Thursday 21st November 2024,

2007_2008

Ξ Leave a comment

Nəqliyyat Nazirliyinə məxsus www.mot.gov.az ünvanındakı İnternet resursunun monitoringi

posted by

Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi son zamanlar ölkədə bu sahədə aparılan yenidənqurma və inşaat işləri səbəbindən daim diqqət mərkəzində olan qurumlardan biridir. O baxımdan quruma məxsus olan www.mot.gov.az domen adlı İnternet resursu da tez-tez ziyarət edilmə zərurəti ilə üz-üzə qalan bir saytdır. Burada təbii ki, istənilən ziyarətçi ən əlverişli yolla öz axtardığını tapma haqqına sahibdir. Məhz buna görə də monitoring zamanı saytın müvafiq parametrlərə nə qədər uyğun gəldiyini araşdırmağa çalışdıq. Və ilkin qənaətimiz budur ki, sayt heç də pis təsir bağışlamır.

Nəqliyyat Nazirliyinin İnternet saytı ana səhifə ilə açılır. Səhifənin yuxarı hissəsində üfqi blok verilib. Bu blokun sol tərəfində nazirliyin emblemi, onun qarşısında qurumun adı yer alıb. Sağ tərəfdə isə müxtəlif nəqliyyat vasitələrinin grafikləri nəzərə çarpır. Blokun alt hissəsində dar bir zolaq üzərində Az və Eng (hələ qurulur) keçidləri, həmçinin ana səhifə, saytın xəritəsi, e-poçt ünvanı, sağ küncdə isə axtarış qutusu yerləşir.

Bundan sonra səhifə üç şaquli blokla davam edir. Sol blokda saytın əsas menyusu yerləşir. Orta blokda əsasən xəbərlər, sağ blokda isə əsas menyudan çıxarışları ehtiva edən düyməciklər verilib.

Əsas menyu

Nazirlik: nazirlik haqqında (qısa bilgi), məqsədlərimiz (nəqliyyat sisteminin inkişafının məqsəd və vəzifələri), struktur (inkişafedici sxem), rəhbərlik (nazirin və bir müavininin biografiyası – təkrar);

Qanunvericilik: qanunlar ("Nəqliyyat haqqında" Azərbaycan Respublikasının qanunu, "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının qanunu, "Aviasiya haqqında" Azərbaycan Respublikasının qanunu, "Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında" Azərbaycan Respublikasının qanunu), prezidentin fərman və sərəncamları ("Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin yaradılması haqqında", "Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında əsasnamənin təsdiq edilməsi barədə", "Z.Ə.Məmmədovun Azərbaycan Respublikasının nəqliyyat naziri təyin edilməsi haqqında", "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli fərmanına əlavələr və dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası prezidentinin fərmanı), Nazirlər Kabinetinin qərar və sərəncamları (7 sənəd);

Nəqliyyat: avtomobil nəqliyyatı (bu sahənin struktur vahidləri haqqında), Azərbaycan Dövlət Dəmir Yolu (bu sahənin struktur vahidləri haqqında), su nəqliyyatı (bu sahənin struktur vahidləri haqqında), mülki hava nəqliyyatı (bu sahənin struktur vahidləri haqqında), avtomobil yolları (Yolnəqliyyatservis Departamenti);

Nəqliyyat siyasəti: Azərbaycan Respublikasının nəqliyyat sektorunun inkişafı strategiyası (geniş bilgi), nəqliyyat-yol kompleksi üzrə dövlət programları ("Azərbaycan Respublikasında nəqliyyat sisteminin inkişafına dair dövlət programı – 2006–2015-ci illər" (layihə, .pdf), "Azərbaycan Respublikasının avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsinə və inkişafına dair dövlət programı – 2006-2015-ci illər" (layihə, .pdf));

Nəqliyyat dəhlizləri: Avropa-Qafqaz-Asiya – TRACECA (Bakı-Tbilisi-Qars), Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi haqqında məlumat;

Beynəlxalq əməkdaşlıq: beynəlxalq təşkilatlarla əlaqə (19 qurumun adından ibarət siyahı və bəziləri haqqında), sazişlər və konvensiyalar (BMT, Avropa İqtisadi Komisssiyası çərçivəsində, MDB çərçivəsində, digər beynəlxalq təşkilatlar çərçivəsində, müxtəlif nəqliyyat sahələri üzrə konvensiyalar), Avropa Komissiyası, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq;

Lisenziyalaşdırma: lisenziya almaq üçün tələb olunan sənədlər, normativ hüquqi sənədlərin siyahısı, lisenziya almaq üçün ərizə nümunəsi;

Məlumat bazası: statistik göstəricilər (keçmiş və prognozlar), nəşrlər (nəqliyyatçı 2005-2007 – cəmi 5 nömrə);

İctimaiyyətlə əlaqə: ünvan (yer və e-poçt ünvanı, telefon və faks nömrələri), sual-cavab (onlayn müraciət forması və cavablar);

Saytın xəritəsi: anlaşıldığı kimi.

Göründüyü kimi Nəqliyyat Nazirliyinin İnternet resursu “İnformasiya əldə etmək haqqında” qanunun tələblərinə tam cavab verməsə də bir sıra mühüm informasiyalarla zəngindir. Əlbəttə ki, bu müsbət hal kimi dəyərləndirilməklə yanaşı o da vurğulanmalıdır ki, gərək qurumun müvafiq struktur bölməsi olan boşluqları da aradan qaldırsın. Ümumi nəticə isə bundan ibarətdir ki, saytda qanunda nəzərdə tutulan 33 adda informasiyadan yalnız 13-ü yerləşdirilib.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV