Saturday 07th December 2024,

2007_2008

Ξ Leave a comment

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə məxsus www.dtxk.gov.az ünvanındakı rəsmi İnternet resursun təkmilləşdirilməsi ilə bağlı tövsiyələr

posted by

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin www.dtxk.gov.az domen adlı rəsmi İnternet resursu monitoringin nəticələrindən də göründüyü kimi bir sıra mühüm bilgiləri özündə ehtiva edir. Bununla belə sayt hələ də “İnformasiya əldə etmək haqqında” qanunun tələblərinə cavab vermir və bir qədər də təkmilləşdirilərək tamamlanmasına ehtiyac var. Məhz bunu nəzərə alaraq saytın təkmilləşdirilməsi ilə bağlı bəzi tövsiyələrəmizi dilə gətirmək istərdik.

1. Saytda xəbərlərə abunə sistemi yaradıb onlayn müraciət forması əlavə etmək məqsədəuyğun olardı.

2. Qurumun demək olar ki, bütün vəzifələri haqqında cədvəl verilsə də həmin vəzifə sahiblərinin adları belə verilməyib. Yalnız komitə sədri və onun müavininin biografiyası saytda yer alıb. Halbuki digər vəzifəli şəxslər barədə biografik bilgilər yerləşdirmək lazımdır.

3. Vəzifəli şəxslərin qəbul vaxtları və qəbul qaydaları haqqında heç bir bilgi verilmir. Bunları əlavə etməklə qanunun daha bir tələbini yerinə yetirmək olardı.

4. Saytın xəritəsinin verilməsi özlüyündə təqdirəlayiq hal olsa da burada bəzi qüsurlar var. Görünür diqqətsizlik üzündən bəzi keçidlər yanlış yerə ünvanlanır. Bununla belə əsas menyuda həmin keçidlər düzgün ünvana yönəlir.

5. İşçilərin əmək haqqı dərəcələri və onların formalaşması yolları haqqında da heç bir bilgi gözə dəymir.

6. Ən vacib məqam isə ondan ibarətdir ki, qurumun büdcəsi və onun icra vəziyyəti haqqında bir kəlmə olsun belə bilgi verilmir. Halbuki şəffaflığın təmin edilməsi və korrupsiyanın qarşısının alınması baxımından bu bilgi olduqca vacibdir.

7. Saytda hesabatlar adı altında komitə sədrinin yazdığı məqalələr yerləşdirilib. Onlardan bəzilərinin başlıqlarının bu qurumla uzlaşmadığı da göz önündədir. Ona görə də hesabatla bölməsinə qurumun fəaliyyəti ilə bağlı gerçək hesabatların yerləşdirilməsi doğru olardı. Komitə sədrinin yazılarını isə vəzifəli şəxslərin çıxışları bölməsinə yerləşdirmək daha məqsədəuyğundur.

8. Komitənin rayon (şəhər) vahidlərinin ünvan və telefon nömrələrinin yerləşdirilməsi yetərli sayıla bilməz. Buraya həm də həmin qurumların vəzifəli şəxslərinin adlarını əlavə etmək gərəklidir.

9. Komitənin mətbuat xidməti ilə əlaqə imkanları göstərilsə də bu quruma kimin başçılıq etməsi haqqında bilgi yoxdur. Halbuki ana səhifədə birbaşa keçidlə və bütün mümkün vasitələrlə həmin vəzifəli şəxslə əlaqə imkanları göstərilməlidir.

10. Kitabxana adlı bölməni əslində nəşrlər bölməsi adlandırmaq doğru olardı. Çünki cəmisi bir neçə kitabdan ibarət bölmə kitabxana adlandırıla bilməz.

11. Azərbaycanla bağlı məlumatların yenilənməsinə ehtiyac vardır. Nəzərə almaq lazımdır dövlət statistika qurumu hər ilin sonunda və həm də hər rübdə müvafiq hesabatlarla çıxış edir və həmin hesabatlarla saytı zənginləşdirmək olardı.

12. Saytda ayrıca statistika bölməsinin yaradılmasına ehtiyaca var və s.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV