Tuesday 03rd December 2024,

2007_2008

Ξ Leave a comment

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya məxsus www.dqmk.gov.az ünvanındakı İnternet resursunun təkmilləşdirilməsi ilə bağlı tövsiyələr

posted by

Azərbaycan Respublikasının prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın İnternet saytı monitoringin nəticələrində də qeyd etdiyimiz kimi ilkin olaraq müsbət təsir bağışlayır.  Texniki baxımdan sayt demək olar ki, qüsursuz fəaliyyət göstərir. Yəni həm istifadə rahatlığı, həm də tərtibat baxımından ciddi bir irad səsləndirmək üçün əsas yoxdur. Məhz buna görə də texniki tələbatlar baxımından sayt 100 faizli nəticə ilə dəyərləndirilib. Ancaq təəssüflər olsun ki, məzmun baxımından eyni fikri səsləndirmək mümkün deyil. deyilik. Düzdür, bu saytda başqa dövlət qurumlarından fərqli bəzi bilgilər var. Ancaq bu o demək deyil ki, sayt tam dolğun sayıla bilər. Ona görə də aşağıda bəzi tövsiyələrəmizi dilə gətiririk.

1. Şəffaflığın təmin edilməsi və korrupsiyaya qarşı mübarizə baxımından yaxşı olardı ki, saytda həm də qurumun illik büdcəsi və onun icra vəziyyəti haqqında bilgilər yerləşdiriləydi.

2. Dövlət qulluğuna işə qəbul məsələləri ilə məşğul olan bir qurum kimi komissiya yaxşı olardı ki, öz sıralarına işə qəbul qaydaları və boş iş yerləri haqqında da bilgi verəydi.

3. İşçilərin əmək haqları barədə bilginin olması yaxşı haldır. Ancaq əmək haqqı dərəcələrinin formalaşma yolları haqqında da bilgi verilsəydi daha yaxşı olardı.

4. Qurumun mülkiyyəti və istifadəsində olan əmlak barədə də bilgilərin verilməsi qanunun tələbləri sırasındadır.

5. Öz sahəsində dövlət sirri təşkil edən məlumatların siyahısı komissiyanın saytında gözə dəymir. Halbuki qanun bunu da tələb edir.

6. İşçilərin demək olar ki, hamısı haqqında biografik bilgilərin olması da yaxşı haldır. Ancaq rəhbər şəxslər haqqında daha əhatəli biografik bilgilərin yerləşdirilməsi, bizcə, faydalı olardı.

7. Bu quruma aid məhkəmə aktları da saytda gözə dəymir. Ola bilər ki, belə aktlar hələlik yoxdur. Onda ayrıca bir səhifədə belə sənədlərin olmaması barədə bilgi vermək lazımdır.

8. Qurumun özünə aid tender və müsabiqələr haqqında da bilgilərin verilməsi faydalı olardı və s.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV