Thursday 28th March 2024,

2007_2008

Ξ Leave a comment

Səhiyyə Nazirliyinə məxsus www.sehiyye.gov.az ünvanındakı rəsmi İnternet resursunun təkmilləşdirilməsi ilə bağlı tövsiyələr

posted by

Səhiyyə Nazirliyinin www.sehiyye.gov.az domen ünvanlı rəsmi İnternet resursunun monitoringinin nəticələrində də qeyd etdiyimiz kimi özünün daha praktik olması və istifadə rahatlığı ilə diqqəti çəkir. Bununla belə saytda adi bilgilərin belə çatışmaması təəccüb doğurur. Söhbət o informasiyalardan gedir ki, həmin informasiyaların sayta yerləşdirilməməsinə heç bir halda haqq qazandırmaq mümkün deyil. Məsələn, nazirin kimliyi haqqında saytda bir kəlmə də olsun söz deyilmir və s. bu qəbildən olan bir sıra bilgilər. Bununla belə bir daha qeyd etməyi zəruri sayırıq ki, bu sayt öz praktikliyi və istifadə rahatlığı ilə diqqəti cəlb edir. Beləliklə, ilkin tövsiyələrimiz:

1. Nazirliyin özü haqqında bilgi verilsə də səhiyyə naziri və qurumun rəhbər vəzifələrində çalışanlar barədə informasiyanın yoxluğu bu resursun ciddi qüsurlarından sayıla bilər. Tövsiyə olunur ki, mümkün qədər qısa müddət ərzində nazir və ən azından onun müavinləri barədə biografik bilgilər saytda yerləşdirilsin.

2. Yüksək vəzifəli şəxslərdən başqa nazirliyin ayrı-ayrı strukturlarının tərkibi və rəhbərləri haqqında bilgilər də saytda mütləq yerləşdirilməlidir.

3. Nazirliklə əlaqə üçün ümumi əlaqə vasitələri və bir neçə əlavə xidmətlə bağlı telefon nömrələrinin yerləşdirilməsi yetərli deyil. Burada konkret vəzifə sahibləri ilə birbaşa əlaqə telefon nömrələri və ya e-poçt ünvanları da verilməlidir.

4. Nazir və nazirliyin vəzifəli şəxslərinin qəbul günləri və qəbul qaydaları barədə də saytda bilgi yoxdur. Burada bu qismdən olan ayrıntılı bilgi yerləşdirməyə zərurət var.

5. Dövlət büdcəsinin səhiyyə nazirliyi sisteminə aid hissəsi və onun ayrıntıları haqqında da bir kəlmə belə bilgi verilmir. Halbuki bu, qanunun tələbi olmaqla bərabər şəffaflığın təmin edilməsində də ciddi rol oynaya bilərdi.

6. Saytda ölkənin demək olar ki, bütün bölgələrindəki səhiyyə müəssisələrinin yerləri barədə bilgi verilib. Ancaq yaxşı olardı ki, həm də onların heç olmasa telefon nömrələri də verilmiş olaydı.

7. Ayrı-ayrı vətəndaşların özlərinə aid səhiyyə xidmətini almalı olduğu səhiyyə müəssisəsinin müəyyən edilməsi qaydaları da ziyarətçilər üçün maraqlı olardı.

8. Nazirliyin informasiya məsələləri üzrə , ictimaiyyətlə əlaqələrinə məsul olan struktur bölməsi üzrə məsul şəxsi barədə də ayrıca əlçatan bilgi verilməsinə ehtiyac var. Üstəlik belə bir qurum və ya vəzifəli şəxslə birbaşa əlaqə imkanlarını da göstərmək şərtilə. Qeyd: saytın ziyarəti zamanı aydın görünür ki, qurumun mətbuat xidməti tipli bölməsi və ya buna məsul olan şəxs öz fəaliyyətinin yaxşı qurub. Ancaq onun adının belə saytda qeyd edilməməsi təəccüb doğurur.

9. Əsas menyunun tərkibini bir qədər də genişləndirib oraya ümumi xarakterli keçidlərin əlavə edilməsi ziyarətçilər üçün faydalı ola bilərdi.

10. Saytın həm də geniş yayılmış xarici dillərdən birində olan variantını hazırlamaq da zəruri tələblər sırasındadır.

11. Digər dövlət qurumları və uyğun beynəlxalq qurumların saytlarına keçidlərin də yerləşdirilməsi zəruridir.

12. Boş iş yerləri haqqında elanlar qüsurlu və köhnədir. Əvəzində dolğun və yeni elanların yerləşdirilməsinə ehtiyac var.

13. Eyni fikri tender və müsabiqələr barədə də demək olar.

14. Ümumiyyətlə isə işə qəbul qaydaları və ştat cədvəlləri, həmçinin əmək haqqı dərəcələri barədə bilgiləri də sayta əlavə etmək lazımdır.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV