Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin www.refugees-idps-committee.gov.az domen ünvanlı İnternet resursu ilk baxışdan daha çox görüntü effekti yaratmağa və xarici təbliğata yönəlik resurs təsiri bağışlayır. Saytın ana səhifəsində və digər səhifələrdə tətbiq edilən grafiklər əslinə qalanda onun ciddiyyətini aşağı salmaqla bərabər ziyarətçiləri də əsas məqsəddən yayındıra bilər…
Komitənin az qala özünün adı qədər uzun olan domen ünvanı da ziyarətçilər üçün uğurlu tapıntı sayıla bilməz…
Beləliklə, xalq arasında qısaca olaraq “qaçqınkom” kimi tanınan bu dövlət strukturunun İnternet saytı ana səhifə ilə açılır. Yuxarıda üfqi istiqamətdə Azərbaycan Respublikasının dövlət herbi önündə “Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi” sözləri yazılıb. Bu blok saytın monitorda görünən şaquli hissəsinin demək olar ki, altıda bir hissəsini tutub. Onun altında Az, Eng, Ru keçidləri verilib. Hamısı işləkdir. Ancaq bütün dillərdə olan ana səhifədə ən yeni xəbərin tarixi 06 noyabr 2007-ci ilə aiddir. Görünür, o vaxtdan saytın yenilənməsi dayandırılıb.
Bunlardan aşağıda isə yenə də üfqi istiqamətdə Heydər Əliyevdən sitat və onun qarşısında bir şəkil yerləşdirilib. Bu blok da əvvəlkindən demək olar ki, iki dəfə artıq yer tutub. Bunlardan aşağıda isə əsas menyu gəlir ki, o da demək olar bilgisayar ekranında aşağıdan iyirmi beş faiz yuxarıda yer tutur. Təbii ki, səhifəni aşağı-yuxarı hərəkət etdirmədən.
Sol tərəfdə axtarış qutusu yerləşdirilib ki, işlək deyil. Ümumilikdə isə ana səhifədə əsas menyudakı keçidlərdə yer alan bölmələrdən müxtəlif çıxarışlar yerləşdirilib.
Saytın dabanında əsas menyunun təkrarı da verilməklə “Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 2005” və “design by TIDConsulting LTD ©2005” sözləri verilib.
Əsas menyu:
Tarixi məlumat: dünyada olan qaçqın və məcburi köçkünlər, Azərbaycanda qaçqın, məcburi köçkün və sığınacaq axtaran şəxslər, işğal olunmuş ərazilər;
Problemlər: ümumilikdə problemlər və yaşayış yerləri, məşğulluq problemi, sosial problemlər haqqında qısa bilgi (ayrıntılı deyil);
Qanunlar: qanunlar, AR Konstitusiyası, AR prezidentinin fərman və sərəncamları, AR Nazirlər Kabinetinin qərar və sərəncamları, beynəlxalq sənədlər;
Fotogalereya: hərbi təcavüz nəticəsində dağıntılar, Xocalı soyqırımı, çadır düşərgələri, tikintisi yarımçıq qalmış binalar, dəmir yolu yük vagonları, yeni salınmış qəsəbələr;
Haqqımızda: biz kimik (komitənin yaranma tarixi haqqında qısa bilgi), bizim məqsədimiz (komitənin əsas hüquq və vəzifələri haqqında qısa bilgi), komitənin strukturu (rəhbərlik (adlar və vəzifələr barədə siyahı), mərkəzi aparat (qaçqın statusunun müəyyənləşdirilməsi departamenti, sosial təminat şöbəsi, kompüter uçotu şöbəsi, status şöbəsi, humanitar yardım şöbəsi, tikinti və təmir şöbəsi, kommunal xidmətlər şöbəsi, xüsusi işlər və qəbul şöbəsi, ümumi şöbə, inzibati təsərrüfat şöbəsi, məskunlaşma, migrasiya və məşğulluq şöbəsi – yalnız haqqında bilgilər), tabe departamentlər (beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamenti, mənzil istismar departamenti, repatriasiya departamenti, təchizat və istehsalat idarəsi, layihə-texnoloji konstruktor idarəsi, tikilməkdə olan müəssisələr müdiriyyəti, “Vətən səsi” qəzeti), komitənin şəhər və rayon filialları (sadəcə adlardan ibarət siyahı));
Layihələr və partnyorlar: kiminlə əməkdaşlıq edirik (Azərbaycan Respublikası prezidentinin qayğısı, beynəlxalq təşkilatlar, dövlət sektoru və beynəlxalq təşkilatlar, beynəlxalq humanitar və yerli təşkilatlar), bizimlə necə əməkdaşlıq etmək olar, bizim planlar;
Qaynar xətt: onlayn forma və müvafiq xidmətlərə müraciət üçün telefon nömrələri.
Göründüyü kimi saytda bir sıra bilglilər yer alsa da ümumilikdə istifadə rahatlığı və operativlik baxımından ciddi axsamalar mövcuddur. Ümumi nəticə isə bundan ibarətdir ki, qurumun saytında “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulan 33 adda informasiyadan yalnız 7-si var.