Saturday 20th April 2024,

2007_2008

Ξ Leave a comment

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məxsus www.scfwca.gov.az ünvanındakı rəsmi İnternet resursunun monitoringi

posted by

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin www.scfwca.gov.az domen ünvanlı İnternet resursu ən son qurulan dövlət qurumuna məxsus saytlardan biri, bəlkə də hələlik sonuncusudur. Cəmi bir neçə aydır ki, fəaliyyətə başlamış saytda bir sıra mühüm bilgilər yer alıb. Ailə, qadın və uşaq problemləri ilə bağlı beynəlxalq norma və milli hüquqi-normativ aktlar barədə burada xeyli miqdarda informasiya yerləşdirilib. Ancaq ümumi nəticə bundan ibarətdir ki, sayt hələ də “İnformasiya əldə etmək haqqında” qanuna tam cavab vermir. Təbii ki, yaxın zamanlarda bu boşluğun aradan qaldırılmasına ehtiyac var.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnternet saytı ana səhifə ilə açılır. Yalnız ana dilimizdə olan saytın yuxarı üfqi blokunda Azərbaycan bayrağı və himninin təsvirləri (təəssüf ki, bir-birinin üstündə olmaqla), onun qarşısında “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi” sözləri və qurumun logosu yerləşdirilib. Bundan sonra isə üç şaquli blokdan ibarət əsas hissə başlayır.

Sol şaquli blokda əsas menyu, axtarış qutusu (işləkdir) və bir neçə sayta keçid verilib. Orta blok xəbərlər və bütün xəbərlərə keçidi ehtiva edir. Sağ blokda isə “baş xəbər”, “Hicran Hüseynova ilə onlayn forum” (işləmir), “press relizlər” və “komitəmiz” bölmələri yerləşdirilib.

Saytın daban hissəsində isə əsas menyudakı bəzi keçidlər və “© 2008 Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi” sözləri, həmçinin sayğac yer alıb.

Əsas menyu:

Komitə haqqında: ümumi məlumat (komitənin yaranma tarixi və əsas fəaliyyət istiqamətləri, komitənin vəzifələri, komitənin hüquqları), əsasnamə (bir prezident fərmanı və sənədin tam mətni), struktur (struktur vahidləri və onların məsul şəxslərinin adları);

Qanunvericilik: qanunlar (qanunlar, dövlət programları, milli fəaliyyət planı, qərarlar, təlimatlar), sərəncam və fərmanlar (on üç sənəd), beynəlxalq konvensiyalar (üç sənəd);

Fəaliyyət istiqamətləri: ailə (ailə problemləri sahəsində fəaliyyət istiqamətləri), qadın (qadın və gender problemləri sahəsində fəaliyyət istiqamətləri), uşaq (uşaq problemləri sahəsində fəaliyyət istiqamətləri), layihələr (layihələr haqqında);

Beynəlxalq əlaqələr: beynəlxalq əməkdaşlıq (haqqında), səfər və görüşlər (komitə sədrinin səfər və görüşləri haqqında);

Hesabat: üç sənəd;

Mətbuat: bülleten (bir sənəd), xəbərlər (son xəbərlər və daha öncəki xəbərlərə keçid), nəşrlər (kitablar (üç kitabın yalnız adı), jurnallar (“Ailə, Qadın, Uşaq” jurnalının birinci sayının üç qabığının şəkli), bukletlər (yeddi bukletin yalnız adı), məqalələr (boşdur)), press-reliz;

Fotoalbom: fotogalereya;

Linklər: on üç dövlət qurumunun İnternet ünvanı, yer ünvanı, telefon və faks nömrələri, həmçinin daha iki sayta keçid;

Bizimlə əlaqə: yer və e-poçt ünvanı, telefon və faks nömrələri, onlayn yazışma forması;

Göründüyü kimi Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnternet resursu elə də zəngin sayt təsiri bağışlamır. Bununla belə saytın yaradıcılarının bir sıra mühüm məsələlərə diqqət yetirməsi də nəzərə çarpır. Ümumilikdə isə saytda “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulan 33 adda informasiyadan yalnız 10-u yerləşdirilib. Bu isə sayt üzərində hələ çox iş aparılmalı olmasından xəbər verir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV