Saturday 07th December 2024,

2007_2008

Ξ Leave a comment

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə məxsus www.dtxk.gov.az ünvanındakı İnternet resursunun monitoringi

posted by

Ötən monitoringlər zamanı axtrarıb tapmaqda çətinlik çəkdiyimiz və nəticə etibarilə uğursuzluğa tuş gəldiyimiz Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İnternet saytı nəhayət ki, xeyli müddətdir normal sayıla biləcək halda ziyarətçilərin ixtiyarına verilib. Saytda bir sıra diqqət çəkən məqamlar olsa da onun “İnformasiya əldə etmək haqqında” qanunan tam verdiyini demək hələ ki, mümkün deyil…

Sayt giriş səhifəsi ilə açılıq. Büsbütün grafik təsvirdən ibarət olan giriş səhifəsindəki üç dil – Az, Eng və Ru – seçimindən birinin üzərinə tıqlamaqla həmin dildə olan ana səhifəyə keçmək olar. Beləliklə, biz də Az versiyasının ana səhifəsini və digər səhifələrini ziyarət edib nəticələr çıxardıq.

Saytın ana səhifəsi yuxarı üfqi blokda globus şəkli üzərində “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri ilə və onun qarşısında bir süni peyk təsviri ilə açılır. Bundan aşağıda Ru və Eng keçidləri, onların qarşısında isə üfqi (əsas) menyu yerləşdirilib. Bu iki blok bitdikdən sonra üç şaquli blok başlayır.

Birinci (sol) blokda daha bir menyu və onun aşağı hissəsində qurumun tabeliyində olan dörd müəssisə haqqında səhifələrə keçidlər verilib.

Orta blokda komitə haqqında bilgidən sitat və tamamına keçid, ondan aşağıda isə xəbərlər sütunu verilib. Ancaq bu xəbərlər komitənin mətbuat xidmətinin istehsal etdiyi və quruma birbaşa dəxli olan deyil, ümumi məlumatlardan ibarətdir. Düzdür, bu xəbərlər yeni olsa da onların böyük əksəriyyətinin komitəyə qətiyyən dəxli yoxdur. Yeri gəlmişkən onu da deyək ki, bu xəbərlərin arxivi də mövcuddur.

Ana səhifə sağ blokla bitir. Bu blok yuxarıda axtarış qutusu (işləyir), ondan aşağıda yüksəkliklər, hava prognozu və banerlərlə bitir.

Saytın dabanında isə… Saytın dabanı yoxdur.

Əsas (üfqi) menyu:

Komitə haqqında: komitənin tarixi, komitənin strukturu (mərkəzi aparat, şəhər şöbələri, rayon şöbələri, Dövlət Yerquruluşu Layihə İnstitutu, Dövlət Torpaq Kadastrı və Monitoringi Elm-İstehsalat Mərkəzi, Dövlət Aerogeodeziya Müəssisəsi, Bakı Kartografiya Fabriki), komitənin rəhbərliyi (sədr, sədr müavini), komitənin fəaliyyət istiqamətləri, iş və layihələr (yalnız 2005-2006-cı illər);

Hüquqi baza: qanun və məcəllələr, dövlət programları, fərman və sərəncamlar ("Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında" əsasnamə, "Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yaradilmasi haqqında" fərman, "Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında əsasnamənin təsdiq edilməsi barədə" fərman), digər normativ sənədlər;

Hesabatlar: torpaq islahatı prosesində yeni texnologiyaların tətbiqi və torpaqşünaslıq elminin inkişafı məsələləri, regionların inkişafı ölkə başçımızın diqqət mərkəzindədir, Heydər Əliyevin torpaq islahatları tarixi hadisədir, "Regionların sosial-iqtisadi inkişaf programı" agrar sektorun inkişafını stimullaşdırır, torpaq islahatları agrar sektorun inkişafına səbəb olub, 15 iyun dövlətçiliyimizin qurtuluş tarixidir;

Mətbuat: şobə haqqında, sosial işlər (boş), press reliz (boş), xəbərlər arxivi;

Tabelikdə olan müəssisələr: Dövlət Yerquruluşu Layihə İnstitutu (haqqında, vəzifələri, funksiyaları, hüquqları, struktur, nizamnamə), Dövlət Torpaq Kadastrı və Monitoringi Elm-İstehsalat Mərkəzi (haqqında, vəzifələri, funksiyaları, hüquqları, struktur, nizamnamə, iş və layihələr), Dövlət Aerogeodeziya Müəssisəsi (haqqında, vəzifələri, funksiyaları, hüquqları, struktur, nizamnamə), Bakı Kartografiya Fabriki (haqqında, vəzifələri, funksiyaları, hüquqları, struktur, nizamnamə, iş və layihələr);

Rayon şöbələri: siyahı (ünvan və telefon nömrələri);

Sol (əlavə) menyu:

Xəbərlər: ana səhifəyə keçid;

Azərbaycan: ümumi məlumat (Azərbaycan, ərazi, əhali, dövlət rəmzləri, paytaxt, qan yaddaşı (31 mart Azərbaycanlıların soyqırımı, 20 yanvar, Xocalı soyqırımı), Azərbaycanda din, Azərbaycan dili, milli valyuta), təbiət, tarix, mədəniyyət, cəmiyyət;

Qarabağ münaqişəsi: Qarabağın tarixi, münaqişənin xronologiyası, Xocalı soyqırımı, Azərbaycana qarşı təcavüz, erməni terroru;

Kitabxana: “Geodeziya – ali məktəblər üçün dərs vəsaiti”, “Ekologiya və ətraf mühit”, “Ekologiya və ətraf mühitin mühafizəsi”, “Azərbaycanın ekoetik problemləri: elmi, hüquqi, mənəvi aspektlər”, “Ekologiya, ətraf mühit və insan”, “Hərbi topografiyanın və geodeziyanın əsasları”;

Əlaqə: yer və e-poçt ünvanı, telefon və faks nömrələri;

Məktub yazmaq: The requested URL /sendMail/sendMail.html was not found on this server.

Sual-cavab: on dörd suala on dörd cavab;

Xəritələr: paytaxt xəritəsi, Azərbaycan Respublikasının siyasi-inzibati xəritəsi, fiziki xəritə, fiziki-coğrafi rayonlaşdırma xəritəsi, geoloji xəritə, geomorfoloji xəritə, iqlim xəritəsi, iqtisadi-coğrafi rayonlaşdırma xəritəsi, landşaft xəritəsi, Naxçıvan Muxtar Respublikasının siyasi-inzibati xəritəsi, torpaq xəritəsi, turist xəritəsi, Xəzər dənizi, zoocoğrafi xəritə, Naxçıvan Muxtar Respublikasının fiziki xəritəsi;

Saytın xəritəsi: müvafiq şəkildə saytın tam məzmununu açan xəritə;

İstinadlar: müxtəlif dövlət qurumlarının saytların keçidlər.

Göründüyü kimi komitənin saytında “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulan 33 adda informasiyadan yalnız 11-i və başq bilgilər də yer alıb. Əlbəttə ki, yetərli sayıla bilməz. Ancaq onu da qeyd etmək lazımdır mövcud informasiyalar dolğunluq baxımından diqqəti cəlb edir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV