Azərbaycan Respublikası Hesablama Palatasına məxsus www.ach.gov.az domen adlı İnternet resursu monitoringin nəticələrindən də göründüyü kimi olduqca zəif tərtibatı və məzmun kasadlığı ilə diqqəti cəlb edir.
Azərbaycanlı ziyarətçi üçün heç cür anlaşıla bilməyəcək domen adı (www.ach.gov.az) ilə diqqət çəkməklə bərabər saytın uzun müddət yenilənməməsi, mövcud məzmunun köhnəliyi faktiki olaraq bu resursun yenidən qurulmasını zəruri edir. Yəni mövcud resursu təkmilləşdirmək deyil, onun ciddi şəkildə yenidən qurulmasına ehtiyac var.