Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az ünvanlı İnternet saytının monitorinqində də qeyd etdiyimiz kimi saytın texniki imkanları və funksionallığı normaldır. Əksər bölmələr üzrə diqqət çəkən bəlgilər olsa da saytda çatışmayan bilgilər də mövcuddur. Bu çatışmazlıqları aradan qaldırmaq istiqamətdə tövsiyələr təqdim etməyə zərurət var.
Beləliklə, çatşmayan məqamlara birlikdə nəzər salaq. Qurumun kollegiyası olmadığı üçün bu barədə bilgilər də yoxdur. E-poçt ünvanı, dövlət qurumunun ünvanının marşrut və sxemi, o cümlədən dövlət qurumuna getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə məlumatlara rast gəlinmir. Qurumun strukturunun ümumi sxemi, aparat, qurumunun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri qeyd olunmayıb. Əsas rəhbərin müavin(lər)inin bioqrafiyalarına, bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərə, dövlət qurumunun rəhbəri ilə əks əlaqə imkanlarına, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanlarına rast gəlmədik. Dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı bölmə və yetərli məlumatlar göstərilməyib. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi (ayrıntıları ilə) və onun icrası, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiya öz əksini tapmayıb. Xidmətlərin statistikası, Qaynar Xətt və Çağrı Mərkəzi yoxdur. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi qeyd edilməmişdir. Sahə işçilərinin əmək haqları bölümündə rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası barədə məlumat təqdim edilməmişdir. Vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları, dövlət qurumunun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları, digər qəbul formaları (video qəbul və s) öz əksini tapmayıb. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar bölümündə dövlət qurumu tərəfindən tenderlər, hərraclar və yarışmaların keçirilmə qaydaları, tenderlərin, hərracların keçirilməsi ilə bağlı elanlar və nəticələri, tender və yarışmaların nəticələri, mübahisələrin həlli qaydaları və elanların arxivi qeyd edilməmişdir. Dövlət qurumunun norma (qanun) yaratma fəaliyyəti ilə bağlı layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri göstərilmir. Dövlət qurumunun İnternet resurslarının mövcud qaydalara uyğunluğu aşağı səviyyədədir. Sosial şəbəkələrə keçid yoxdur.
Beləliklə, bu resursun təkmilləşdirilməsi üçün bəzi tövsiyələrimizi təqdim edirik:
1. Dövlət qurumu ilə bağlı informasiya bölümündə qurumun tarixi, rəhbərləri haqqında məlumatlar, həmçinin dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza, əsasnamə və təlimatalar barədə yetərli bilgilər mövcuddur. Qurumun kollegiyası olmadığı üçün bu barədə bilgilər də yoxdur. Bu istiqamətdə hər hansı əlavə tövsiyəyə ehtiyac duyulmur.
2. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün imkanlar əsasən qənaətbəxşdir. Dövlət qurumunun yerləşdiyi ünvan, telefon nömrələri, haqqında bilgi verilir. Lakin, e-poçt ünvanı, dövlət qurumunun ünvanının marşrut və sxemi, o cümlədən dövlət qurumuna getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə məlumatlar yoxdur. Bu bilgilərin təqdim edilməsi tövsiyə olunur.
3. Dövlət qurumun tabeliyindəki informasiya sistemləri barədə bilgi təqdim edilmişdir. Lakin, qurumun strukturunun ümumi sxemi, aparat, qurumunun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri qeyd olunmayıb. Bunu nəzərə almağı tövsiyə edərdik.
4.Əsas rəhbərin bioqrafiyası və dövlət qurumu ilə əks əlaqə üçün ümumi imkanlar saytda öz əksini tapıb. Lakin rəhrəbin müavin(lər)inin bioqrafiyalarına, bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərə, dövlət qurumunun rəhbəri ilə əks əlaqə imkanlarına, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanlarına rast gəlmədik. Bu bilgilərin təqdim edilməsi tövsiyə olunur.
5. Dövlət qurumunun cari fəaliyyəti haqqında informasiya, mətbuat üçün açıqlamalar və onların tezliyi, dövlət qurumuna aid olan informasiya, dövlət qurumuna aid olan hər cür başqa cari informasiya, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) öz əksini tapıb. Lakin dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı bölmə və yetərli məlumatlar göstərilməyib. . Bu bilgilər öz əksini tapmadığı üçün onun yer alması tövsiyyə edilir.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi (ayrıntıları ilə) və onun icrası, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiya öz əksini tapmayıb. Bunu nəzərə almağı tövsiyə edərdik.
7. Dövlət qurumu tərəfindən təklif edilən xidmətlər haqqında informasiya bölümündə qurumunun təklif etməli olduğu mütləq xidmətlər, dövlət qurumu tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, onlayn müraciət imkanı, xidmətlərdən istifadə qaydaları mövcuddur. Lakin xidmətlərin statistikası, Qaynar Xətt və Çağrı Mərkəzi yoxdur. Bu barədə bilgilərin olması tövsiyə edilə bilər.
8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi qeyd edilməmişdir. Bu bilgilər öz əksini tapmadığı üçün onun nəzərə alınmasını tövsiyə edərdik.
9. Sahə işçilərinin əmək haqları bölümündə rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası barədə məlumat təqdim edilməmişdir. Bu halların aradan qaldırılması tövsiyə edilir.
10. Dövlət qulluqçusunun etika qaydaları haqqında bilgi mövcuddur. Lakin vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları, dövlət qurumunun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları, digər qəbul formaları (video qəbul və s) öz əksini tapmayıb. Bu bilgilər öz əksini tapmadığı üçün onun nəzərə alınmasını tövsiyə edərdik.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar bölümündə dövlət qurumu tərəfindən tenderlər, hərraclar və yarışmaların keçirilmə qaydaları, tenderlərin, hərracların keçirilməsi ilə bağlı elanlar və nəticələri, tender və yarışmaların nəticələri , mübahisələrin həlli qaydaları və elanların arxivi qeyd edilməmişdir. Bu məlumatların olmasını tövsiyə edə bilərik.
12. Dövlət qurumunun norma (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), dövlət qurumunun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı arxiv barədə məlumatlar var. Lakin, bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri göstərilmir. Bu halların aradan qaldırılması tövsiyə edilir.
13. Yuxarıda qeyd edilən informasiyalara giriş üçün texniki imkanlar qənaətbəxşdir abunə imkanları və əks əlaqə üçün onlayn formaların mövcudluğu, istifadə rahatlığı, domen rahatlığı, sayt daxilində axtarış öz əksini tapıb. Dövlət qurumunun İnternet resurslarının mövcud qaydalara uyğunluğu aşağı səviyyədədir. Sosial şəbəkələrdə də səhifəsi aktiv sayılmır. Qeyd edilənləri nəzərə almağı tövsiyə edərdik.