Thursday 21st November 2024,

2007_2008

Ξ Leave a comment

Büdcə xərclərinin şəffaflığının ölçülməsi məqsədilə İctimai informasiya subyektlərinə göndərilən sorğuların ANALİZİ

posted by

Büdcə xərclərinin şəffaflığının ölçülməsi   məqsədilə MBQ tərəfindən  İctimai informasiya  subyektlərinə göndərilən  sorğuların ANALİZİ
QEYD :   Sorğuların  cavablandırılması  vəziyyəti  üzrə
               Yekun   Hesabatla  burada
tanış ola  bilərsiniz

Sorğuların göndərildiyi təşkilatlar (İnformasiya sahibləri)

Ünvanları

İnformasiya sorğusunun məzmunu

Sorğu hansı təşkilat adından göndərilib

Tip

Göndərilmə tarixi

Cavabı gələn tarix

Qeyd – Nəticə

1. Azərbaycan Respublikası Nazirlər Kabineti

Bakı, AZ1066,

Lermontov küçəsi, 68

nk@cabmin.gov.az

“Azərbaycan Respublikasının 2007-cı ilin dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası  Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il tarixli Fərmanının 4.12-ci bəndinin icrası vəziyyəti və bununla bağlı həyata keçirilən işlər barədə ətraflı məlumat verməyinizi xahiş edirik. 

“Ekspert” iqtisad jurnalı

Sənəd

08.10.07

01.11.07 Nazirlər Kabinetinin ümumi şöbəsindən deyiblər ki, mətbuatdan gelen mektublari qeydiyyata almirlar, ona görə də bizim sorgularimizin kime verildiyini bilmirlər.

2.  Azərbaycan Respublikasının Nazirlər Kabineti

Bakı, AZ1066, Lermontov küçəsi, 68

nk@cabmin.gov.az

Azərbaycan Respublikasının dövlət büdcəsinin “Dövlət əsaslı vəsait qoyuluşu” xərclərinin müxtəlif funksional istiqamətlər, tədbirlər və dövlət qurumları arasında bölgüsü həyata keçirilərkən hansı meyar və prinsiplər əsas götürülür?

Azad İqtisadiyyat Mərkəzi 

Sənəd

08.10.07

3. Azərbaycan Respublikası Nazirlər Kabineti

Bakı, AZ1066, Lermontov küçəsi, 68

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 22 oktyabr tarixli 572 saylı qərarı və həmin qərarla təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində müəssisə, bina və qurğuların tikintisi üçün layihələrin (iş layihələrinin), habelə texniki-iqtisadi əsaslandırmaların (TİƏ) və texniki-iqtisadi hesablamaların (TİH) ekspertizasının aparılması, təsdiq və yenidən təsdiq edilməsi Qaydası” qüvvədə qalırmı? Əgər qüvvədədirsə, onda tikintilərin bazis smeta dəyəri necə qiymətləndirilir?

“Ekspert” iqtisad jurnalı

Sənəd

08.10.07

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

AZ 1022, 

Bakı ş.,  S.Vurğun küçəsi  83

info@maliyye.gov.az

Faks: 493 05 62  

Kom-tor: 493 81 03

Web: maliyye.gov.az ; finance.gov.az

1. 2006-cı ildə “Şəkərli diabet üzrə Dövlət Proqramı”nın icrasına ayrılan 6 milyon manat vəsaitin hamısı xərclənibmi? Xərclənməyibsə, bunun səbəbi nə olub?

2. 2007-ci ildə proqramın icrasına nə qədər vəsait ayrılıb və indiyədək onun hansı hissəsi xərclənib?

3. 2006 və 2007-ci illərdə proqram çərçivəsində ayrılan vəsaitlərin təyinatı və rayonlar üzrə bölgüsünü əks etdirən məlumatlar necədir?

“Ekspert” iqtisad jurnalı

Büdcə statistika

18.09.07

01.10.07

Yönləndirilib

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

AZ 1022, 

Bakı ş.,  S.Vurğun küçəsi  83

2006-cı ildə Azərbaycan Respublikasının dövlət büdcəsinə “Hasilatın pay bölgüsü sazişləri üzrə podratçı və xarici subpodratçı təşkilatlarda muzdlu işlə əlaqədar əldə edilən gəlirlərdən gəlir vergisi” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 saylı qərarı ilə təsdiq edilmiş Vahid Büdcə Təsnifatı üzrə kod 111112), “Hasilatın pay bölgüsü sazişləri üzrə podratçı tərəflərin mənfəət vergisi” (kod 111230), “Hasilatın pay bölgüsü sazişləri üzrə xarici subpodratçı tərəflərin mənfəət vergisi” (kod 111240) üzrə daxil olan vəsaitlərin məbləği barədə məlumat verməyinizi xahiş edirik.

İqtisadi Tədqiqatlar  Mərkəzi 

Büdcə

05.10.07

15.11.07

Sualın cavabı verilməyib. Yayındırılıb.

6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

AZ 1022, 

Bakı ş.,  S.Vurğun küçəsi  83

2007-ci ilin yanvar ayında Tarif Şurası tərəfindən qiymətləri tənzimlənən bir sıra mal və xidmətlərin (xüsusilə enerji daşıyıcılarının) tariflərinin bir neçə dəfə artırılması əsasən dövlət büdcəsindən enerji sektoruna yönəldilən dolayı subsidiyaların aradan qaldırılması zəruriliyi ilə əsaslandırılmışdı. Gözləmək olardı ki, “Azərbaycan Respublikasının 2007-ci ilin  Dövlət  büdcəsi haqqında Qanunu”na əlavə və dəyişikliklər edilərkən Qanunun 22-ci maddəsində bu il enerji sektoru üçün nəzərdə tutulan dolayı subsidiya (330,0 mln. manatlıq limitlə)  ləğv ediləcək. Lakin Qanuna edilən dəyişikliklərdə  həmin məsələ əksini tapmayıb. Bu məsələyə (yəni, “Azərbaycan Respublikasının 2007-ci ilin  Dövlət  büdcəsi haqqında Qanunu”nun 22-ci maddəsində dəyişikliyin edilməməsinə) aydınlıq gətirilməsini, habelə hazırda enerji sektorunun subsidiyalaşdırılmasında mövcud vəziyyət barədə ətraflı məlumat verməyinizi xahiş edirik. 

“Ekspert” iqtisad jurnalı

Sənəd

statistika

05.10.07

7. Azərbaycan Respublikasının Vergilər Nazirliyi

Landau-16

2006-cı ildə Azərbaycan Respublikasının dövlət büdcəsinə iri vergiödəyiciləri tərəfindən ödənilən vergilərin ümumi həcmi, strukturu və ayrı-ayrı vergi növləri üzrə məbləğləri, habelə ayrı-ayrı vergilər üzrə onların büdcəyə borcları barədə ətraflı məlumat verməyinizi xahiş edirik.

İqtisadi Tədqiqatlar  Mərkəzi 

statistika

08.10.07

19.10.07

Tələb olunan informasiyanın kommersiya sirri olduğu iddia edilərək cavab verməkdən imtina edilib. (“İnformasiya əldə etmək haqqında” Qanununun 21.1.1 maddəsinə istinad olunub)

8. Azərbaycan Respublikasının Vergilər Nazirliyi

Landau-16

2006-cı ildə Azərbaycan Respublikasının dövlət büdcəsinə vergi daxilolmalarının (ümumi və ayrı-ayrı vergi növləri üzrə) sahə və regional strukturu (Ərazi Vergi İdarələri üzrə) barədə ətraflı məlumat verməyinizi xahiş edirik.

“Ekspert” iqtisad jurnalı

statistika

08.10.07

18.10.07

Yönləndirilib

9. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi

AZ1066, Bakı ş., Niyazi kuçəsi – 23,  

(99412) 492 41 10

(99412) 492 58 95

office@economy.gov.az

Azərbaycan Respublikasının 2006-cı ilin dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 2006-cı ildə dövlət büdcəsinin “Çoxsahəli inkişaf layihələri üzrə xərclər” istiqaməti üzrə 81,1 milyon manat vəsait istifadə olunub. Həmin vəsaitlərin xərc təyinatı və istifadəsi istiqamətləri barəsində detallaşdırılmış məlumat təqdim etməyinizi və bu zaman aşağıdakı suallara yazılı cavab verməyinizi xahiş edirik:

1. İqtisadi islahatların həyata keçirilməsi ilə bağlı xərclər hansı konkret fəaliyyətlər və tədbirlər üzrə (məbləğlər göstərilməklə) sərf olunub?

2. 2006-cı ildə hansı dövlət əmlakı obyektlərinin özəlləşdirilməsi prosesinə  müstəqil maliyyə məsləhətçiləri cəlb olunub və bu məqsədlərə nə qədər vəsait sərf olunub (obyektlər üzrə məbləğ göstərilməklə)?

3. 2006-cı ildə hansı dövlət əmlakı obyektlərinin özəlləşdirmə qabağı sağlamlaşdırılması təmin olunub və bu məqsədlərə nə qədər vəsait sərf olunub (obyektlər üzrə məbləğ göstərilməklə)?

“Ekspert” iqtisad jurnalı

Büdcə

statistika

05.10.07

05.11.07

Sorğunun 1-ci sualına tam cavab verilib. Digər 2 sualın cavablan-dırılması-nın İİN-nin səla-hiyyətində olmadığı bildirilib.

9.1- tam cavab

9.2 və 9.3 – ya-yındırı-lıb

22.10.07 tarixində İİN-nin əməkdaşı Abbas müəllim zəng edib və bildirib ki, 2 və 3-cü suallarin informasiya sahibi onlar deyil.

1-ci sualı yönləndirmək istəyirdi, izahatımızdan sonra araşdıracaqlarına söz verdilər.

26.10.07-də mətbuat xidmətinin rəhbəri Abbas müəllimlə danışıldı, dedi ki, sualların  yalnız 1-i bizə aiddir, ona da həftənin sonunadək cavab veriləcək.   

10. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarəedilməsi üzrə Dövlət Komitəsi

Bakı ş., Xətai r-nu,
Y. Səfərov küç., 20

Tel: 490 24 08
Faks: 490 33 59
E-mail: office@stateproperty.gov.az

Azərbaycan Respublikasının 2007-cı ilin dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 2007-ci ildə dövlət büdcəsinin “Çoxsahəli inkişaf layihələri üzrə xərclər” istiqaməti üzrə  nəzərdə tutulan 12,8 milyon manat vəsaitin 12,5 milyon manatı Komitənin sərəncamına verilir. Həmin vəsaitlərin xərc təyinatı və istifadəsi istiqamətləri barəsində detallaşdırılmış məlumat təqdim etməyinizi və bu zaman aşağıdakı suallara yazılı cavab verməyinizi xahiş edirik:

1. 2007-ci ilin ötən dövrü ərzində hansı dövlət əmlakı obyektlərinin özəlləşdirilməsi prosesinə hansı müstəqil maliyyə məsləhətçiləri cəlb olunub  və onlara nə qədər vəsait ödənilib (obyektlər üzrə məbləğ göstərilməklə)? Habelə bundan sonra hansı dövlət əmlakı obyektlərinin özəlləşdirilməsi prosesinə  müstəqil maliyyə məsləhətçilərinin cəlb olunması nəzərdə tutulur və buna nə qədər vəsait cəlb ediləcək?

2. 2007-ci ilin ötən dövrü ərzində hansı dövlət əmlakı obyektlərinin özəlləşdirmə qabağı sağlamlaşdırılması təmin olunub və bu məqsədlərə nə qədər vəsait sərf olunub (obyektlər üzrə məbləğ göstərilməklə)? Habelə ilin qalan dövrü ərzində daha hansı dövlət əmlakı obyektlərinin özəlləşdirmə qabağı sağlamlaşdırılması nəzərdə tutulur və buna daha nə qədər vəsait sərf olunacaq?

“Ekspert” iqtisad jurnalı

Statistika

Sənəd

08.10.07

11. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi

AZ 1122

Bakı, Tbilisi pr. 1054

(+99412)4309941

(+99412)4309942

office@mintrans.az  

2007-ci ilin birinci yarısı ərzində “Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna toplanan vəsaitlərin (ümumi və mədaxil mənbələri üzrə) həcmi, regional strukturu və həmin vəsaitlərin istifadəsi istiqamətləri (xərclər üzrə məbləğlər göstərilməklə) barədə ətraflı məlumat təqdim etməyinizi xahiş edirik.

“Ekspert” iqtisad jurnalı

statistika

08.10.07

22.10.07

01.11.07 tarixli məktubla 2-ci cavab məktubu daxil olub. Yenə də sualın cavabı yoxdur.

26.10.07-də əlaqə saxlanılıb. Oktyabrın 23-də cavabı poçtla göndərdiklərinini bildiriblər

22.10.07 tarixində cavab göndərilib.  Cavabda tələb olunan informasiya yoxdur. (Sorğuya lazımi cavab verilməyib)

12. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

AZ 1014, Kiçik Dəniz küçəsi 4

(+ 99412) 598 50 94

(+ 99412) 493 06 95

health@health.gov.az

1. “Şəkərli diabet üzrə Dövlət Proqramı” çərçivəsində 2006-cı ildə dövlət büdcəsindən ayrılan 6 milyon manatın nə qədəri xərclənib? Xərclənməyən hissə qalıbsa, həmin vəsaitlər hara sərf olunub?

2. 2006-cı ildə Proqram üzrə Azərbaycanın rayonlarında və Bakı şəhərində ayrılıqda nə qədər vəsait xərclənib (hər bir rayon üzrə məbləğlər ayrıca göstərilmək şərtilə)?

3. Ötən il diabet xəstələrinə insulin və həblərin alınması üzrə tender nə vaxt keçirilib və hansı firma qalib gəlib? Qalib firma rayonları insulin və həblərlə necə təchiz edib?

4. Ötən il diabet xəstələrinə özünənəzarət vasitələri alınıbmı? Alınıbsa, bu necə həyata keçirilib, hansı mexanizm üzrə və kimlərə paylanıb?

5. 2007-ci ildə diabet xəstələrinə özünənəzarət vasitələrinin alınması üzrə tender nə vaxt keçirilib və hansı firma qalib gəlib? Ümumiyyətlə, hansı özünənəzarət vasitəsi (betaçek, qlükometr və sair) və hansı həcmdə alınacaq?

“Ekspert” iqtisad jurnalı

statistika

18.09.07

25.10.07-də əlaqə saxlanılıb.  M/x-nin rəhbəri Anar Qədirli həftənin sonunadək cavab verəcəklərini bildirib.

13. Azərbaycan Respublikasının Təhsil Nazirliyi

Bakı, Xətai prospekti, 49

1. 2006-cı ildən başlayaraq Dövlət büdcəsinin vəsaiti hesabına (20 milyon manat) ölkə məktəblərinin kompüterləşdirilməsi həyata keçirilir. Indiyədək kompüterlərlə təmin olunmuş məktəblərin sayı nə qədərdir? Məktəblərə verilmiş kompüterlərin ümumi sayı və onların alınmasına sərf olunmuş vəsaitin məbləği nə qədər olub?

2. Ayrı-ayrı məktəblərə veriləcək kompüterlərin sayı necə tənzimlənir?

3. Kompüterlərin alınması, məktəblərə verilməsi və quraşdırılması prosesləri necə tənzimlənir? Bu prosesdə hansı dövlət və özəl qurumlar iştirak edir? 

4. Məktəblərin kompüterləşdirilməsi  proqramının icrası çərçivəsində hansı tenderlər keçirilib? Tenderlərin iştirakçıları və qalibləri hansı təşkilatlar olub?

“Ekspert” iqtisad jurnalı

Statistika

Sənəd

08.10.07

01.11.07-də Təhsil Nazirliyindən dedilər ki,  məktub Ilham Pirməmmədovdadır, onunla əlaqə saxlaya bilməmişik hələ.

14. Azərbaycan Respublikasının Hesablama Palatası

AZ 1000, Bakı şəhəri,
Ü.Hacıbəyov küçəsi 40,
Hökumət evi, VI mərtəbə

(994 12) 93 69 20

(994 12) 93 20 25

office@ach.gov.az

Hesablama Palatasının 23 yanvar 2007-ci ildə keçirilən iclasında Auditor Cəfər Həsənov tərəfindən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” Departamentində 2004-2005-ci illərdə Dövlət büdcəsi xərclərinin funksional təsnifatının “Sənaye və Tikinti xərcləri” bölməsindən investisiya xərclərinə yönəldilən vəsaitlərin istifadəsi ilə əlaqədar keçirilən auditin nəticələrinə dair hesabat müzakirə olunmuşdur. Həmin hesabatı tanış olmaq üçün bizə təqdim etməyinizi xahiş edirik.

“Ekspert” iqtisad jurnalı

Sənəd

05.10.07

15. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu

AZ 1122 BAKI şəhəri,
H. Zərdabi prospekti, 80

434 60 18

FAKS:
 434 55 87

 info@sspf.gov.az

1. 2006-cı il üzrə DSMF-na toplanan məcburi sığorta ayırmalarının ümumi məbləği, mənbələr üzrə tərkibi və strukturu (dövlət və özəl sektorun payı, büdcə təşkilatlarının, dövlət müəssisələrinin, özəl hüquqi şəxslərin, fərdi sahibkar və fermerlərin, xüsusi mülkiyyətində torpağı olan torpaq sahiblərinin, özünəməşğul şəxslərin və s. ödənişlərinin məbləği və payı) necə olub?

2. 2006-cı il üzrə DSMF-na toplanan məcburi sığorta ayırmalarının regional strukturu barədə ətraflı məlumat verməyinizi xahiş edirik.

“Ekspert” iqtisad jurnalı

statistika

08.10.07

16. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi

Binəqədi yolu-4

1. 2006-cı ildə İdarənin hesabına daxil olan büdcədənkənar vəsaitlərin həcmi və daxilolma mənbələri (yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr, sürücülük vəsiqəsinin verilməsinə görə rüsumlar və başqa ödənişlər) üzrə strukturu necə olub?

2. 2006-cı ildə İdarənin hesabına daxil olan büdcədənkənar vəsaitlər hansı xərc təyinatları üzrə (konkret məbləğlər göstərilməklə) istifadə olunub? 

3. İdarədə büdcədənkənar vəsaitlərin daxil olması və istifadəsinin hesabatlılığının və şəffaflığının təmin edilməsi istiqamətində hansı işlər həyata keçirilir?

“Ekspert” iqtisad jurnalı

statistika

06.10.07

01.11.07

01.11.07 tarixində Dövlət Yol Polisi ilə əlaqə yaradılıb, cavabı gələn həftənin 2-ci günü göndərəcəklərini dedilər.

02.11.07 tarixli məktubda sual cavablandırılmayıb. Yayındırılıb.

17. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi

Binəqədi yolu-4

2006-cı ildə Yol hərəkəti qaydalarının tənzimləyici nişanları üçün nə qədər vəsait xərclənib, bu nişanların hazırlanması hansı quruma sifariş edilib, bununla bağlı tender nə zaman  keçirilib?

İqtisadi Tədqiqatlar  Mərkəzi 

Büdcə

statistika

06.10.07

18. Bakı şəhər İcra Hakimiyyəti

İstiqlaliyyət – 4

1. 2006-cı ildə Bakı şəhərində küçələrin işıqlandırılmasına, yeni yaşıllıqların salınmasına və abadlıq işlərinə, binaların əsaslı və cari təmirinə nə qədər vəsait sərf olunub? Bu vəsaitin hansı hissəsi dövlət büdcəsindən, hansı hissəsi isə büdcədənkənar vəsaitlər hesabına ödənilib?

2. 2006-cı ildə Bakı şəhər İcra Hakimiyyətinin büdcədənkənar gəlirləri hansı mənbələrdən formalaşıb? Mənbələr üzrə daxilolmaların məbləği nə qədər olub?

3. 2006-cı ildə Bakı şəhər İcra Hakimiyyətinin büdcədənkənar vəsaitlərinin istifadəsinin xərc təyinatı (istiqamətlər üzrə xərclərin məbləği göstərilməklə) necə olub?

Azad İqtisadiyyat  Mərkəzi

statistika

05.10.07

19. Bakı şəhər İcra Hakimiyyəti

Istiqlaliyyət-4

1. 2006-cı ildə Bakı şəhəri küçələrinin işıqlandırılmasının təmin edilməsinə nə qədər vəsait sərf olunub? Bu vəsaitin nə qədər hissəsi elektrik enerjisinin dəyərinin ödənilməsinə, nə qədər hissəsi yeni elektrik dirəklərinin alınması və quraşdırılmasına, nə qədər hissəsi digər məqsədlərə sərf olunub?

2. 2006-cı ildə Bakı şəhərinin küçələri üçün nə qədər yeni elektrik dirəkləri alınıb və quraşdırılıb? Bu iş üçün tender keçirilibmi? Əgər tender keçirilibsə, onun iştirakçıları və qalibləri haqqında ətraflı məlumat verməyinizi xahiş edirik.

3. 2007-ci ilin 1 yanvar tarixindən 31 avqust tarixinə qədər Bakı şəhərinin küçələrində neçə elektrik dirəyi yenilənib, yeni dirəklərin bir ədədi (quraşdırılma da daxil olmaqla) neçə manata başa gəlir? Bu dirəklər haradan və kimdən alınır, dirəklərin alınmasına dair dövlət satınalması nə zaman həyata keçirilib, buna dair elan hansı tarixli mətbu orqanda nəşr olunub?

İqtisadi Tədqiqatlar Mərkəzi

Statistika

Sənəd

05.10.07

20. Bakı şəhər İcra Hakimiyyəti

İstiqlaliyyət-4

1. 2003-cü ildə Bakı şəhərində yolların işıqlandırılması üçün dəyişdirilən yeni  işıq dirəklərinin istifadə müddəti neçə il üçün nəzərdə tutulub? Bunu təsdiq edən sənədin surətinin verilməsini xahiş edirik.

2. 2007-ci ilin əvvəlindən bu günə qədər Bakı şəhərinin küçələrində neçə yeni avtobus duracağı quraşdırılıb? Yeni avtobus duracaqlarının biri (quraşdırılma da daxil olmaqla) neçəyə başa gəlir? Bu proses hansı qərar əsasında və kim tərəfindən həyata keçirilir? Həmin  qərarın (sərəncamın) surətinin verilməsini xahiş edirik.

“Ekspert” iqtisad jurnalı

Büdcə statistika

05.10.07

Oktyabrın 26-da ümumi şöbə ilə əlaqə saxladıq. Dedilər ki, belə bir məktub onlarda qeydiyyata alınmayıb

21. Azərbaycan Respublikasının Dövlət Neft Fondu

Az1014, Bakı ş.,  Bül-Bül prospekti 20

 498-77-53

Ümumi şöbə: dax. nöm 135

office@oilfund.az

 

Azərbaycan Respublikasının 2006-cı ilin dövlət büdcəsi haqqında Azərbaycan Respublikası  Qanununun 3-cü maddəsinin 3-cü abzasında nəzərdə tutulmuş hal hesabına 2006-cı ildə ARDNF-ə daxil olan vəsaitlərin həcmi nə qədər olub?

“Ekspert” iqtisad jurnalı

statistika

05.10.07

16.10.07

Tam cavab verilib

22. Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi

AZ 1000, Bakı şəhəri,
Ü.Hacıbəyov küçəsi 40,
Hökumət evi, III blok,  II mərtəbə


Tel
. (99412) 93-20-15
E-mail:
mail@tender.gov.az

1. 2006-cı ildə Azərbaycan Respublikasının dövlət büdcəsi xərclərinin ümumilikdə, habelə ayrı-ayrı bölmələr və dövlət qurumları üzrə nə qədər hissəsi dövlət satınalmalarına yönəldilib?

2. Həmin vəsaitlərin nə qədər hissəsi üzrə (ümumilikdə, habelə ayrı-ayrı bölmələr və dövlət qurumları üzrə) tenderlər (müsabiqələr) keçirilib?

3. Həmin tenderlərdə (müsabiqələrdə) iştirak edən və qalib gələn şirkətlətin sayı barədə məlumat.

“Ekspert” iqtisad jurnalı

Statistika

08.10.07

09.10.07

Yönləndirilib

23. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

AZ1073, Bakı, İnşaatçılar pr-ti, 2

(99412) 438-80-80

(99412) 498-18-36

2006-cı ildə aksizli malların idxalından dövlət büdcəsinə toplanan aksiz vergilərinin məhsul növləri üzrə məbləği və strukturu barədə əraflı məlumat verməyinizi xahiş edirik.

“Ekspert” iqtisad jurnalı

statistika

08.10.07

24. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti

Ü.Hacıbəyov-40,

Hökumət evi

2006-cı ilin dövlət büdcəsindən “Kənd təsərrüfatı xərcləri” bölməsi üzrə ASC-yə ayrılan vəsaitin istifadəsi istiqamətləri (məbləğlər göstərilməklə) və həyata keçirilən işlər, habelə istifadə olunan vəsaitin regional strukturu haqqında ətraflı məlumat verməyinizi xahiş edirik.

“Ekspert” iqtisad jurnalı

Büdcə statistika

08.10.07

11.10.07

Qismən (yarımçıq)

25.  Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

B.Ağayev-101

2006-cı ildə dövlət büdcəsi vəsaiti hesabına ölkənin rayonları üzrə nə qədər meşə sahələri bərpa olunub, nə qədər yeni ağaclar əkilib və bu məqsədlərə nə qədər vəsait sərf olunub?

“Ekspert” iqtisad jurnalı

statistika

08.10.07

17.10.07 tarixli cavab məktubu 15.11.07 tarixində daxil olub.

Oktyabrın 26-da əlaqə saxlanılıb. Ümumi şöbədən bildiriblər ki, cavab 17-də poçtla göndərdiklərilib.

Suala qismən cavab verilib. Rayonlar üzrə bölgü verilməyib.

26.  Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

Azərbaycan pros.-33

2006-cı ildə “Azərpoçt” Dövlət Müəssisəsi tərəfindən çatdırılan əsgər məktublarının və bağlamalarının ümumi sayı nə qədər olub? Bu iş üçün Müəssisənin çəkdiyi ümumi xərclər nə qədər olub və həmin xərclərin hansı hissəsi dövlət büdcəsindən verilən subsidiya hesabına örtülüb?

“Ekspert” iqtisad jurnalı

statistika

08.10.07

22.10.07

Tam cavab verilib

27. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

S.Əsgərova-85

1. 2006-cı ildə dövlət büdcəsi vəsaiti hesabına nə qədər insan peşə hazırlığı və yenidən ixtisaslaşma kurslarına cəlb edilib, bunların hansı hissəsi işlə təmin olunub və bu məqsədlərə nə qədər vəsait sərf olunub?

2. Peşə hazırlığı və yenidən ixtisaslaşma kurslarına cəlb edilənlərin regional tərkibi necə olub?

“Ekspert” iqtisad jurnalı

statistika

08.10.07

17.10.07 tarixli mektubla cavab verilib. Cavab 02.11.07 tarixində bizə fakslanıb.

26-da əlaqə saxlanılıb. Məktubun oktyabrın 11-də Baş Məşğulluq İdarəsinin hüquq və kadr məsələləri üzrə sektor müdiri Cavid Heydərliyə verildiyini və cavab hazırlandığını bildirdilər.

1. Qismən cavab verilib. Sərf olunan vəsaitlər açıqlanmayıb.

2. Tam cavablandırılıb. 

28.  Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Baytarlıq Xidməti

N.Nərimanov-7b

1. 2006-cı ildə dövlət büdcəsi vəsaiti hesabına ölkədə hansı baytarlıq tədbirləri həyata keçirilib və həmin tədbirlərə nə qədər vəsait (istiqamətlər üzrə məbləğlər göstərilməklə) sərf olunub?

2. 2006-cı ildə Baytarlıq Xidməti üzrə hansı dərman vasitələri (həcmi və məbləği göstərilməklə) alınıb və bunlar necə istifadə olunub? 

“Ekspert” iqtisad jurnalı

statistika

08.10.07

23.10.07 tarixli məktubla cavablandırılıb.  Məktub 01.11.07 tarixində bizə çatıb.

25.10.07-də əlaqə yaradılıb. Xidmətin mətbuat katibi Yolçu müəllim oktyabrın 22-də cavabı poçtla göndərdiklərini bildirdi.

1. Qismən cavab verilib.

2. Cavablandırıl-mayıb.

29. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası

AZ 1000,

Rəsul Rza-3

493 60 08  office@cec.gov.az

1. 2006 və 2007-ci illərdə Dairə Seçki Komissiyaları üçün necə yeni bina tikilib?

2. Bu tikintilərə nə qədər vəsait sərf olunub və xərclənən vəsaitin nə qədər hissəsi dövlət büdcəsindən ayrılıb?

“Ekspert” iqtisad jurnalı

statistika

05.10.07

30. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Bələdiyyələrlə İş Mərkəzi

“Ekspert” iqtisad jurnalı

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV