanserlər, doğum evləri, digər dövlət səhiyyə müəssisələri, özəl səhiyyə müəssisələri;

Mədəniyyət və incəsənət: Şəhər Mədəniyyət və Turizm İdarəsi, mədəniyyət evləri, musiqi və incəsənət məktəbləri, mərkəzləşdirilmiş kitabxana sistemi, Sumqayıtın tarixi muzeyi, Sumqayıt Şəhər Dövlət Rəsm Galereyası, Sumqayıt Şəhər Poeziya Klubu, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt Bölməsi, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı, parklar və istirahət bağları, memarlıq abidələri;

Gənclər və idman: Şəhər Gənclər və İdman Baş İdarəsi;

Ekologiya və ətraf mühit: Şəhər Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, şəhərin ekoloji problemləri;

Beynəlxalq əlaqələr: Sumqayıtın qardaş şəhərləri haqqında;

Xəbərlər: ən son xəbərlər və daha öncəki xəbərlərə keçid;

Şəhərin fotoalbomu: Sumqayıtda qar mövsümü, banklar, panorama, şəhərin küçələri, Corat qəsəbəsi, abidələr, parklar, fontanlar;

Faydalı linklər: müxtəlif dövlət qurumlarının saytlarına keçidlər;

Əlaqə: kimə ünvanlanacağı bəlli olmayan onlayn forma.
Beləliklə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin İnternet saytında “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulan 33 adda informasiyadan yalnız 7-si yer alıb.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV