Azərbaycan Respublikası Masallı Rayon İcra Hakimiyyəti www.masalli-ih.gov.az ünvanlı İnternet resursunun görünüşü normal, istifadəsi də rahatdır. Sayt kifayət qədər məlumatlıdır. Rayonun tarixi, əhalisi, iqtisadiyyatı, mədəniyyəti, səhiyyəsi, idmanı barədə məlumatları dolğundur. Saytda “Sənədlər” bölməsi var ki, burada məktublar, teleqramlar, bəyanatlar haqda məlumat almaq olar. “Masallı ölkə mətbuatında” bölməsində “Xalq qəzeti”, azerfax.az, qafqazinfo.az, azadinform.az, day.az və s. kimi ənənəvi və On-Line mediada rayon haqqında olan yazılar yerləşdirilib. Saytın xəbərlər bölməsini də müsbət qiymətləndirmək olar, informasiyaların daim yenilənməsi diqqəti çəkir. Saytda Yeni iş yerləri bölməsi var ki, burada həm işlə təmin olunanlar, həm dəvakant iş yerləri barədə məlumat almaq mümkündür.
Amma saytın bəzi bölmələri məlumatlılıq baxımından kasaddır. Rayonun coğrafi mövqeyi, şura, bələdiyyələr bölmələrində informasiyaların çox az olması, elektron xidmətlər, elektron müraciətlər bölmələrinin isə ümumiyyətlə boş olması gözdən qaçmır. Sayt sosial şəbəkələrə açiq deyil.
Beləliklə, Masallı Rayon İcra Hakimiyyəti saytinın ümumi mənzərəsi aşağıdakı kimidir:
1. Rayon haqqında məlumat verən bəzi bölmələri (rayonun tarixi, əhalisi, iqtisadiyyatı, təhsili, səhiyyəsi, mədəniyyəti, idmanı) qənaətbəxş hesab etmək olar. Amma qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə informasiya yoxdur. Qurumunun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri barədə də saytda məlumat verilmir.
2. Əhaalinin qəbulu üçün qurumun ünvanı, telefon və faks nömrəsi, e-poçt ünvanı, birbaşa əhalini qəbul edəcək rəhbər işçilərin adları, qəbul günləri və saatları göstərilir. Rəhbər işçilərin telefon nömrələrinin (sabit telefon, bəzilərinin isə mobil nömrələri), başqa bölmədə göstərilməsi onlar arasında çaşqınlıq yarada bilər. Quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlara da saytda rast gəlinmir.
3. Saytda qurumun strukturu haqqında sxem və müavinlər haqqında məlumatlar, onlarla əlaqə nömrələri (sabit telefon, bəzilərinin isə mobil nömrələri) var. Şura bölməsindəki bilgiləri isə çox azdır. Struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında məlumatlar isə saytda öz əksini tapmır.
4. Qurumun rəhbəri haqqında saytda bioqrafik informasiya mövcuddur. Lakin onun müavinləri, bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər isə yoxdur. Struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında da bilgilər təqdim edilmir.
5. Cari informasiyalar baxımından sayt zəngin sayıla bilər. Informasiyalar daim yenilənir. Qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə də heç bir bilgi təqdim edilmir.
6. Saytda qurumun büdcəsi, büdcənin icrası haqqında, büdcədənkənar daxilolmalar və onların istiqamətləri haqda məlumat var, subsidiya alanlar haqda da informasiyalara rast gəlmək olur.
7. Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər haqqında da heç bir bilgi yoxdur. Onlayn müraciət imkanı da təqdim edilmir.
8. Saytda həm yeni işlə təmin olunmuş, həm də boş iş yerləri haqda məlumat var. Lakin işə qəbulla bağlı (qurum və onun struktur bölmələrinə işə qəbulun) hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi təqdim edilməyən bilgilər sırasındadır.
9. Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.
10. Vətəndaşların qəbulu ilə bağlı rəhbər və ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə bilgilər var. Lakin həmin vəzifəli şəxslərin özləri ilə birbaşa əlaqə nömrələri yoxdur. Onlar tərəfindən vətəndaşların qəbul norma və qaydaları, nə də qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilərə də saytda rast gəlmək olmur.
11. Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlinmir.
12. Saytın texniki imkanları normal səviyyədədir. Onlayn müraciət forması təqdim olunsa da, abunə imkanı yoxdur.