Açığı, Azərbaycan dövləti üçün ciddi əhəmiyyət kəsb edən və diaspora ilə işləyən bir qurumun İnternet saytı haqqında ciddi gözləntilərimiz var idi. Ancaq təəssüflər olsun ki, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinə məxsus www.diaspora.gov.az saytı bizim gözləntilərimizi doğrultmadı. Üstəlik onun bir qədər qeyri-ciddi tərtib edilməsi də bizi məyus etdi. Monitoring zamanı qeyd etdiyimiz kimi “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulan 33 adda informasiyadan cəmi üçünü tam şəkildə tapmaq olar
Odur ki, bu saytla bağlı hər hansı ayrıntılı tövsiyə irəli sürməyə lüzum görmədik.. Yalnız onu deyə bilərik ki, bu sayt yeni tərtibatda yenidən qurulmalı və qanunun tələblərinə əməl edilməklə ziyarətçilərini istifadəsinə verilməlidir.